Amma bunun əksini düşünənlər də var. Onların fikrincə, mövcud təkliflər fonunda konkret addımlar atılmasa, problem asanlıqla çözülməyəcək. Aprel savaşı və ondan sonra baş verən proseslərlə bağlı "Şərq"in suallarını cavablandıran "Turan" informasiya agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev də hesab edir ki, münaqişənin birdəfəlik həlli üçün konkret addımların atılması mütləqdir.
- Mehman bəy, ilkin olaraq "dörd günlük" savaş haqqında münasibətinizi bilmək istərdik. Qısamüddətli müharibəni başladan amillər nələr idi?
- Burada beynəlxalq güclərin marağı var idi. Minsk Qrupu həmsədrlərinin reaksiyası göstərdi ki, onlar bu nəticələrin olmasında maraqlı idilər. Biz Suriyada, İraqdakı durumu görürük. Regionda hərbi əməliyyatlar sona çatmaqdadır. Yaxın gələcəkdə yenidən qurulma prosesləri başlayır. Bu mənada Qarabağ konfliktinin tezliklə çözülməsi məsələsi gündəmə gəlir. Burada ən böyük problem ondan ibarətdir ki, erməni tərəfdə olan "qalibçilik" sindromu onlara düzgün, adekvat qərar verməkdə mane olur. Bu da münaqişənin həlli istiqamətində çox ciddi problemə səbəb olur. Azərbaycan tərəfi danışıqlar prosesində güzəştə gedir. Onlara Azərbaycanın tərkibində muxtariyyət verir, bizim sərhədlər daxilində öz müqəddəratlarını həlletmə imkanı yaradılır. Bu, əslində kompromisdir. Ermənilərin kompromisi isə bundan ibarətdir: - "Ətraf rayonları veririk, amma biz müstəqil olmalıyıq". Bu da bizi qane etmir. Erməni tərəfi yenə müqavimət göstərməyə başlasa, proses təkrar olunacaq. Bu da düşmən üçün daha pis nəticələr verəcək.
- Aprelin 5-də imzalanan atəşkəs sazişi nə üçün zəruri idi?
- Məqsəd ermənilərə Azərbaycanın güclü olduğunu göstərmək idi. Həqiqətən Azərbaycan tərəfi "biz torpaqlarımızı geri alacağıq" tipli bəyanatların arxasında real güc və imkanlar olduğunu göstərdi. Yəni bu, erməni tərəfinə mesaj idi ki, gəlin prosesi sülh yolu ilə yekunlaşdıraq. Atəşkəsin yenidən işə düşməsindən sonra Prezident İlham Əliyevin bəyanatlarında da bu məqam səsləndi ki, biz erməniləri bu yoldan çəkinməyə çağırırıq. Əsas məqsəd həm də Azərbaycan Ordusunun öz torpaqlarını azad etməyə qadir olduğunu nümayiş etdirmək idi. Bu mənada böyük dövlətlərin dəstəyini də almış olduq.
- Savaş zamanı və ondan sonrakı dövrdə Azərbaycana hansı formada dəstək verildi?
- Əgər bəlli güclər bu işə qarışmadılarsa, bunun özü dəstəkdir. Onlar formal olaraq bəyanatlar verdilər, çağırışlar etdilər. Amma 3 gün ərzində ciddi müdaxilə olmadı. Ondan sonra Rusiya işə salındı, atəşkəs bərpa olundu.
- Hərbi əməliyyatlardan ötən bir ay ərzində münaqişənin həlli istiqamətində hansı irəliləyiş oldu? İddia edilirdi ki, danışıqlar müstəvisində canlanma olacaq...
- İndiyə kimi faktiki olaraq hansısa irəliləyişin şahidi olmamışıq. Münaqişənin həlli istiqamətində konkret addımlar atılmayıb. Sadəcə quru bəyanatlar, çağırışlar edilib. Amma ortada real bir şey yoxdur. Gözləyək, görək bundan sonrakı proseslər hansı istiqamətdə gedəcək?
- "Dörd günlük" müharibədən sonra Rusiyanın xüsusilə fəallaşmasını necə dəyərləndirirsiniz?
- Rusiyanın fəallığı nəyisə dəyişmir və öz maraqlarına xidmət edir. Mən inanmıram ki, ötən müddət ərzində Moskva tərəfindən Ermənistana ciddi təzyiq edilib. Bu sadəcə görüntüdür. Bu cür aktivliyin bizə faydası yoxdur.
- Ermənistandakı daxili ziddiyəti necə şərh edərdiz? Hesab etmək olarmı ki, rəsmi İrəvan gözləmədiyi hadisələrlə üzləşdi?
- Ermənistan tərəfi Azərbaycan ordusundan bu cür sarsıdıcı hərbi əməliyyat gözləmirdi. Aprel savaşı düşmən üçün ağır zərbə oldu. Digər tərəfdən Ermənistan beynəlxalq təzyiqlərlə üzləşdi. Bütün bunlar Ermənistanda ruh düşkünlüyü yaratdı. Ona görə də ölkədə siyasi polemikalar gedir, qarşılıqlı ittihamlar səsləndirilir. Hazırda düşmən ölkə ciddi gərginlik dövrünü yaşayır.
- Amma buna baxmayaraq, Ermənistan tərəfi "DQR"in tanınması və başqa üsullarla Azərbaycanı təhdid, şantaj etməyə çalışır. Bunu necə analiz edərdiz?
- Ermənistan düşdüyü çətin vəziyyətdən çıxış yolları axtarır. Çünki onlar qərar verə bilmirlər ki, irəli sürülən təkliflərin hansına razılaşsınlar, hansına razılıq verməsinlər. Bu baxımdan bir qədər radikal addımlar atmağa, yəni bir növ vaxt qazanmağa çalışırlar. Düşmən indi axtarışdadır.
- Təkliflər demişkən, "Madrid prinsipləri" ilə yanaşı, indi "Kazan formulu" da ortaya atılıb. Mahiyyət etibarı ilə təkliflər eynilik təşkil edirmi?
- "Kazan formulu" "Madrid prinsipləri"nə əsaslanır. Kazan toplantısında münaqişə tərəfləri "Madrid prinsipləri"nə sadiq olduqlarını deyirdilər. Ancaq orada yeni təkliflər də gündəmə gətirildi. Bu yenilik isə Azərbaycan tərəfinin daha çox kompromisə getməsi ilə bağlı idi. Ona görə də danışıqlar dayandı və heç bir nəticəsi olmadı. "Madrid prinsipləri" də Azərbaycanın ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmə hüququna əsaslanır. Əgər tərəflər bu prinsiplər ətrafında razılığa gələrsə, o zaman bu həll yolunun həyata keçirilməsinin iki mexanizmi olacaq. Birinci həll yolu - 5 rayonun işğaldan azad edilməsi və münasibətlərin qurulmasıdır. Referendumun keçirilməsi isə başqa vaxta saxlanılır. İkinci həll yolu isə "paket" variantıdır. "Paket" variantda rayonların nə zaman boşalacağı, nə zaman referendumun keçiriləcəyi dəqiq göstərilir. Əsas problem odur ki, "Madrid prinsipləri"ndə əksini tapan iki prinsip - ərazi bütövlüyü və xalqların öz müqəddəratını həlletmə prinsipi ziddiyət təşkil edir. İndiki təkliflər, paketlər də sadəcə olaraq söz-söhbətdir, əməli heç nə yoxdur. Yəni tərəflərin yenidən silaha əl atmaması üçün heç bir siyasi təzyiq, mexanizm yoxdur.
- Deməli, hərbi əməliyyatların yenidən geniş miqyas ala biləcəyini düşünürsüz?
- Azərbaycan tərəfi dəfələrlə bildirib ki, əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, hərbi əməliyyatlarla ərazilərimiz düşməndən azad ediləcək. Bu barədə ölkə rəhbərliyinin bəyanatları, çağırışları olub. 2-5 aprel tarixli savaş da bunun qısa nümunəsi idi. Yəni müharibə ehtimalı hər zaman var. Ancaq müharibənin hansı miqyasda olacağını zaman göstərəcək.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Solğun dəri üçün tövsiyə
Günün qoroskopu: Düşərli gündür!
Qara vanna otağı
Verməşil salatı (video-resept)
Koronavirus bu qan qrupunu yox etmək üçün yaradılıb - ŞOK İDDİA
Zakir Həsənov hərbi təlimləri izləmək üçün İzmirə gedir
“Balu”nun şirniyyatlarını almayın - FOTO
Bədən formanıza görə gəlinlik seçimi
"Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir"
“Caliber”: Azərbaycan Ordusu Ağdərə istiqamətində fəallaşıb - VİDEO
Uorlikdən münaqişə tərəflərinə çağırış
Ramazan ayının 25-ci gününün duası
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
Əfsanəvi futbolçu klub sahibi oldu
Karantində olan Ronaldudan koronavirusla bağlı böyük jest
Problemli kreditlərdən çıxış yolu
Ən çox istifadə etdiyimiz makiyaj vasitələri
HAVA necə olacaq?- 4 MAY
72 dollara alınan rəsm əsəri 75 milyon dollara satıldı
Eldar Mansurov
Kosmonavt YADPLANETLİLƏRİN SİRLƏRİNİ AÇDI
Türk futbolçu Azərbaycan klubuna keçdi
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Avropanın ən çox qazanan ulduzları - Forbes
Yataq otağı trendləri
Azərbaycan muğamını elmi cəhətdən öyrənəcək yeni şöbə yaradılır
Bəziləri şanslı doğulur
Cərrah prezident olmaq istəyir
Təmizlik zamanı yol verilən səhvlər
Qovaq ağacları allergiyası olanlar üçün təhlükəlidir
Sevgi, evlilik: ən gözlənilməz təklifi kim edəcək?
Bakıda hamilə qadın koronavirusa yoluxdu: Vəziyyəti ağırdır
BMT uşaqlar üçün ən yaxşı ölkəni açıqladı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Emin Əmrullayev təhsil müəssisələrində tətilin səbəbini açıqladı
Kredit borcu yalnız o halda bağışlana bilər ki ..
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri müəyyənləşib
HAVA necə olacaq?-22 İyul
Azərbaycan Ordusunda valideyn görüşləri qadağan edildi
Cəbhədə atəşkəs yenidən pozuldu
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Bakıda güclü külək əsəcək
İçlikli ət ruleti (foto resept)
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Şəhid gizir Yaşar Babayevin yeni doğulan qızı - VİDEO
"Çocuklar duymasın" serialı final etdi
Azərbaycanda xüsusi rejimə görə ərzaq mağazaları bağlanır? - RƏSMİ AÇIQLAMA
Soya südünün faydaları
Dünyanın bacarmadığını bu ölkə etdi














