
I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində iki əsas prospektində təmir işləri yekunlaşmaq üzrədir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verdiyi məlumata görə, Ziya Bünyadov prospektilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində əsaslı yenidənqurma işləri tamamlanır.
Qeyd edək ki, Ələsgər Qayıbov küçəsi 70-ci illərdə Ümummilli Lider Heydər Əliyevin tapşırığına əsasən salınıb. O zaman Ulu Öndərin təkidi ilə Məişət Kondisionerləri zavodu Ukraynanın Zaporojye şəhərində deyil, məhz Bakıda inşa edilməsinə razılıq verilmişdi. 1973-cü ildə inşaasına başlanılan zavoda gediş-gəlişi təmin etmək üçün yeni yolun inşaası vacib məsələlərdən biri idi. 1975-ci il dekabrın 25-də Ümummilli Lider Heydər Əliyev Bakı Məişət Kondisionerləri zavodunun açılışı ilə bərabər o zaman Xalqalar Dostluğu Xiyabanı adlandırılan küçənin də açılışını həyata keçirdi. Hətta yolun ayrıcı zolağında salınan yaşıllıqda ilk ağacı da Ulu Öndər şəxsən özü əkdi. Sonradan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan zavodun ətrafında, küçənin ayrıcı zolağında və kənarlarında iməcliklərin keçirilməsi adət halını aldı.
Küçə sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa edildiyindən o zaman burda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulmamışdı. Nəticədə yağış suları yolun hərəkət hissəsinə yığılırdı və asfalt örtüyünün deformasiyasına, dağılmasına səbəb olmuşdu. Bütün bünlar nəzərə alınaraq Nəqliyyat Naziri və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında xüsusi əhəmiyyətə malik Ələsgər Qayıbov küçəsinin əsaslı yenidən qurulması işlərinə başlanılıb. İşlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Kommunikasiya xətləri mümkün olan yerlərdə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Təbii ki, iki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.
Xeyli müddətdir ki, baxımsız vəziyyətdə olan küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınıb. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib. Ümumilikdə küçə boyu 45 min kvadrat metr sahəyə müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü vurulub.
Küçə boyu 8200 paqon-metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. Hazırda səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib. Əsaslı təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni və müasir görkəm alacaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
AQTA-dan toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
Uşaqlar üçün qəlyanaltı ideyaları
Günün ulduz falı
"8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan toyuq əti satılır - VİDEO
Gözəl sinə üçün idman hərəkətləri
“Time” “İlin adamı” adına namizədləri açıqladı
İstirahət gününün HAVAsı
Akademikdən ölkənin ekoloji durumu ilə bağlı qorxunc xəbərdarlıq
"Sefirin kızı"birinci oldu
Bahalı əməliyyatları bahalı edən nədir?
Kiyev Bakıdakı yanğın qurbanlarını unutmadı
Bu bıçaqda tapança, ülgüc və qayçı da var
Şifrləmə cinayətlərin qarşısını ala bilir?
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Eyfel qülləsi bağlandı-SƏBƏB
İsaak Nyutonun məktubu TAPILDI!
Leksika - 3
Fındıq bahalaşıb
Orucunuzu pozmadan baş ağrılarını kəsməyin 10 üsulu
Nazirlik xəbərdarlıq etdi
Cenniferin yeni filminin trelyeri yayımlandı
Ən duyğusuz bürc odur - XARAKTERİSTİKA
Detoks təsiri yaradan ərzaqlar
Müdafiə Nazirliyi ermənilərin "itki strategiyası"na aydınlıq gətirdi
Azərbaycan “Su-24” bombardmançı təyyarələrini modernləşdirir
Bal sərgisi başlayır
Elnur haqda 10 fakt: 17 pişik və it, 40 fincan kofe
Hamiləliyin erkən toksikozu
Kərbəla şəhidlərinin hamısının cənazəsi birlikdə dəfn olunmuşdurmu?
1 aya sağlam arıqlamaq üçün tövsiyələr
Lobyalı göbələkli salat (foto resept)
Bu qidalar kokəlmənin qarşısını alır- SİYAHI
Ən yağlı yeməkləri yesə də arıqdır-FOTO
Nəyi nə qədər yemək adamı öldürə bilər?
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
Gəlin buketləri
Çaytikanı sağlamlığa xeyirlidir
Bakı-2015 Ərəb mətbuatında
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
İbrət götürməli olduğumuz kəlamlar
Həkimdən ŞOK SÖZLƏR : “Bu qidaları yeməyin!”
Əmgək problemi
"Arvadlarınızın açıq-saçıq şəkillərini saxlamayın"
Üç yaşınadək uşağı olanlara ŞAD XƏBƏR
Doğumdan sonra idmana başlamaq üçün tövsiyələr
Qara üzümün faydaları
Məhəmməd Əlinin tarixi sözləri
Soyuqda papaq taxmayanların nəzərinə















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]