Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılmış "Nodulyar dermatit" virus xəstəliyinin qarşısının alınması üzrə tədbirlər gücləndirilib. İribuynuzlu mal-qara arasında təxminən bir ay əvvəl yayılmış virus artıq Azərbaycanın 10 rayonunun ərazisində qeydə alınıb. ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
T.Xanvəli qeyd edib ki, əvvəlcə xəstəlik ölkənin dörd rayonunda - Ağdaş, Biləsuvar, Cəbrayıl və Ucar rayonlarında qeydə alındı: "Virus, əsasən, Kür çayı sahilində yerləşən rayonlarda yayılıb. Bu, ölkədə müşahidə olunan davamlı isti hava şəraitində həmin virusun daşıyıcıları olan ağcaqanadların və digər qansoran həşəratların aktivləşmə dövrü ilə əlaqədardır. Əldə olunan məlumata görə, indiyədək 1600 başdan çox iribuynuzlu mal-qaranın yoluxması halı təsdiqlənib, 11 heyvan tələf olub. Səmərəli müalicə-profilaktika tədbirləri nəticəsində getdikcə daha çox yoluxmuş heyvanın sağaldığı müşahidə olunur".
Onun sözlərinə görə, anomal istilərin davam edəcəyi halda Azərbaycan ərazisində xəstəliyin yayılma ehtimalı kifayət qədər yüksək olaraq qalır: "Hazırda Bakıda və paytaxt ətrafında virusun aşkar olunması və yayılması qeydə alınmayıb. Xəstəliyin yayıldığı ferma və təsərrüfatlardan mal-qara gətirilməsinin qarşısının alınması üzrə tədbirlər görülüb. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin yayıldığı rayonlardan bazarlara mal-qaranın gətirilməsi dayandırılıb".
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, əvvəllər virus həmsərhəd ölkələrdə, yəni Türkiyədə və İranda aşkar edilib. Virusun Azərbaycan ərazisinə keçməsi çox güman ki, İran-Azərbaycan sərhədi zonasında, iribuynuzlu mal-qaranın otarıldığı neytral zonada baş verib.
İribuynuzlu heyvanlarda "Nodulyar dermatit" xəstəliyi virus mənşəli olmaqla qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu xəstəlikdən ölüm halı 10 faizdən yuxarı olmur.
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR