Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentİlham Əliyevin 2 mart 2015-ci il tarixli Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara müraciət edib.Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, müraciətdə deyilir:
"Bu gün Siz həyatınızın ən şərəfli günlərindən birini yaşayırsınız. Ümummilli liderimiz Heydər Əliyev vaxtı ilə demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatnı bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar. Siz elə bir vaxtda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırsınız ki, bu günlər Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri mövqelərimizə hücum etmiş erməni işğalçı qüvvələrinin layiqli cavablarını verərək rəşadət, cəsarət və peşəkarlıq nümunələri göstərmişlər. İndi hər yerdə Azərbaycan əsgərinin şərəfinə xoş sözlər eşitmək olar. Xalq öz Ordusuna inanır və ona güvənir.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev 19 mart 2015-ci ildə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində keçirilən ümumxalq şənliyində çıxış edərkən demişdir: Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlük əldə etmişik... Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır.
Bu, Siz əsgərlərin xidmətinə ölkə rəhbərliyinin verdiyi ən yüksək dəyərdir. Əminəm ki, Siz orduda aldığınız təlim-tərbiyə və təcrübəni mülki həyatda da dövlətimizin qüdrətlənməsinə, orduya vətənpərvər gənclərin hazırlanmasına həsr edəcək, orduda komandirlərin etimadlarını doğrultduğunuz kimi, arxa cəbhədə də valideynlərinizin ümidlərini doğruldacaq, ata-ananıza layiqli övlad, Vətən üçün dəyərli vətəndaş olacaqsınız".
Nazirin sözlərinə görə, orduya çağırılan gənclər isə bilməlidirlər ki, əsgər həyatının özünəməxsus çətinlikləri vardır: "Lakin öz Vətənini, torpağını, xalqını ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, ölkə rəhbərliyinin hörmət və məhəbbətini qazanacaqdır.
Torpaqlarımızın bir hissəsi düşmən işgalındadır. Qarşınızda duran ən mühüm vəzifə bu torpaqları düşmən əsarətindən xilas etməkdir. Bu vəzifəni uğurla həyata keçirmək üçün siz də Ali Baş Komandanın əmrlərinə hazır olmalı, əsgər həyatının hər anından səmərəli istifadə etməlisiniz.
Xidmətini şərəflə başa vurmuş hərbi qulluqçulara nümunəvi xidmətlərinə görə təşəkkür edir, Vətənə layiqli övladlar yetişdirdiklərinə görə valideynlərə minnətdarlığımı bildirir, gənc əsgərlərə isə hərbi ənənələri uğurla davam etdirərək Silahlı Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazmağı arzulayıram".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR