"Son vaxtlarda toy şənliklərində istehlakçı hüquqlarının qorunması məsələsinin gündəmə gətirilməsi alqışlanmalıdır".
Bu barədə Trend-ə “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədriRahilə Mehdiyeva deyib.
Onun sözlərinə görə, xüsusən media, QHT, vətəndaş cəmiyyəti institutları bu sahədə öz sözünü deməlidir: "Çünki pozulan hüquqlar sizin, bizim, hamımızındır. Reallıqdır ki, bu gün şadlıq sarayları toy sahiblərinə xidmət və təklifləri diqtə edir. Bəzi şadlıq evlərində bir adam üçün 100-200 manat menyunun təklif edilməsi isə absurd görünür. Ancaq illərdir ki, bu proses dərinləşməkdə, toy menyuları isə “şişməkdə” davam edir. Bu sahədə, demək olar ki, təklif etdiyi menyu bir-birinə yaxın, bəlkə də təxminən eyni olan şadlıq evlərində qiymətlərə etiraz edənə isə “get, başqa yer seç” deyirlər".
R.Mehdiyevanın fikrincə, bütün bunların qarşısının alınmasında əsas amillərdən biri ictimai fəallığın artırılmasıdır: "Əgər bu sahədə ictimai qınaq yarada bilsək, problemləri, necə deyərlər, ictimai səkildə həll edə bilərik. Daha bir vacib məsələ toy sahiblərinin “məmnuniyyətlə” pullarını sağa-sola xərcləməsidir. Unutmamaq lazımdır ki, dəbdəbəli toy mərasimlərinin keçirilməsi artıq israfçılıqdır, xoşbəxtliyə aparan yol deyil. Yaxşı olar ki, bu cür mərasimlərə xərclənən vəsaitlər sadə toy mərasimləri təşkil etmək imkanları olmayan gənclərin izdivaclarının rəsmiləşdirilməsinə yönəldilsin. Dəbdəbəli toy arzusunda olanlar şadlıq evlərində paralel olaraq imkanları aşağı olan gənclərin toyunu da təşkil edə, bunu öz toy mərasimlərində elan edə bilərlər. Bu daha savab, daha “reklamtutumlu” olardı".
O deyib ki, toy mərasimini necə və harada təşkil etmək, mal və xidmətləri seçmək isə isteklakçıların hüququdur: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda deyildiyi kimi, bizim - istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək hüquqları var. Hüquqlarımızı bilək və qoruyaq!"
XƏBƏR LENTİ
Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni - FOTO
Falçılarda qalan qaynanalar
"Facebook"dan YENİLİK
İki boksçusumuz dünya birinciliyində yarımfinala yüksəldi
İslamı qəbul edən "Karolin" əkizlərini üzə çıxardı
Göz həkimi bir iynə ilə 9 nəfəri kor etdi
Hadisənin 22 minlik kombini - FOTO
Gəncədə yunan-Roma güləşi üzrə Respublika turniri başa çatdı
Hansı şəxslər koronavirus testindən keçirilə bilər?
Laçını tərk edən ermənilər vandal hərəkətlərindən əl çəkmirlər - FOTO
Onkoloji xəstələrin müalicəsi ödənişli, yaxud ödənişsiz edilməlidir?
Zukerberq: “Facebook”da radikal dəyişikliklər olacaq
Zirehli texnikalarımızın döyüşə hazır vəziyyətə gətirilməsi ilə AÇIQLAMA
Balaca qızlarımıza saç düzümləri
Mengen plovu (foto resept)
Toxumaq öyrənmək istəyən xanımlara
Çiyələkli rulet (foto resept)
Anar Eyvazov: “Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir”
Günün qoroskopu: iradəli, qətiyyətli olun
BÜRCLƏR bizə nə vəd edir? - 10 MART
Bakı metropoliteni bu tarixdə işləməyəcək - RƏSMİ
Adeli görənlər tanımadı-FOTO
Aşiq olmaq və aşiq qalmaq
Uşaqlar üçün papaq və şərf modelləri (3)
Obama Putinə xəbərdarlıq etdi
Motorola Çini ələ keçirmək istəyir
Onlara yox deyə bilməyəcəksiniz
Gülşən çanta üstündə məhkəməlik oldu
Bakıda Rasim Ocaqovun barelyefinin açılışı olub
Dünyanın ən təmiz gölü
Lavrov və Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Sosial fobiya və ondan azad olmağın yolları.
Qatıqlı keks (foto resept)
Azərbaycanın işğal edilmiş ərazilərində erməni əsgər öldü
Qorxaqsınızmı?
"Qalatasaray"ın əfsanəsi "Xəzər Lənkəran"ın qapıçısına hədiyyə yolladı
Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO
Ezo Gəlin şorbası (foto resept)
HAVA necə olacaq?
Azərbaycanlı döyüşçülərə şad xəbər
Qvardiola rəqibinin tərifini göyə qaldırdı
"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik
Tanınmış türkiyəli cütlük ayrıldı
Pendirli-göbələkli kotletlər (foto resept)
Heyva cemi (foto-resept)
Facebook istifadəçilərinin sayı 1,37 milyarda çatıb
Nazirlik qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalara başladı
Kombi və radiatorlar ucuzlaşdı
Tatlısəs Bodrumda belə dincəlir - FOTO
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
- ŞƏRHLƏR