Çakralar - bədənimizdə enerji mərkəzləridir.
“Çakra” sözü sanskrit dilində “təkər” mənasını verən sözdən törəmişdir. Beləliklə, hindi dilindən hərfi tərcümədə çakra – “Fırlanan enerji çarxı” mənasındadır. Bu enerji burulğanları bədənimizdə 7 əsas və digər kiçik enerji mərkəzlərindən ötüb keçir.
Çakralar sanki təkrar-təkrar enerji ilə doldurula bilən gözəgörünməz batareya kimidir.
Necə yaşadığınız evdə enerji sistemi şəhərin mərkəzi enerji mənbəyindən qidalanır, eləcə də çakralar atmosferdəki kosmik enerji axını ilə təmas sayəsində dolub-boşalır.
Bu maraqlı mövzunu daha aydın anlamaq üçün, elə təsəvvür edin ki, şaquli enerji sistemi düz başınızdan ta onurğanızın ucunadək bütün bədən boyu yerləşir. Və yuxarıdakı analogiyaya əsasən, bədənimizi evə bənzətsək, o zaman həmin evin mərkəzi enerji mənbəyi məhz bu şaquli xətt boyunca yerləşən 7 çakradır.
Başqa sözlə, çakralar ruhi bədənlə cismani bədəni bir-birinə bağlayır.
Onlar enerji axınını bədənimizin hər yerinə yayılan xüsusi elektrik şəbəkəsi (meridianlar) vasitəsilə nizamlayır.
Amma çox zaman çakralar normal fəaliyyət göstərə bilmir. Onlar stress, emosinal və fiziki problemlər ucbatından bağlanır (bloklanır). Əgər qeyri-düzgün enerji axını beləcə davam edərsə, bu, insanda sadəcə, sağlıq durumuna ciddi zərbə vurmur, həm də fiziki, mental və emosional cəhətdən balansı itirmək kimi diskomfort hissi yaradır.
1. Təməl (Kök) Çakra (Muladhara)
Bu çakranın rəngi qırmızıdır. Onurğanın qurtaracağında yerləşən bu çakra insan bədənində Yer Kürəsinə ən yaxın enerji mərkəzidir. Ona görə də o, əsasən sağ qalmaq, həyatda qalmaq (qida, pul) və təhlükəsizlik kimi məsələlər üçün cavabdehdir. Bu enerji mərkəzi ayaqlar, sümüklər, yoğun bağırsaq və böyrəküstü vəzlərlə əlaqəlidir.
Bu çakra zəiflədikdə və ya tamamilə bağlandıqda, aşağıdakı problemlər baş qaldıra bilər:
- Ayaqlarda ağrı;
- Qəbizlik;
- Zəif immunitet;
- Belin aşağı hissəsində ağrı;
- Böyrəklərin fəaliyyətinin pozulması;
- Reproduktiv sistemdə pozğunluq;
- Hətta Xroniki Yorğunluq Sindromu;
- Depressiya;
- Mental və emosional problemlər;
- Özünə əminlik hissinin azalması;
- Daimi Narahatçılıq və qorxular;
Əgər hal-hazırda həyatınızda bu problemlərdən biri və ya bir neçəsi mövcuddursa, deməli, sizin təməl çakranız – birinci enerji mərkəzinizi balanslamağa ehtiyac vardır. Ancaq bu yolla fiziki və ruhi problemləri kökündən həll edə və həyatınızı birdəfəlik müsbətə doğru dəyişə bilərsiniz.
Ardı var...
Müəllif: Azərbaycanın İlk Yoqa Həyat Kouçu
Arzu Kərimova
- ŞƏRHLƏR