Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov cəbhə xəttində baş verən son hadisələrə münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, Ordu komandiri R.Əkbərov publika.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfi cəbhədə verdiyi böyük sayda əsgər itkisini gizlədir:
“Cəbhənin düşmən tərəfində yerləşən kəndlər köçürülüb. Hətta, onların qondarma baş naziri də öz çıxışında bunu etiraf edib. Ermənilər bizim postlarımızı vura bilmirlər. Ancaq kəndlərimizə güllə atırlar. Ermənilərin Azərbaycan əsgərləri ilə vuruşmağa hünərləri çatmır. Ona görə də onlar kəndlərimizi və mülkü sakinlərə atəş açırlar. Ermənilər bütün günü Tovuzun Əlibəyli və Qazaxın bir neçə kəndlərinə atəş açırlar. Ancaq Azərbaycan ordusunun əsgərləri onların layiqli cavabını verir və ermənilər yerindəcə susdurulur. Bu gün ermənilərin itkisi bizdən qat-qat çoxdur. Ancaq ermənilər öz itkilərini gizlədir. Hətta, Ərəbistandan gələn xüsusi erməni taborunun başçısı, erməni terrorçusu Monte Melkonyanın “sağ əli” olmuş Aram Qriqoryan bu yaxınlarda bizimkilər tərəfindən Murovdağda vuruldu. Ermənilər onun ölümünü istəsələr də, mətbuatdan gizlədə bilmədilər”.
R.Əkbərov qeyd edib ki, erməni tərəfi minaatan, iriçaplı və “BTR” silahlarından da Azərbaycan tərəfinə, o cümlədən kəndlərə atəş açırlar:
“Ancaq biz yenə də səbr edirik, istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ordumuzda yüksək əhval-ruhiyyə var. Bu gün hər bir əsgərimiz Ali Baş Komandanın əmrini gözləyir. Müharibəyə başlasaq, ən tez müddətdə torpaqlarımızı işğaldan azad edəcəyik”.
General-leytenant R.Əkbərov həmçinin deyib ki, avqustun 6-da cəbhənin Qazax-Tovuz istiqamətində ermənilər itki veriblər:
“Bu gecə də erməni hərbiçilərinin avtomobilləri erməni postu tərəflərə gəlib-gedib, meyid daşıyıblar. İyulun 19-dan 26-adək isə ermənilər ən azı 50-dən çox itki verib, 60-a yaxın isə yaralısı olub. İyulun 27-dən sonra, avqustun 2-dək isə ermənilər 21 nəfər itki verib, 26 nəfər isə yaralanıb. Bunlar dəqiq məlumatlardır. Ancaq erməni tərəfi bu məlumatları öz mətbuatından da çıxartdırıb və gizlədir. Ümumilikdə isə ermənilər ötən ayın 19-dan bu ayın 2-dək 80-ə yaxın itki verib”.
R.Əkbərov son günlər cəbhədə şəhid olmuş Azərbaycan ordusunun hərbiçilərinin ailələrinə özünün də iştirakı ilə ordenin təqdim olunmasından da danışıb:
“Bu mənim borcumdur. Onların övladları mənim də balalarımdır. Onlar bizim balalarımızdır. Biz hər zaman onların ailələrinin yanında olmalıyıq. Onlar ataları bizim uğrumuzda, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda şəhid oldular. Biz onların intiqamlarını alırıq və gələcəkdə də alacağıq. Biz onlarla fəxr edirik və hər zaman onların ailələrinin yanında olacağıq”.
XƏBƏR LENTİ
"Neftçi" - "Xəzər Lənkəran" oyununda dava düşdü
Kartoflu rus salatı (foto-resept)
Ermənilər yeni savaşa BAŞLAYIRLAR
Pivə içənlər diqqətli olun
Deputat 190 manatla bağlı nazirə müraciət etdi
Cəlil Cavanşir kampaniya başlatdı!
Müqəddəs Valentin Günü haqqında həqiqətlər
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
5 günə 3 kiloqram arıqlayın
Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
Leyla Əliyeva və Arzu Əliyeva yoqa ilə bağlı seminarda - FOTO
10 milyardlıq xəzinə tapıldı
Alma qızartması (foto resept)
Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdirilir - RƏSMİ
Sabahdan qar və yağış geri qayıdır
Günün qoroskopu: ekstremal macəralar aramayın
Ağ və qırmızı ölüm nədir?
Ən çox hansı qan qrupundan olanlar koronavirusa yoluxur? - AÇIQLAMA
Belə evdə yaşamaq asan deyil
Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri məlum oldu
Ən kök adam 250 kq arıqladı - FOTO
Ucuz ağrıkəsicilər, antibiotiklər apteklərdən niyə və necə “yoxa çıxıb”…
Pekində Qız qalasının bənzəri tikiləcək
Möhtəşəm təlimdən görüntü-video
Ramazanın 12-ci gününün duası
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verənlər dövlət tərəfindən qorunacaq
Tuba növbəti dəfə ərə gedir?
Aslı Murata “yox” dedi - SƏBƏB
Hər il təkrar, hər il rekord... - VİDEO
Məşhur tennisçini tənqid etdilər-SƏBƏB
Heç vaxt görmədiyiniz qeyri-adi quşlar
ŞOK İDDİA: Azərbaycanlı əsir və girovlar "Metsamor" da işlədilirlər
İlham Əliyev iftar mərasiminə qatıldı
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
Yüksək təzyiqin zərərləri nədir?
Toyuqlu döşəmə plov (foto-resept)
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular
Panço tortu (foto resept)
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Ermənilər Şahbulağı da saxtalaşdırdı: Qalaya xaç işarəsi vuruldu - RƏSMİ + FOTO
Bakı sakinlərinə şad xəbər
Bakı metrosunun yeni stansiyası “8 Noyabr” adlanacaq - RƏSMİ
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kimlərin pərdə və plyonkası sökülməyəcək?
Castin Biber yeni evə köçdü-FOTO
Yayın 4 manikür trendi
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər
Bu dəfə millimiz rəqibini darmadağın etdi
I sinfə Qəbul Qaydalarında Dəyişiklik
Çakraların sağlamlığımızda və xoşbəxtliyimizdə rolu-IÇakra















- ŞƏRHLƏR