Azərbaycanın Silahlı Qüvvələrinin cəbhə xəttində yerləşən artilleriya hissələri döyüşə hazır vəziyyətə gətirilib.APA-nın Qarabağ cəbhəsinə - qoşunların təmas xəttinə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan Ordusunun cəbhədəki artilleriya divizionları tam hazır vəziyyətdə əmr gözləyir. Toplar, minaatanlar, reaktiv yaylım atəş sistemləri və özüyeriyən artilleriya sistemləri düşmənin cəbhə xəttinin birinci eşelondakı və arxadakı dayaq məntəqələrinə tuşlanmış vəziyyətdədir.Artilleriyaçılar Ermənistan Ordusunun ön xətdəki möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələrinin, ərazidəki hərbi hissələrinin hədəfə götürüldüyünü bildiriblər."Artilleriya batareyalarımız öz döyüş mövqelərini tutub və hazır vəziyyətdədirlər. Bizim artilleriya sistemlərimiz Ermənistan Ordusunun cəbhənin uzaq dərinliyindəki obyektlərini məhv etmək imkanına və böyük dağıdıcı gücə malikdir", - deyə artilleriya zabiti bildirib.Qeyd edək ki, avqustun 1-dən 2-nə keçən gecə Tərtər istiqamətində ermənilərin həyata keçirməyə hazırlaşdıqları genişmiqyaslı diversiya-təxribat planının qarşısı alınmasında Azərbaycan tərəfi avtomatik minaatanların və D-30 toplarının atəşindən istifadə edib. Nəticədə ermənilərin müdafiə mövqeləri və arxa cəbhədəki toplaşma məntəqəsi dağıdılıb
Mənbə: ANS PRESS

Günün müəllifi

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR