Belə bir deyim var: “Şirin ye, şirin danışasan...” Bəli, elə insanlar var ki, onlar qida rasionlarını şirniyyatsız təsəvvür edə bilmirlər. Bəs, bəh-bəhlə alıb süfrəmizə gətirdiyimiz şirniyyatların nə dərəcədə keyfiyyətli olduğundan xəbərdarıqmı?
Məlum olduğu kimi, paytaxtda və bölgələrdə çoxlu sayda şirkət və sexlər tərəfindən şirniyyat məhsulları bişirilərək satış mərkəzlərinə göndərilir. Həmçinin ölkə bazarında yerli məhsullarla yanaşı, xaricdən, xüsusən də Rusiya, Türkiyə və Ukraynadan gətirilən şirniyyat növləri də var. Təəssüf ki, satış mərkəzlərində əhaliyə satılan çeşidli şirniyyat məhsullarının heç də hamısı keyfiyyətli və istifadəyə yararlı deyil. Azərbaycanda artıq şirniyyat bazarının simasını müəyyən edən istehsalçı şirkətlər özəyi formalaşıb.
Hələ sovet dövründə respublikamızda ümumittifaq əhəmiyyətli iri şirniyyat müəssisələri fəaliyyət göstərib. Təkcə 1941-ci ildə əsası qoyulmuş Bakı Biskvit Fabrikini qeyd etmək kifayətdir. İndi də marka adı qazanmış AZZA, Z-style, Bon Appetit, Vinni, Güllüoğlu kimi şirniyyat evləri var ki, burada hazırlanan tortlar və şirniyyatlar dillər əzbəridir. Biz də adı hallanan bu şirniyyat sexlərindən bir neçəsi ilə əlaqə saxlayıb iş prosesinə gəlib baxmaq istədiyimizi bildirsək də, razı olmadılar. Hər zaman keyfiyyətli şirniyyatlar sərgiləyən və özünə güvənən bu şirniyyat sexlərinin niyə iş proseslərinə baxmağa razılaşmadıqları isə bizim üçün müəmmalı qaldı. Belə qənaətə gəlmək olar ki, nədənsə çəkinirlər və heç də hər şey göründüyü kimi deyil. Bəlkə də yanılırıq. Amma hər halda, situasiya bunu deməyə əsas verir.
Özəl günlərdə daha çox satılan şirniyyat növünün tort olduğunu nəzərə alaraq bir neçə şirniyyat mağazasına baş çəkib tortların qiyməti ilə maraqlandıq. Qiymətlər müxtəlif idi. Öyrəndik ki, tərkibindən və böyüklüyündən asılı olaraq tortların qiyməti 30 manatdan başlayaraq 1000 manatadək artır. Təbii ki, mağazaların vitrinində 1000 manatlıq tort yox idi. Vitrinə qoyulan tortların qiyməti 30-200 manat arasında dəyişirdi. Bahalı və müxtəlif fiqurda tortlar isə sifariş edilir və bir neçə saata hazırlanıb müştəriyə təqdim edilir. Bunu AZZA şirniyyat mağazasının satıcısı deyir.
Qeyd edək ki, xarici ölkələrdə müxtəlif fiqurlu tortların hazırlanma mexanizmi Azərbaycan da tətbiq edilir. Artıq sifarişlə istənilən formada - fotoaparat, ofis, kreslo mini-maketini tortdan hazırlayırlar. Təbii ki, onların qiyməti də elə dizaynlarına oxşardır. Bu tip tortları isə əsasən varlı təbəqənin nümayəndələri, məmurlar sifariş edirlər. Onların qiyməti 500 manatdan başlayır.
Baş çəkdiyimiz mağazalarda tortların və şirniyyatların əksəriyyətində saxlanma müddəti, tərkibi yazılsa da, bəzilərində tərkibi barədə məlumat qeyd olunması bir yana, heç istehsal tarixi də göstərilmirdi. Alıcılar arasında da çox vaxt tortlardan marqarin yağı tamının gəlməsindən şikayət edənlər də vardı. Xatırladaq ki, sovet dövründə kremli məhsullara marqarin yağı işlədilə bilməzdi. Amma hazırda şirniyyat istehsalı ilə məşğul olan mağazalar şəbəkəsinin böyük əksəriyyəti kərə yağından istifadə etmir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satılan tortların və şirniyyatların 80 faizinin üzərində istehsal tarixinin qeyd olunmadığını dedi: “Malların təhlükəsizliyi Sovet vaxtı çox pis təmin olunurdu, nəinki indi. Təəssüflər olsun ki, indi bəzi dövlət orqanları sovet üsulu ilə malların təhlükəsizliyini təmin edir. Buna oteka deyilir. Maldan bir-ikisini götürüb ekspertiza edirlər. Əgər həmin götürdükləri nümunə yaxşı çıxdısa, deyirlər ki, hamısı yaxşıdır. Hətta mənim bu yaxınlarda İqtisadiyyat Nazirliyində bu barədə ciddi mübahisəm oldu. Əslində qida zənciri - xammaldan istehlakçının stolunun üstünə qədər keçdiyi proses izlənməlidir. Yəni partiya maldan bir-ikisi yaxşıdırsa, onun hamısı yaxşıdır demək olmaz. Bu kimi yoxlanış Sovet dövründən qalma bir yoxlanışdır. Müasir dövrdə bundan istifadə edilməməlidir”.E.Hüseynov şirniyyat bazarında olan tortların 80 faizinin üzərində istehsal tarixinin olmadığını bildirdi: “Satılan tortların, şirniyyatların təxminən 80 faizinin üzərində buraxılma tarixi, tərkibi haqda məlumat yoxdu. Əhali bilməlidir ki, tortları 36 saatdan artıq saxlamaq olmaz. Ancaq mağazalarda elə tortlar olur ki, günlərlə saxlanılır və əhaliyə satılır. Bu kimi neqativ halların qarşısını almaq üçün də ilk növbədə gərək hökumətin qanunları mükəmməlləşsin. Çünki istehlakçı hüquqlarını qoruyan qanunlar kompleksi həddindən artıq zəifdir. Bu dəqiqə haradasa insanları zəhərləyən bir qida aşkar etsək belə dövlət orqanlarının heç birinin səlahiyyəti yoxdur ki, həmin yerə cəld müdaxilə etsin. Çünki sahibkarlığa müdaxilənin qarşısını almaq üçün dövlətin çoxsaylı qanunları var. Bu qanunlar isə istehlakçının əleyhinə işləyir. Ona görə də mən prezidentə də açıq məktub yazmışam ki, hökumətin bu səhv siyasətini dəyişmək lazımdır. Azad İstehlakçılar Birliyi hökumətin bu siyasətini dəyişdirmək üçün müəyyən işlər aparır”.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR