Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etsə də, onlardan 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib. Bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak etsə də, 6107 nəfər 0-200 bal toplayıb. Bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.III ixtisas qrupu üzrə imtahanda 7812 abituriyentdən 5878-i 0-200 bal yığıb ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etsə də, 1859 nəfəri 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.Təhsil eksperti Şahlar Əsgərov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bəzən bilərəkdən və ya bilməyərəkdən bir şey unudulur ki, bu məzunlar adından da göründüyü kimi, əvvəlki illərdə ümumtəhsil məktəblərini bitiriblər:"Təbii ki, onlar məktəbi bitirdikləri illərdə əldə etdikləri imtahan göstəricilər yüksək olsaydı, elə həmin vaxtda ali məktəblərə qəbul olunardılar.Bəs orta məktəbi 2, 3, 4, 5 və daha çox il bundan öncə bitirən gəncin indiki anlamda bilik göstəricisinə daha çox kim cavabdeh olmalıdır? Məktəb, yoxsa məzunun özünün fərdi hazırlığı? Əlbəttə ki, sualın çox sadə cavabı var. Burada adi məntiqlə düşünən insan üçün bir şey aydındır ki, əvvəlki illərdə məktəbi TQDK-nın meyarı ilə desək, 0-200 intervalında bal toplayan gənc 2, 3 il sonra vunderkind olmayacaq, əksinə köhnə baqajla bilik göstəricisinin kiçik istisnalarla daha aşağı olması təbiidir. Bu statistika ilə təhsilin inkişafına ümumi diaqnoz qoymaq məntiqi düşüncənin məhsulu ola bilməz və subyektiv rəy hesab oluna bilər.Bir neçə il öncə orta məktəbi bitirib ali məktəblərə girməyənlərin bugünkü biliyinə əsaslanıb təhsilin bugünkü səviyyəsi haqqında nəticə çıxarmaq qüsurludur".
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Antiterror əməliyyatlarında erməni xüsusi təyinatlıları məhv edildi
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Maraqlı aksiya: Bu rayonlarda çörək ucuzlaşdı
Kral ailəsi övladlarını necə BÖYÜDÜR?
Azərbaycanda SMS icazə ləğv edildi - RƏSMİ
Çinlilər nəhəng şəbəkə qururlar
Kiçicik etirafım…
İşləyən analar üçün məsləhətlər
Qarabağda şəhid olmuş əsgərlərin övladları indi qisas alır - VİDEO
Tarkandan qızına milyonluq hədiyyə
Gəlinlik modelləri
Ən Çox qazanan ulduzlar-SİYAHI
Valeriya siyasi karyeraya başladı
Həzrət Fatimənin nümunəvi həyat tərzi
Sabah qar yağacaq
Azərbaycan tarixindən yüz şəxsiyyət-20
"Ayda bir cadu tapıram" - Namiq
Daha bir şəhərdə peyğəmbərə dəstək
Hande və Burakın barmağındakı üzüyün sirri nədir? - FOTO
Balqabaq çempionatı keçirildi
Dünyanın ən dərin gölü quruyur
Disney şəhzadələri standard çəkidə olmasaydı
Nazir müavini ana ölümlərindən danışdı
Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb
Günün ulduz falı
Bu həftəsonu 5 gün iş olmayacaq
Sünnət üçün ideal yaş
Günün qoroskopu: təmkinli, amma əzmkar və qətiyyətli olun
Körpənin çənəsi niyə əsir?
Koronavirusla bağlı SON STATİSTİKA
Qonaqpərvərliyimiz niyə unudulur? - ARAŞDIRMA
"Röya təkcə Hüseyni doğmayıb" - Elza Seyidcahan
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ
Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA
Özcan Dəniz bu serialla geri dönür
Hansı ölkədə daha çox pul qazanırlar?
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Qoy göz yaşların axsın!
“ASAN” dan daha bir yenilik
Şəkilləri ilə mübahisəyə səbəb olan qız əsil FOTO paylaşdı
Dəmiryolu vağzalının yanındakı meydan və yol bağlanır
İdmançımız erməniyə qalib gələrək dünya çempion oldu
Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb
Şəkər haqqında gələn xəbərlər
Geyimdə nanəcövhər fərahlığı
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
"Eurovision"un ən zövqsüzləri: Səmra 10-cu oldu
27 günə 1 milyard qazandı
9 illik evlilik bitir - Mustafa Sandal boşanır















- ŞƏRHLƏR