Parisdə baş verən terror dalğası hələ də gündəmdədir. Almaniyaya səfər etmiş Türkiyə baş naziri Əhməd Davudoğlu kansler Angela Merkellə görüşdən sonra mətbuata açıqlamasında, ölkəsinə qarşı səslənən qərəzli fikirlərə cavab verib. Almaniyanın Daxili Kəşfiyyat Xidmətinin başçısı bundan əvvəl Türkiyənin terorçuların “İŞİD”ə qoşulmaq üçün Türkiyə ərazisindən Suriyaya keçə bilməməsi üçün lazımınca tədbirlər görmədiyini ifadə etmişdi. Əhməd Davudoğlu çıxışında ölkəsinin terrorla zəif mübarizə aparması barədə iddiaları rədd edib. Davudoğlu diqqətə çatdırıb ki, Parisdə yəhudi marketinə qanlı hücuma görə axtarışda olan Hayat Bumediyən Türkiyə ərazisindən Suriyaya keçməzdən əvvəl İspaniyada olub. Madriddən əvvəl haralar getdiyi məlum deyil. İndi buna görə İspaniyanı və ya Türkiyəni ittiham etmək nə dərəcədə düzgündür? Davudoğlu həmçinin xüsusi olaraq qeyd edib ki, terrorun dini mənsubiyyəti olmur və onu İslamla əlaqələndirmək yolverilməzdir.Ümumiyyətlə, Paris hadisələrinə qədər də Qərb dairələrinin İslama qarşı və İslam ölkələrinə qarşı birtərəfli münasibət nümayiş etdirmədiyi aydındı. Bu mənada Parisdə ötən gün baş tutan “Milyonların yürüşünə” müsəlman ölkələrinin liderlərinin etirazı başa düşüləndir.ANS TV-nin məlumatına görə, dünyanın terrorizmə qarşı həmrəylik nümayişi hesab edilən iki milyon insanın qatıldığı Paris yürüşü Türkiyədə etirazlara səbəb olub. İstanbulda keçirilən aksiyada “bütün dünyada müsəlmanların qanı töküldüyü bir vaxtda belə bir yürüş nəyə lazımdır” şüarı səsləndirilib. Fransanın “Sülh marşı” Çeçenistan başçısı Ramzan Kadırovun da gündəmində olub. Kadırov terrorla mübarizədə ikili standartları qınayıb: “Nə üçün prezidentlər, krallar və baş nazirlər bir dəfə də olsun yüz minlərlə afrikalının, suriyalının, misirlinin, liviyalının, yəmənlinin və ya iraqlının öldürülməsilə əlaqədar keçirilən etiraz aksiyalarına başçılıq etməyiblər? Qroznıda hökümət evi partladılanda, ümumxalq səsverməsilə seçilən Əhməd Hacı Kadırov və onun silahdaşları həlak olanda, onlar niyə susurdular?”, - deyə Çeçenistan başçısı soruşur.Fransa olaylarında diqqət çəkən bu məqamı politoloqlar dünyanın ikili yanaşmasının növbəti təzahürü kimi izah edirlər. Hansı ki, bu yanaşma ilə Azərbaycan illərdir qarşı-qarşıyadı.
Politoloq Fikrət Sadıqov deyir ki, Azərbaycana qarşı bir neçə dəfə terror aktları törədilib: “Dağlıq Qarabağ məsələsi öz həllini tapmayıb. Azərbaycan torpaqları işğal altındadır. Ermənistanın nazı ilə oynayırlar. Və Azərbaycandakı qaçqınları taleyi ilə maraqlanmırlar. Bəs hardadı bu həmrəylik?”.
Dünya üzrə 2014-cü ildə terror qurbanlarının sayı 61 faiz artıb. İl ərzində yalnız İraqda terror 22000 insanın həyatına son qoyub. Dünya mediası demək olar ki, hər gün Parkistanda, Əfqanıstanda, Suriyada, İraqda, Nigeriyada müsəlmanlara qarşı təşkil edilən terror hadisələrindən xəbər verir.
Nigeriyada “Boko-Haram”, Suriya və İraqda “İŞİD” terrorçularının qətlə yetirdiyi insanların sayı 50 mindən çoxdur. Maraqlıdır ki, onların heç biri üçün bu cür dünya səviyyəli marş təşkil edilməyib.
“Azadlıq, qardaşlıq”, şüarı ilə keçirilən bu marşda nümayiş olunan həmrəylik əslində dünyanın bütün dinlərinin əsas xəttini təşkil edir. İslam dinində sənin kimi düşünməyənləri öldür deyilmədiyi kimi, başqaları üçün müqəddəs olanı təhqir etməyin icazəsi də İncildə verilməyib.
Hətta buna bəziləri Söz azadlığı donu geyindirmək istəsə belə. Analoji hadisələr göstərir ki, insanları təhqir edib qıcıqlandırmaq yalnız terrora yol açmır, həm də dinlərarası nifaq yaradır.
Fransada hər şeydən üstün tutulan söz azadlığı sərhədsiz olmamalıdır. Bakıdakı “Müqəddəs Məryəm” katolik kilsəsinin keşişi Vladimir ata bu fikirdədir. Artıq illərdir əhalisinin əksəriyyətinin müsəlman olduğu - azərbaycanlıların arasında yaşayan sinaqoq Ravin Şneor Seqal da Fransa olaylarını terror hadisələrindən daha çox siyasi oyun kimi analiz edir. Ravin deyir ki, məsələ dinlə əlaqəli olsa idi, biz Bakıda illərdir müsəlmanların arasında yaşaya bilməzdik.
Fransada baş verən terror hadisələrinə bütün dünya birliyinin nümayiş etdirdiyi həmrəylik olduqca müsbət haldır. Amma Parisdə terror qarşısında dövlətlərin birlik tablosunu söz azadlığı altında dini müqəddəsləri məsxərəyə qoyanlar yaratmamalı idi. Bu həmrəylik mesajı hələ illər əvvəl Bakıda metroya, şəhərlərarası sərnişin nəqliyyatına edilən hücumlar zamanı onlarla günahsız insan qətlə yetirilərkən verilməli idi.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
HAVA necə olacaq?
Dünyanı gözləyən təhlükə
"Ad günü" salatı (foto resept)
Nazirlikdən növbəti düşmən təxribatı ilə bağlı XƏBƏRDARLIQ
Xərçəngdən qorunmağın təbii yolları
X Mavericks pulsuz olacaq
Azərbaycanda yeni idman federasiyası açıldı
Hadise tətilə çıxır
Yaz aylarını bəzəyən canlı rənglər
Analar mükəmməl olmayın!
“Samsung Galaxy S9”un təqdimat tarixi açıqlandı
Facebook və Google-dan zəlzələyə görə yeni xidmət
Nə qədər cəsarətlisiniz? (Şagird və tələbələr üçün-Test)
Sobada sosiskalı yumurta (foto resept)
İmplant əməliyyatı etdirənlər üçün vacib məlumatlar
Baharın gəlişinin Qiyamətə 4 oxşarlığı
Sobada ətli badımcan kababı (foto-resept)
"Spartak" tortu (foto resept)
NAACP mükafatları: Qırmızı Xalça
Mixail Qorbaçovun cinayətləri haqqında məqalə dərc olundu
Abdullah Gül: "Türkiyə regionun hərbləşdirilməsinin əleyhinədir
Pokerdə 10 milyon dollar uddu
Bu gün Türkiyə və Rusiya sülhməramlıları Dağlıq Qarabağda fəaliyyətlə bağlı razılaşmanı imzalayacaqlar
Mustafa Şentop: “Lalsınız, karsınız, ya korsunuz? Ermənistana “dur” deyilməlidir”
Peşman olmayan insanların xüsusiyyətləri
Sumağın faydaları
Uşaq ensiklopediyası - 7
Ən bahalı və ən ucuz ixtisaslar
Günün ulduz falı
Hava haqqında - 26.09.2013
Günün ulduz falı
Devid Bekhem ilk dəfə filmə çəkildi
Fərqli saç aksessuarları
Ən gülməli manekenlər
Bakıda milyonluq villalar sökülür
Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir?
Robbi Uilyams xəstəxanalıq oldu
Kişi geyim nümunələri
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Qısa ətəkli ziyafət geyimləri
Dadlı toyuq qızartması (foto resept)
Azərbaycanda sosial reklamların telekanallarda yayımında dəyişiklik olacaq?
Dahi bəstəkarlarımız - I hissə
"Kuruluş Osman"da yeni aktrisa - FOTO
Türkiyənin ideal qadınını açıqlayırıq!
Dünya tarixində ən varlı adamının adı açıqlandı
Dübəndidə yeni şəhər salınacaq
"Şok xəbər" yalanını necə bilməli? - MƏSLƏHƏTLƏR
Tatlısəsin anası öldü-FOTO

- ŞƏRHLƏR