Qədim Misirdə, Qədim Çində, skiflərdə, hunlarda açıq rəngli saç – bir növ İlahiyə “yaxınlıq” əlaməti sayılırdı.
Xristofor Kolumbun Amerikanı kəşf edənədək Hopi adlı hindu xalqında belə inanc vardı ki, guya, bu xalq arasında “ağbaşlılar” (açıq rəngli saçı olanlar) peyda olarkən, onların “qızıl erası” başlayacaq.
Şərq xalqlarından (Şərqdə açıq rəngli saçlar) fərqli olaraq, ingilissakson ölkələrində tünd qara saçlar İlahiyə “yaxınlıq” əlaməti hesab olunurdu. Onlara görə, qara saçlılar atlantlar sivilizasiyasının yoxa çıxmış Lemuriya kontinentinin nümayəndələridirlər və bu mifik xalqlar Qərbi Avropanın, Qədim Misirin və Qədim Şumerin əsasını qoyanlardır.
Bədənin dərisində olan saçların çoxluğu isə istər Qədim Şərqdə, istərsə də Qədim Avropada günah, günahkarlıq əlaməti sayılırdı.
Orta əsrlərdə Avropada belə hesab edirdilər ki, sarışın, kürən kəkilli insanlar iblis xislətli olurlar. Bunu da belə izah edirdilər, guya, sarı kəkillilərin əcdadları nə vaxtsa şeytana uymuş, günah işlətmiş və bu da sonrakı nəsillərdə şeytanın bir möhürü kimi kəkil formasında özünü biruzə vermişdir. Tarixçilərin məlumatlarına görə, inkvizisiya dövründə odda yandırılan qadınların əksəriyyəti sarı – kürən kəkillilər olmuşdur.
Keçmiş inanclar və ənənələr
Etnoqraf və ezoteriklər əminliklə bildirirlər ki, saçlarla bağlı keçmiş inanclar və ənənələr insanların ilahi bir varlıq olmasından və saçların insan həyatında müəyyən bir əhəmiyyət kəsb etməsindən xəbər verir. Belə ki, qədim zamanlarda Misirdə, Çində və Rusiya ərasizində uşaqların saçını keçəl qırxdırmazdılar.
Əvvəllər xristian aləmində belə bir dini adət vardı ki, təzə doğulan uşaqları xaç suyuna çəkərkən, uşağın saçından bir azca kəsib, muma bükər və “müqəddəs” suyun içinə atardılar. Əgər mum suda batardısa, uşağın qısa ömürlü olacağını, yox, əgər mum suyun üzərində qalardısa, uşağın uzunömürlü olacağını söyləyirdilər.
Slavyan tayfalarında, Yəhudilərdə və bir çox Şərq və Asiya ölkələrində ərli qadınlar saçlarını həmişə baş örtüyü altında gizlədərdilər. Onlar yalnız fal, sehr, cadu və ya ovsun zamanı saçlarını açardılar. Keçmişdə Rusiya ərazisində hamilə qadınlara saçlarını kəsdirməyə icazə verilmirdi. Deyilənə görə, hamilə qadın saçlarını kəsdirməklə dünyaya gələcək körpənin gücünü zəiflətmiş olur. Çünki ta qədimlərdən əksər xalqların inanclarına görə, saç – güc, qüvvə simvolu sayılırdı.
Əvvəllər belə bir inanc vardı ki, başqasının darağı ilə saç daramaq, başqasının “başının bəlasını” öz başına açmaq deməkdir. Heç kəs özgənin darağından istifadə etməzdi. Əslində bu inanc — ənənə elə şəxsi gigiyenik baxımdan da məqsədə uyğun idi.
Slavyanlar kəsilmiş saçları və ya daradıqdan sonra darağın üzərinə yığılmış saçları heç vaxt hara gəldi atmazdılar. Onlara görə, kəsilmiş saçları hara gəldi atılarsa, quşlar onları götürüb aparar, özlərinə yüva tikərlər və bu yuvadakı yumurtalardan balalar çıxıb, qanad açıb yuvadan uçana qədər saç sahibinin başı ağrıyar.
Ümumilikdə, bu cür inanclar Qədim dünyanın hər yerində mövcud idi və müasir dövrümüzədək gəlib çıxmışdır. Bu cür inanclar vasitəsilə insanların öz saçlarına qayğı ilə yanaşmaları tövsiyyə olunur.
Qədim tarixçi Herodot dünyanın ən qədim kitabxanası olan İsgəndəriyyə kitabxanasında qədim manuskript yazılara rast gəlmişdir. Bu yazıların içərisində saç haqqında müxtəlif məsləhətlər də varmış. Herodot yazır: “Hər bir kəs öz kəsilmiş saçına və dırnağına çox qayğı və diqqətlə yanaşmalıdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Həsən Məmmədovun bu gün doğum günüdür
Mərci şorbası (foto resept)
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Microsoft daha onları yeniləməyəcək
Günün ulduz falı - 04.09.2013
Həcci dərk edən və etməyənlərə
İdmançımız beynəlxalq reytinqdə ilk onluqda!
TƏBİB-dən ölkəyə koronavirus peyvəndlərinin gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”
Azərbaycanın bu ərazisi qazsız qalacaq
Niyə kosmosda alkoqol qəbul etmək olmaz?
Ancelina Coli karantindən danışdı
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
Tələbələrimizin təhsil haqqı dərdi - Məbləğ bölünəcəkmi?
Teymur Rəcəbov mübarizəni dayandırdı
Vaginizmdən xilas olmaq üçün nə etməli?
Məşhur aktyor gizli evləndi
"Evdə tək" yenidən çəkilir
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib özləri ilə aparırlar
Saçlar üçün təbii yağlar
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
Sevimli dibçəyim - beqoniya
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Saçlarınıza zərər verməyin
"Çarpışma"nın aktyoru xəstəxanalıq oldu
Hamilə xanımlara geyim nümunələri
19 ölkə alimi Şəkidə
Hamiləlikdə qidalanma - xususi vəziyyətlər
Nişan üzükləri
Ev üsulu saç boyama
Alkoqolu nəylə əvəz edək?
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
15 yaşlı girov geri qaytarılıb
Demet Akalının qızı seriala çəkiləcək
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Cennifer Lopez illərə meydan oxuyur-FOTO
ŞAD XƏBƏR: Minimum əməkhaqqı ARTIRILIR
Evdə masaj
“Bakı Metropoliteni”nin iş vaxtı artırılır
Məşqlər və miflər: kimə nə olmaz?
“Çukur” koronavirusa MEYDAN OXUDU
Möhtəşəm divan dəstləri
Bakı Ağ Şəhər - 2 il sonra.
Kompüterlər mobil cihazlara uduzur
Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
Günün qoroskopu: ziddiyyətli gündür
Dünyanın Ən böyük Yeni il "yolka"sı yandırıldı – VİDEO
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Mənim əl işlərim















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]