Rusiya rublunun qeyri-sabitliyi Azərbaycan da daxil olmaqla, MDB ölkələrinin əksəriyyətinin valyuta bazarlarına təsir edir. Rubl Azərbaycan üçün ehtiyat valyuta olmasa da, iki ölkə arasında cərəyan edən miqrasiya prosesləri sayəsində ölkədə populyarlığına görə üçüncü yeri tutur. Rusiyanın Əmək və Məşğulluq Federal Xidmətinin məlumatına əsasən, Rusiyadakı əmək miqrantlarının sayına görə Azərbaycan Ukrayna, Özbəkistan və Tacikistandan sonra dördüncü yeri tutur.
Dünən rubl uzunmüddətli çökmədən sonra ilk dəfə artdı, lakin rusiyalıların sevinci qısamüddətli oldu. İlkin olaraq rubl RF MB-nin dekabrın 16-dan əsas dərəcənin 10,5 faizdən 17 faizədək qaldırılmasına dair qərarından sonra əvvəlki gün baş verən güclü enməni bərpa etdi. Qərar son zamanlar əhəmiyyətli dərəcədə artmış devalvasiya və inflyasiya risklərini məhdudlaşdırmaq məqsədi ilə verilmişdi.
Ancaq Moskva birjasındakı hərracların nəticəsinə görə, gün ərzində avronun məzənnəsi 100 rublu ötdü, dollar isə 80 rubl oldu.
Son günlər rublun məzənnəsindəki tərəddüdlər ondan xəbər verir ki, Rusiya Mərkəzi Bankı əsas hədəfi olan rublun məzənnəsindəki enmələri yubatmağa hələ də nail olmayıb. Deməli, Rusiya iqtisadiyyatının inkişafı üçün şanslar da azalır. Heç kim iqtisadiyyatın yeni şəraitlərə uyğunlaşması üçün zaman çərçivəsini müəyyən edə bilməz. Bu arada, Qərb sanksiyaları ləğv etməyə hazırlaşmır, müvafiq olaraq Rusiya bankları qismən beynəlxalq kapital bazarlarına çıxışdan məhrum olublar, neftin qiymətləri isə hər gün azalmaqda davam edir.
Rusiyanı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin hökumət başçılarının görüşündə qəbul edilən qərar xilas edə bilər. Görüşdə regionun altı ölkəsi - Qazaxıstan, Rusiya, Çin, Tacikistan, Qırğızıstan və Özbəkistan Amerika dollarından imtina etməyə hazır olduqlarını bildirdilər.
İqtisadi müstəqilliyə əyani misal dünən Qazaxıstan və Çinin rəsmən dollardan imtina etmələri oldu. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qeyd etdiyi kimi, indi Astana və Pekin bütün qarşılıqlı hesablaşmaları milli valyutalarla aparacaqlar. İki dövlətin baş bankirləri artıq saziş imzalayıblar və hətta 200 milyard tengelik ilk müqaviləyə qol çəkilib. İki ölkə bununla da digər dövlətləri onlardan nümunə götürməyə çağırıblar.
Təşkilatın digər iştirakçılarının şübhə etməmələri və düşünmədən qazaxıstanlı həmkarlarının izi ilə getmələri üçün Çin nümayəndələri ŞƏT ölkələrinin iqtisadi layihələrinə on milyonlarla sərmayə yatıracağını vəd edib... Amma, hələlik dollarla.
Çox güman ki, bu, yola saldığımız ilin ən iri siyasi hadisəsi olacaq və ixracatçılar və idxalatçılar arasında gərginliyi azaldacaq.
Hesablaşmaların milli valyutalarla aparılması məsələsi hər il Bakıda keçirilən MDB dövlətlərinin Beynəlxalq Bank Konfransının gündəliyinə daxil edilir. Lakin yerli ekspertlərin fikrincə, xüsusilə MDB məkanında vahid valyutada qarşılıqlı hesablaşmalara keçid hələ tezdir, çünki bunun üçün iqtisadi baza yoxdur.
Regiondakı bütün milli valyutalar, xüsusilə rubl hazırkı reallıqlara görə kifayət qədər zəifdir. Dünya iqtisadiyyatında rublun xüsusi çəkisi çox aşağıdır, elə Rusiya iqtisadiyyatının özündə dollar və avro xüsusi paya malikdirlər.
Ümumilikdə isə bu siyasi qərar ola bilər, lakin bu təşəbbüslər xalis iqtisadi məqsədəuyğunluqdan kifayət qədər uzaqdır.
Qeyd etməyə dəyər ki, rublun sərbəst üzən məzənnəyə buraxılması [noyabrın 5-dən], təbii ki, AZN/RUB valyuta məzənnəsinə də təsir etməyə başlayıb: bu dövrdə Rusiya rublu Azərbaycan manatına nisbətdə 27,9 faiz qiymətdən düşüb.
Bu, MDB ölkələrindən olan miqrantları çox acınacaqlı vəziyyətdə qoyur. Onlar ardıcıl olaraq hər ay ailələrinə minlərlə rubl vəsait göndərirlər. İndi isə rublun zəifləməsini onlar öz vətənlərində də hiss etməyə başlayıblar.
Azərbaycana pul köçürmələrinə gəldikdə, Rusiya MB-nin rəsmi statistikasına görə, 2009-2011-ci illərdə Azərbaycana bir milyard dollara yaxın vəsait köçürülüb, qeyri-rəsmi statistikaya görə isə bu məbləğ iki milyard dollar təşkil edir. Rusiya ərazisində azərbaycanlı miqrantların sayının azalması ilə əlaqədar, 2013-cü ildə Azərbaycana pul köçürmələri 600 milyon dollara yaxın təşkil edib və il ərzində qeyri-rəsmi məlumatlara görə də təxminən elə o qədərdir.
2014-cü il ərzində Rusiyadan Azərbaycana pul köçürmələrinin həcminin azalmasını bir mənbə üzrə təqib etmək olar: 11 ay ərzində Azərbaycana IBA-Express şəbəkəsindən istifadə etməklə 22,1 milyon dollar həcmində köçürmə həyata keçirilir, halbuki bütün 2013-cü il ərzində bu göstərici 55 milyon dollar həcmində olub. Bununla yanaşı, köçürmələrin sayı 20 min ədəd azalıb.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda yarım milyon insanda xəstəlik tapıldı
NADIR HADİSƏ: İkibaşlı qız uşağı doğuldu
Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
BÜRCLƏR bizə nə vəd edir?-8 Oktyabr
Təyyarədən özünə ev düzəltdi-FOTO
Ermənistandan daha bir etiraf: "Uduzduq, təkləndik"
İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB
12 barmaqlı kişi: "Hamı elə gözəl qadın axtarır"
Bakıda evlərin qiymətləri ucuzlaşır
Gündəlik normal qidalanma
1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir?-RƏSMİ CAVAB
Koronavirus beyin xərçəngi yarada bilər
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Çiçəkdən tac düzəlt
Ermənistan hərbi helikopterinin təxribatı AŞPA-nın növbəti sessiyasında qaldırılacaq
Məşhur tərzi: Camila Morrone
Rus alimlər ömrü uzatmaq üçün yeni dərman hazırlayıblar
Brüssel kələmi yeməyi (foto-resept)
Göz və dodaq rənginin dəyişdirilməsi (Dərs-12)
Xeyli erməni əsgər yaralandı, ölən var
Gündə ən az 5 ədəd zeytun yesəniz..
BQXK Azərbaycanda saxlanılan erməni əsirlə görüşdü
Yapon dənizində çirkab suların təmizlənməsi üçün bakteriyalar tapılıb
Günəşdə iki güclü alışma olub
Sakit okeanı ilk dəfə avarla keçib
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Maksim Şevçenko: “Gəncənin atəşə tutulması Hitlerin fəaliyyətinin analoqudur!”
2011 qadın yay geyimləri
Hülya Avşar yenə TƏCCÜBLƏNDİRDİ-FOTO
NASA-nın astronavtları kosmosdan qayıtdılar - VİDEO
HAVA necə olacaq?- 16 fevral
Sabahın HAVAsı
Hamiləlik dövründə bunlardan zövq alın
Ana südünün böyüklərə xeyri
Lavaş piroqu( foto resept)
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
İlandan şərab hazırlandı – FOTO
İşə qəbul üçün müəyyən edilən yaş həddi artırılacaq?
Amma siz ziyansız olduğunu düşünürdünüz
Bakıda "qara bazar"dan 300 min manatdan çox valyuta götürüldü
Geyim kombinasiyaları
Məşhur yerlərin görüntülərini toxudu
Şifon donlar
Eynək istehsalı dayandırılır
Günəş işığı koronavirusu məhv edir? - Məşhur alim açıqladı
Bir günə, heç hara getmədən xarici pasport necə almaq olar?
Ronaldinyo məsələsinə son qoyuldu
Instagram öz messencerini sınaqdan keçirməyə başlayır
Çiyələkli smoothie (foto resept)
- ŞƏRHLƏR