Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdogan iclasda çıxış edərək dedi:
- Əziz qardaşım, cənab Prezident Əliyev.
Nümayəndə heyətinin dəyərli üzvləri.
Sizi ən səmimi hisslərimlə, məhəbbətlə, hörmətlə salamlayıram. Sizi ikinci vətəniniz olan Türkiyədə qonaq qəbul etməkdən böyük məmnuniyyət hissi keçirdiyimi xüsusilə vurğulamaq istəyirəm. Millətimizin və ölkəmizin bu çətin günündə - Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı həqiqətən çox ciddi terror aktı - terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyiniz həmrəyliyə görə öz adımdan və millətimiz adından təşəkkür edirəm. Bu gün Siz mərhum Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını yaşayaraq bunu açıq-aşkar nümayiş etdirdiniz. Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm.
Builki iclasımızın Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ilində keçirilməsi xüsusi bir məna daşıyır. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, ötən 25 ildə keçdiyiniz inkişaf yolu və əldə etdiyiniz müvəffəqiyyətlərlə bağlı biz də ən azı sizin qədər qurur duyuruq. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına dəyərli qardaşım, hörmətli Əliyev ilə birlikdə sədrlik etməkdən böyük məmnuniyyət duyuram. Bu gün apardığımız və aparacağımız müzakirələrin ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm.
Sizinlə təkbətək görüşümüzdə ətraflı fikir mübadiləsi apardıq. Eyni zamanda, heyətlərimizin üzvləri də həmkarları ilə görüşlər keçirdilər. Hörmətli nazirlərimiz bu görüşlərin nəticələrini bir azdan sonra Şuraya təqdim edəcəklər. Dünya iqtisadiyyatındakı böhranların hələ də davam etdiyini, maliyyə sabitliyinin hələ də təmin olunmadığını hamımız görürük. Bu mənzərə qarşısında bugünkü iclasımız çox böyük önəm və dəyər daşıyır.
Türkiyə bütün sahələrdə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir. Bu iclasımız, inşallah, mövcud əməkdaşlığımızı daha da inkişaf etdirəcək və möhkəmləndirəcək. İclasımızın əsas mövzuları enerji, nəqliyyat, iqtisadiyyat və hərbi təhlükəsizlik, yəni, müdafiə sahəsində əməkdaşlıq olaraq müəyyənləşdirilib. Dünyadakı hazırkı iqtisadi və siyasi vəziyyəti nəzərə aldıqda mən bu məsələlərin çox dəqiq seçildiyini vurğulamaq istəyirəm.
Əziz qardaşım, son illərdə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Ötən il ilk Avropa Oyunlarının açılışını möhtəşəm təşkil etdiniz. Açılışda ən az sizin qədər biz də qürur duyduq, iftixar hissi keçirdik. İnşallah, bu il də BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfər edəcəyik. Həmçinin Sizin 2016-cı ili "Multikulturalizm ili" elan etdiyinizi bilirəm. Məlumdur ki, diskriminasiya, ksenofobiya və İslamafobiya kimi irqçi meyillər dünyada yenidən fəallaşıb. Bu baxımdan ev sahibliyi edəcəyiniz BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun çox mühüm əhəmiyyət daşıdığını düşünürəm. Forumun uğur qazanması üçün Sizinlə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində çalışacağıq. Bilirsiniz ki, biz də ilk dəfə təşkil ediləcək Dünya Humanitar Zirvə Toplantısına mayın 23-24-də İstanbulda ev sahibliyi edəcəyik. İnşallah, Sizi orada qəbul edəcəyimə ümidvaram. Aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı İstanbulda keçiriləcək. Sizi həmin Zirvə Toplantısında da görməkdən böyük məmnunluq duyacağam. Çünki builki Zirvə Toplantısında müzakirə olunacaq məsələlər mühüm əhəmiyyət kəsb edir.
Əhəmiyyət verdiyim digər məqam isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin və təsir dairəsinin daha da artırılmasıdır. Asiya iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilir. Qafqaz bölgəsi isə Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi get-gedə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi "İpək yolu"nun bərpası və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlər qətiyyətlə davam etdirilməlidir. Azərbaycanın həmin layihələr üzrə qovşaq və yolların kəsişməsində yerləşməsi baxımından mühüm rolu var. Başda Bakı və Ələt limanlarında aparılan işlər olmaqla, logistik dəhlizi əhatə edən bütün layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində işləmək istəyirik.
Digər mühüm məsələ isə Azərbaycanın enerji resurslarının təhlükəsiz şəkildə Avropaya çatdırılmasıdır. "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün TANAP layihəsi üzrə səmərəli əməkdaşlığımız var. Hazırkı dövrdə "Cənub" qaz dəhlizinin əhəmiyyəti daha da artıb. Bu dəhlizin onurğa sütununu isə TANAP təşkil edir. Bu baxımdan layihə mümkün qədər qısa vaxtda həyata keçirilməlidir.
Biz vətəndaşlarımızın təhlükəsizliyinə qəsd edən, ölkəmizi təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Bu məsələdə Azərbaycanın bizi dəstəklədiyini bilirik. Bu gün buraya gələrək bunu sübut etdiniz. Həm də əsl dostluğun və qardaşlığın nə demək olduğunu bizə göstərdiniz. Millətimiz bunu heç vaxt unutmayacaq. Bu düşüncələrlə Sizi və nümayəndə heyətinizin üzvlərini bir daha salamlayıram və sözü Prezident, əziz qardaşım İlham Əliyevə verirəm.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məşhur modeldən gözlənilməz FOTO
Azərbaycanda ən çox hansı zonada koronavirusa yoluxma olub? - SİYAHI
Bu günün hava proqnozu
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Kişilərin ağlını başdan necə çıxarmaq olar?
Azərbaycanda narkoman qadınların sayı ildən-ilə artır
Xərçəngdən qorunmağın təbii yolları
Türkan Şoray 2 yaşından 72 yaşına qədər - VİDEO
Dördüncü “Eurovision 2019” namizədimiz LƏMAN oldu– Video
Üzüm şərbəti (foto-resept)
Günün qoroskopu: qəfil üstünlükləri aşkarlayaraq irəliləyin
Sibel Can tənqid olundu-SƏBƏB
Ginnesin Rekordlar Kitabına düşən məşhurlar
Xanımlarımız üçün babetlər
Azərbaycanda idman gimnastikası dirçəlir
HAVA necə olacaq?
Bananlı tort (foto resept)
İnstagram fenomeni sərvət toplayır-FOTO
Karantin postlarının yaradılacağı ərazilər açıqlandı
“ASAN xidmət” mərkəzləri sabahdan müvəqqəti bağlanır
Erməni silahlıları cəbhənin iki istiqamətində fəallaşıblar
Məşhur dietoloqdan vacib açıqlama: “İnsanlar yaşa dolduqca...”
Qadınla kişi arasındakı mübahisənin səbəbləri
Qarabağda erməni komandir güllələndi
Postlar yığışdırıldı: Maşındakı sərnişinlərə nəzarət necə həyata keçiriləcək? - RƏSMİ AÇIQLAMA
Kral ailələri Azərbaycana istirahətə gəldi
Rənglərin öyrədilməsi
Bu, son 500 ildə 3 dəfə olub
Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
Metro istifadəçiləri mütləq oxuyun - Yoxsa, 50 manat cəriməsi var
6 uşaq anası ölkə gözəli oldu
Məşhur reperin milyonluq aksesuarları diqqət çəkdi-FOTO
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
Riyazi məntiq
Bu robot görənləri təəccübləndirdi - FOTO
Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı
Fendən istifadə edərkən yol verilən səhvlər
Sıla Demet Akalını izləmədən sildi-SƏBƏB
Dünyanın möhtəşəm yer olduğunu göstərən şəkillər
Gürcüsayağı ət qızartması (foto resept)
Avstriya şirkətləri Azərbaycana texnologiyaların ixracına maraq göstərirlər
BÜRCLƏR bizə nə vəd edir? - 15 APREL
Son nöqtəni "Qarabağ" qoyacaq (CƏDVƏL)
Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransından yazdı - FOTO
Ermənilərin yaşadığı bölgədə zəlzələ baş verdi
Heyrətamiz təbiət mənzərələri
Yeni ixtira: telefonlarınızın batareyası bir dəqiqədə dolacaq
Ancelina Colinin hesabı bağlandı-SƏBƏB
Dünyanın diqqəti Bakıda!














