“Təhsil müəssisələrində qidalanma ilə bağlı vahid dövlət standartı mövcuddur. İstifadəsinə və satışına qadağa qoyulan və məktəb bufetlərində satılmasına icazə verilməyən məhsulların siyahısı direktorlara göndərilib”.
Milli.Az xəbər verir ki, bunu modern.az saytına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəriFazil Talıblı bildirib.
“Yeni tədris ili başlayanda komitə yanında Dövlət Nəzarəti Xidməti yenə də monitorinqlər aparacaq və nəticələr barədə ictimaiyyət məlumatlandırılacaq”.
Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiriZiyəddin Kazımov isə modern.az-a açıqlamasında bildirib ki, məktəb bufetləri ilə bağlı problem yoxdur.
“Tədris ilinin başlamasını gözləmək lazımdır. Araşdırma və monitorinqlər həyata keçirildikdən sonra hansı məktəbdə hansı problemlərin olduğuna dair məlumat verə biləcəyik. Bundan başqa, bufetlərdə araşdırmalar aparılması üçün Mərkəzə göstəriş verilməli, Ədliyyə Nazirliyinin vahid reyestr sistemindən icazə alınmalıdır. Çünki bufetlər sahibkarlıq subyektidir”.
Modern.az saytı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını təqdim edir:
1. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);
2. İçalatı təmizlənməmiş quş;
3. Vəhşi heyvanların əti;
4. Suda üzən quşların yumurtası və əti;
5. Qabığı çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta;
6. Hermetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;
7. Termiki emala məruz qalmayan yaşıl noxud;
8. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;
9. Mənşəyi məlum olmayan ərzaq məhsulları;
10. Kremli şirniyyat məmulatları (piroq və tortlar);
11. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;
12. Ev şəraitində hazırlanmış qatıq;
13. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);
14. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;
15. Kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;
16. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;
17. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;
18. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;
19. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;
20. Təbii kofe, alkoqollu, energetik içkilər;
21. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;
22. Qazlaşdırılmış içkilər;
23. Bitki yağları əsasında süd məhsulları və dondurma;
24. Saqqız, çipsilər;
25. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları;
26. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından forşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər;
27. Yumurtalı makaronlar, qayğanaq;
28. Frityurda qızardılan piroqlar və ponçiklər.
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR