
İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi tezliklə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasına inteqrasiya ediləcək. Bunu çərşənbə günü Trend-ə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.
Onun sözlərinə görə, İSB-nin informasiya sistemi tezliklə DİN-in nəqliyyat vasitələri və şəxsiyyət vəsiqələri üzrə məlumat bazasına inteqrasiya olunacaq: "Hazırda texniki məsələlər yekunlaşmaq ərəfəsindədir".
N.Xəlilov qeyd edib ki, yol polisi artıq avtomobili saxlamadan avtomobilin texniki baxışdan keçməsi, onun qaçırılması və s. məsələləri yoxlaya bilər: "Hazırda yol polisinin zəruri texniki imkanları var və inteqrasiyadan sonra yol polisi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə polisin mövcudluğunu məsafədən yoxlaya biləcəklər".
O, əlavə edib ki, inteqrasiyadan sonra blanklardan imtina etmək və AVSMMİS üzrə elektron polisə keçmək imkanı yaranacaq: "İnteqrasiya sığorta şirkətlərinin icrasına 2011-ci ilin dekabrında başladıqları "İcbari sığortlar haqqında" qanun çərçivəsində həyata keçirilir".
AVSMMİS polisinin olmamasına görə tətbiq edilən cərimələrə gəlincə, N.Xəlilov bildirib ki, onların artırılmasına ehtiyac görmür: "Hazırda fiziki şəxslər üçün müvafiq sığortanın olmamasına görə cərimənin həcmi 50 manat, vəzifəli şəxslər üçün 100 manatadək, hüquqi şəxslər üçün isə 300 manatadəkdir".İnformasiya sisteminin inteqrasiyası ilə diqqətli sürücülərə qarşı tətbiq edilən bonus sistemindəki çatışmazlıqlar aradan qaldırılacaq. Onun sözlərinə əsasən, ümumilikdə "bonus-malus" sistemi normal işləyir, lakin sığorta agentlərinin məlumatları səhv daxil etməsi üzündən müəyyən problemlər yaranır: "Bu sistem insanın şəxsiyyət vəsiqəsinin PIN kodu üzrə identifikasıyasını həyata keçirir. Sistem bu PIN kod üzrə insanın kimliyini müəyyənləşdirir və onu birinci dəfə səhv, növbəti dəfə isə doğru daxil edərkən sistem həmin insanı eyni şəxs kimi tanımır və əvvəlki informasiyanı nəzərə almır. Lakin inteqrasiyadan sonra (DİN-in məlumat bazası ilə) bu problem həll olunacaq".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Arıqlamağa başlamanın 5 yolu
Dünyanı Covid-19 bəlasına salan Uhanda Yeni il gecəsi
Bu gün seçki bulletenlərinin çap prosesinə start verilir
Quru meyvəli keks (foto resept)
İran Azərbaycanın investisiyalarını alqışlayır
Zövqlü mətbəx mebelləri
“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - Mehriban Əliyeva
Mən qadınam!
Həzmi asanlaşdıran çaylar
Dərinizə təbii gözəllik bəxş edin
“Miss Yer Kürəsi” o oldu- FOTO
Dünyanın ən kiçik boylu adamı 28 yaşında öldü - FOTO/VİDEO
Möhtəşəm valideynlər
Qaşıqla üz masajı
Robot işlədənlər əlavə vergiyə cəlb olunacaq
Barak Obama və Mişel Obama yeni layihədə-FOTO
WhatsApp istifadəçilərinə müjdə
Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Qırmızı bibər salatı ( foto resept)
Günün ulduz falı
Qışda bədənə qulluq qaydaları
Ali Baş Komandan: “Vətən Müharibəsində fərqlənənlərə orden və medallar veriləcək”
Allahın qulu Teymur
1990-cı illərin unudulmaz 7 filmi
107 yaşlı nənə koronavirusdan sağaldı
Ən qənaətcil superkompüter odur
Acun Şeyma QALMAQALI DAVM EDİR-FOTO
Hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq,
Məşhurların uğursuz plastik əməliyyatları
Hava necə olacaq?
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Hansı tip uşaqlar daha xoşbəxtdir?
Fransalı rahibə Avropanın ən yaşlı qadını oldu
Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatının görüntüləri - RƏSMİ/VİDEO
Əzvay şirəsi
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
"Halloween"də Meksika küçələri
Azərbaycan ordusu düşmənin yüksək rütbəli zabitlərini məhv etdi: Komandir müavini itkin düşdü - RƏSMİ
Uşağı olmayanların təsəllisi budur?
"Birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək"
Yeni dizaynlı Mercedes-AMG
Yeni gündə hava fərqli olacaq, amma...
Ana piroqu (foto resept)
Diqqət! Qasırğa var!
Ətraf mühiti çirkləndirən vərdişlər
Meymun aparıcının üstünə cumdu-VİDEO
Bir həftədə möhkəm dırnaqlar
Evliliyə hazırsınız?















- ŞƏRHLƏR