Sabah Rusiya prezidenti Vladimir Putinin Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.
ANS TV-nin məlumatına görə, həmin gün Putin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcək. Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya və Azərbaycan prezidentlərinin görüşündə ikitərəfli əməkdaşlığın ən vacib məsələlərinin müzakirəsi, xüsusən enerji, investisiyalar və regionlararası kooperasiya sahəsində qarşılıqlı faydalı layihələrin inkişafı üçün birgə addımların razılaşdırılması planlaşdırılır. Ən vacib məsələ Qarabağ danışıqlarıdır. 3 tərəfli görüşün baş tutub-tutmayacağı Putinin ikitərəfli danışıqlarından sonra məlum olacaq.
Görüş təşəbbüsü təmas xəttində baş verən gərginlikdən sonra Rusiya prezidentindən gəlib. Bir həftə əvvəl Ermənistan diversiya qruplarının təxribatı nəticəsində Azərbaycan ordusu 14 şəhid verib, qarşı tərəf qat-qat artıq itki ilə üzləşib. Cəbhədəki gərginlik bir anda böyük dövlətlərin, NATO, BMT kimi beynəlxalq təşkilatların diqqətini bölgəyə yönəltdi, sülhə çağırışlar edildi. Sülh danışıqları isə 20 ildir nəticə vermir, münaqişənin həllilə bağlı qətnamələr icra edilmir.
Son gərginlik fonunda ön cəbhəyə baş çəkən Ali Baş Komandan İlham Əliyev daha sonra Ağdam ictimaiyyəti qarşısında çıxışında müharibənin ikinci mərhələsinin başlamasını istisna etməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, danışıqlar yolu nəticə vermir: “Hələ ki, müəyyən ümidlər var. Yaxın vaxtlarda bəzi görüşlər nəzərdə tutulur, baxarıq görərik, necədir vəziyyət. Ancaq ermənilər bilməlidirlər ki, bu məsələ belə davam edə bilməz”.
Ali Baş Komandan vurğulayub ki, danışıqlar nəticə verməzsə, Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Tanış olun: Mercedes-Benz GLK
Şeyma Subaşı kitabından bu qədər qazandı-FOTO
2 gün iş olmayacaq
Limfa düyünləri niyə böyüyür?
Azərbaycanda daşqınlar olacaq
Azərbaycanda yaşayan əcnəbilər koronavirusa yoluxdu - RƏSMİ
Dəri ləkələri üçün maskalar
Sərhəd Qoşunlarının peşə bayramıdır
Dövlət qurumlarının toyuq əti SAVAŞI: biri "hə", digəri "yox"
İrem derici yeni klipini təqdim etdi
Ermənistan təcavüzkardır
Ruh sağlığı nədir və necə pozulur?
Narnumri (foto-resept)
Yemək və içmək qaydaları - 2
"Full Moon Servise" əsərinin yaradılması
Eser Yenenlerin xanımı 1 həftəyə 10 kq arıqladı-FOTO
Nanəli, qatıqlı xiyar salatı (foto resept)
Mikayıl Cabbarov mayın 10-u ilə bağlı əmr verdi
Cennifer Lopezin yeni obrazı - FOTO
Rusiya kataloqunda saxtakarlıq: Ermənilər Gürcüstan şəhərinə iddialarını ortaya qoydu - FOTO
İran Azərbaycana qapılarını açdı
“Ağıllı” zibil qabı təqdim edildi
Kəsmikli alma piroqu(foto resept)
Mətbəxdə işləri asanlaşdıran əşyalar
Məşhur modeldən qalmaqallı açıqlama
Zeytun yağının ən keyfiyyətlisi - "Zeytun bağları"
Defne Samyelin qızı da aktrisalığa başladı
Apple və Google-un dühası
İtkin pişik 11 il sonra evə qayıtdı
Günün qoroskopu:Uğurlu gündür!
Araşdırmalar zamanı ən duzsuz çörəyə Çində rast gəlinib
Leyla Əliyeva: Onlar məni heç vaxt kədərli görməyiblər
Google Glass üçün əlavələr satılır
Ləkə
Pensiyaçılara şad xəbər
Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU AÇIQLANDI
Yayda sağlam və gümrah ol
Boşanmış qadınlar ona tapınırlar
Bakının böyük təhlükəsi
Sabahın HAVAsı
Günün ulduz falı
Bilərziklərim-2
Saç üçün maskalar
Sabahın HAVAsı
Xərçəngdən qoruyan B17 vitamini hansı qidalarda var?
Tibb işçisi lotereyada 758 mln. dollar udub
Qış makiyajında trend rənglər
Rusiyanın COVID-19 əleyhinə peyvəndi dünyada ilk sertifikatlaşdırılmış vaksin olacaq
Bakının tarixi binaları: tarixilik əlaməti itir?
Vitamin çatışmazlığının həlli















- ŞƏRHLƏR