
Bu gün həyatımızın bir hissəsi olmuş hava proqnozunun kim tərəfindən və necə yarandığını çoxları bilmir. 161 il bundan əvvəl hava proqnozunu yaradan tanınmış Dənizçi və Meteoroloji İdarənin banisi admiral Robert FitzRoydur. Onu bu gün əsasən Çarlz Darvinin səyahət etdiyi “Beagle” gəmisinin qaradinməz kapitanı kimi tanıyırlar. Lakin sağlığında FitzRoy dənizçiliyinə görə yox, gündəlik qaydada havanın necə olacağı barədə verdiyi məlumatlara və ya onun öz təbirincə deyilsə, proqnozlarına görə məşhur idi.
FitzRoy 1854-cü ildə sonralar Meteoroloji İdarə kimi tanınancaq qurumu yaradanda, hava proqnozu deyilən bir şey mövcud deyildi. Əvəzində mövcud olan Ticarət Şurasının Meteoroloji Departamenti gəmilərin üzmə vaxtını qısaltmaq məqsədilə külək xəritələri çəkməklə məşğul idi.
Proqnozların olmadığı vaxtlarda balıqçılar, fermerlər və açıq havada işləyənlər özlərinin “hava müdrikliyinə” – buludların vəziyyətinə və bəzi heyvanların davranışına bel bağlayırdılar. Fermerin örüşündəki öküz, bankaya salınmış qurbağa, kola qonmuş qaranquş guya havanın necə olacağını elm adamından əvvəl biləcəkmiş. Buna baxmayaraq 19-cu əsrdə bir neçə nəzəri nailiyyət əldə edilmişdi. Bunlardan biri də qasırğaların necə hərəkət etdiyi barədə biliklər idi. Məsələn, bəlli idi ki, qasırğa, küləklərin aşağı təzyiq sahələri ətrafında saat əqrəbinin əksinə fırlanması nəticəsində yaranır.
Hava xəritələri atmosfer hərəkətini göz önünə gətirməkdə əvəzsiz vasitə idi. Nüfuzlu nəzəriyyələrdən birinə görə qasırğalar isti və soyuq hava kütlələrinin qeyri-sabit cəbhəsində yaranırdı. Bu, bir növ zəlzələlərin tektonik sınma xətləri boyunca baş verməsinə bənzəyirdi. Lakin bütün bunlara baxmayaraq, əsksəriyyət üçün hava xaotik bir hadisə idi. 1854-cü ildə millət vəkillərindən biri parlamentdə deyəndə ki, tezliklə elm Londonda iyirmi dörd saat ərzində havanın necə olacağını söyləməyə imkan verəcək, bütün zal qəhqəhəyə qərq olmuşdu.
Lakin FitzRoy dənizdə və Viktoriya Britaniyasının sahillərində kütləvi itirilən insan hayətlarından sarsılırdı. Təkcə 1855-1860-cı illərdə Britaniyanın sahil sularında 7402 gəmi batmış, 7201 insan həyatını qeyb etmişdi. FitzRoy inanırdı ki, proqnozla bu ölümlərin bir çoxunun qarşısını almaq mümkün ola bilərdi. 1859-cu ildə “Royal Charter” qızıl gəmisi Anqlsi sahillərində batandan sonra ona qasırğa tufan xəbərdarlıqları dərc etmək səlahiyyəti verildi. FitzRoy xəbərdarlıqları artıq o vaxtlar mövcud teleqrafla ötürə bilirdi. Teleqraf şəbəkəsinin genişlənməsi FitzRoya özünün London ofisində oturaraq real vaxtda sahillərdəki hava şəraiti barədə məlumatları toplamaq imkanı verirdi. Əgər o tezliklə tufanın gözlənildiyini düşünürdüsə, bu barədə birbaşa lazımi porta məlumat ötürə bilirdi.
“The Times” qəzetinin 1 avqust 1861-ci il tarixli sayında dərc olunmuş proqnoz:
Londonda havanın temperaturu 62 F (16, 7 C) olacaq, hava aydın olacaq, cənub-qərb küləyi əsəcək
Liverpulda temperaturu 61F, hava buludlu olacaq və zəif cənub-qərb küləyi əsəcək
Nairndə, Portsmutda və Doverdə hava sıx buludlu olacaq. Sonuncuda havanın hərarəti xoş bir şəkildə və Lissabonda olduğu kimi 70F-ə çatacaq
Proqnoz həm də Kopenhagen, Helder, Brest və Batyon üçün verilir.
FitzRoyun tufan proqnozları 1860-cı ildə başlamışdı və növbəti ildə artıq qarşıdan gələn iki gün üçün mümkün hava proqnozu verilirdi. Onun üçün hava proqnozları tufan xəbərdarlıqlarına əlavə iş idi. Lakin o, bütün hallarda atmosfer məlumatlarını topladığı üçün düşünürdü ki, hava proqnozu da verə bilər – küləksiz, yağışlı, isti və tufanlı və sair şəklində. "Peyğəmbərliklər və öncəgörmələrdən fərqli olaraq, proqnozlar elmi hesablama və nəticələrə əsaslanır" - yazırdı FitzRoy.
Admiral FitzRoy
150 il bundan əvvəl tanınmış dənizçi və Meteoroloji İdarənin banisi admiral Robert FitzRoy öz həyatına son qoydu. Qəzetlərdən biri bu ölüm barədə “gözlənilməz və sarsıdıcı fəlakət” yazmışdı.
İllər boyu ictimaiyyət almanaxlarda fala bənzəyən proqnozları oxumuşdu, lakin bu, hökumət tərəfindən sanksiyalanmış ilk proqnozlar idi. İlk dəfə 1861-ci ildə “The Times” qəzetində dərc olunandan və başqa qəzetlər də bunu xəbər başlığı kimi verəndən sonra proqnozlar tezliklə çox populyar oldu. Proqnozlar populyarlaşdıqca bu barədə qəzetlər ən müxtəlif zarafatlar, atmacalar da dərc edirdilər. Hava proqnozları artıq təkcə balıqçıları yox, Viktoriya cəmiyyətinin başqa sahələrini də maraqlandırırdı. Yarmarka, gəzinti və çiçək sərgilərini təşkil edənlərin bu proqnozlara xüsusən ehtiyacları vardı. Proqnozlarla atsürmə məşqləri keçənlər də maraqlanırdılar. Bir sözlə insanlar evdən hansı geyimdə çıxmaq lazım olduğunu bilmək istəyirdilər.

Lakin əllə aparılan hesablamalar, lazımi cihazların olmaması bəzən ziddiyyətli proqnozların ortaya çılxmasına səbəb olurdu.
“The Age” qəzeti zarafata salırdı, “azacıq yağış yağacaq” o deməkdir ki, günəşli bir hava da mümkündür və çətirləri evdə qoymaq olar”.
Bəzən FitzRoyun özü də bu zarafatlara qəzetlərdə cavab yazırdı. Məsələn, “çətiri evdə qoyduqları üçün şlyapaları xarab olmuş cənablara və sair”…
Bütün hallarda populyarlıq artırdı. FitzRoyun adını daşıyan cıdır atı, gəmi vardı. Və hətta bir dəfə əlahəzrət kraliçanın özü Uayt adasına getmək istəyərkən öz elçisini FitzRoyun ofisinə göndərib proqnozu öyrənmək istəmişdi.
Lakin yüngül atmacalardan başqa FitzRoy daha ciddi problemlərlə üzləşirdi. Bəzi siyasıətçilər bu işə teleqraf pulu xərcləməyə dəyib-dəymədiyini sual edirdilər. Elmi dairələr də bu metodlara inana bilmirdi. Balıqçıların əksəriyyəti proqnozlardan razı olsa da, bir də görürdün, birisi öz uğursuz ovunun acığını proqnozun üstünə töküb.
Siqnallar

B - Barometr
E – Kölgədə açıq termometr
D – Temperatur fərqi
W – Küləyin istiqaməti
F – Küləyin gücü (Admiral Beaufort-un şkalasında)
X – Ötən proqnozdan bəri güclənmə
C - Bulud (1-9)
I – Hava tipi (b – mavi səma; r – yağış və s)
H – Yağmurun müddəti
S – Dəniz təlatümü
Belə şikayətlərdən biri “Cork Examiner” qəzetində dərc olunmuşdu: “Dünən saat ikidə biz admiral Fitzroyun cənubdan əsən qasırğa küləyi barədə teleqraf xəbərdarlığını aldıq. Dahi meteoroloq bu məlumatı poçtla da göndərə bilərdi. Çünki qasırğa xəbərdarlıqdan bir gün əvvəl başlayıb 12 saat çəkmişdi”. Vəziyyətdən çıxmaq üçün FitzRoy daha çox işləyir, Britaniya havasını şifrələməyə çalışırdı. O bir kitab da çap etmişdi, mühazirələr oxuyurdu. Lakin 1865-ci ildə, onun tənqidçiləri bar-bar bağırırdılar və o tükənmiş bir vəziyyətdə əvvəlki depressiv əhvalına qayıdırdı. O Londonun qərbindəki evindən, cənubdakı Norvuda köçdü ki, bir müddət dincəlsin, lakin heç cür özünə gələ bilmirdi. Onun həyatının son proqnozu 1865-ci il aprelin 29-da artıq özü həyatda yox ikən dərc olundu. Son proqnoz London üzərində tufan proqnozunu vermişdi. Ertəsi gün FitzRoy yatağından qalxaraq kilsəyə getməyə hazırlaşdı. O əyini geyinmək üçün qonşu otağa keçməzdən əvvəl qızını öpdü. Sonra isə…qapını arxadan bağlayıb…intihar etdi.
O vaxtlar belə görünürdü ki, FitzRoyun proqnoz layihəsi uğursuzluğa düçar olub. Lakin bu gün onun ictimai hava proqnozu xidmətinə olan baxışları, hökumət tərəfindən, hamımız üçün maliyyələşdirilir və bir növ gündəlik həyat tərzimizə çevrilib. Onun üç nəfər işçi ilə yaratdığı depatamentin indi 1500 nəfərlik heyəti, 80 milyon funt sterlinqlik illik büdcəsi var. Onun xatirəsinə ən yaxşı töhfə isə 2002-ci ildə verilib. BBC-nin məşhur dənizçilik proqnozu rayonlarından birinin adı Finisterre-dən FitzRoya dəyişdirilib.
Meteoroloji İdarənin hazırkı baş elmi işçisi baronessa Julia Slingo belə izah edir: “FitzRoy doğrudan da zəmanəsini qabaqlamışdı. O səhv etmirdi, qəribəliyi də yox idi, o, sadəcə olaraq uzun bir yolun başlanğıcında idi. Elə bir yol ki, bu gün də Meteoroloji İdarədə davam edir”.
Mənbə:ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bengü ANA OLACAQ-FOTO
"Möhtəşəm yüz il"ə fərqli baxış
Londonda ingilis dilində çap edilmiş “Bakı haqqında xatirələr” kitabının təqdimatı olub
Banan viruslar əleyhinə mübarizəyə kömək edir
Məktəblər bağlandı, oyunları təxirə salındı
Yağda qızarmış qoğallar (foto resept)
Ukraynada dəb həftəsi
Həmsədrlər prezidentlərin görüşü ilə bağlı bəyanat yayıblar
Tatarıstan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
TƏBİB rəsmisindən Teymur Mustafayevin koronavirusdan ölümü ilə bağlı AÇIQLAMA
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Belə evdə yaşamaq asan deyil
Mesut Özil azərbaycanlılara səsləndi:"Qardaşlarım...."
Qripi sağaldan 3 detoks
Azərbaycanın Qaynanasının vəfatından 10 il ötür
Müəllimlərin onlayn yerdəyişməsi başlayır
Hərbi qənimətlər Bakıda
Nazirlik işçi axtarır
Ən paxıl və qısqanc bürclər hansılardır?
Məşhur aktyor müsəlmanların rəğbətini qazandı-FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Sürücülük vəsiqələri dəyişəcək - 18 manata
Asfalt üzərində 3D şəkillər
Enerji içkiləri bu şəxslərə SATILMAYACAQ
Makronun davamlı öskürməyi ətrafdakıları şübhəyə saldı - VİDEO
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür
Həkimlə məsləhətləşmədən idmana başlamayın!
Maşınlar və yazı
Cəbhədə ağır gecə: Şəhidimiz var
Saxta ətirlər xəstəliyə səbəb ola bilər
Hər gün qatıq yesəniz...
Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
Hitlerin hamıdan gizlətdiyi uşaqlığı üzə çıxdı – FOTO
Dəhşətli xəstəlik 40 can aldı
Gənclər arasında sürətlə yayılır
HAVA necə olacaq?-4 yanvar
Uşaq geyimləri
Məşhur tərzi: Billie Eilish
Google-da nə qədər xanım çalışır?
Şəkər tozu ilə pilinq
Gökçə Bahadır 2 milyona ev aldı-FOTO
Şad xəbər: avtomobil krediti bərpa oluna bilər
Azərbaycanda zəlzələlərin sayı artıb, seysmik aktivlik müşahidə olunur
Cazibədar görünməyin 7 yolu-dikdaban geyinməyin...
Amerika Yəhudi Komitəsinin gənc qanadı ACCESS Qrupu Azərbaycanın ABŞ-dakı səfirliyində olub
Yaponiyada 2018-ci il doğum göstəricisi aşağıdır
Avropada SOS
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (5-ci hissə)
Sabahın HAVAsı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]