
Bu gün mobil telefonlar həyatın bütün sahələrində insanların davranış və düşüncələrinə nəzarət edir. Bir çoxları telefonun onun işində, gündəlik həyatında mühüm rol oynadığını deyirlər. Bəzi insanlar isə telefondan ehtiyacı olduğu üçün deyil, adətkar olduğu üçün istifadə edirlər. Xüsusilə də gənclərin daha çox mobil telefondan istifadəsini nəzərə alsaq, hazırda valideynlər gənclərin mobil əlaqə vasitələrindən davamlı istifadəsi ilə bağlı davranışlarına nəzarət etməkdə belə çətinlik çəkirlər. Bonn Universitetinin araşdırması nəticəsində tələbələrin mobil telefondan gündə 80 dəfə istifadə etdikləri müəyyənləşib. Lakin mütəxəssislər mobil telefondan çox istifadənin nəinki insanların səhhətinə mənfi təsir etdiyini, hətta ondan ayrı qala bilməməyin özünün də bir xəstəlik olduğunu deyirlər.
Mütəxəssislər insanların səhhəti ilə bağlı xüsusilə axşamlar və həftə sonları bu əlaqə vasitələrindən uzaq durmağı, virtual aləmdən həqiqi həyata keçilməsini məsləhət görürlər. Xüsusilə 12-13 yaşdan kiçik uşaqların sümük quruluşu tam formalaşmadığından mobil telefonun beyin hüceyrələrinə daha çox təsir etdiyi deyilir. Hətta ağıllı telefonların beyin şişi yaratma riskləri ilə bağlı xəbərdarlıq da edilir. Türkiyəli alimlər isə ağıllı telefonların əvvəlki telefonlara nisbətən daha çox radiasiya daşıdığı, bunun, əsasən, telefon çaldığında və zəng edərkən qulağa dayama zamanı olduğunu söyləyirlər. Qulaqlıqdan istifadə, zəng edərkən xüsusilə qarşıdakı tərəf telefonu açmadan qulağa dayamamaq lazımdır. Hətta mobil telefondan çox istifadə miqren kimi şiş xarici xəstəlikləri də yarada biləcəyi bildirilir. Nevropotoloqlar unutqanlıq xəstəliyinin getdikcə artdığını, istifadəsi getdikcə artan ağıllı telefonların da bu artıma səbəb olduğu göstərirlər.
Telefon asılılığı psixoloji problemdir
Müasir dövrdə insan həyatını mobil rabitəsiz təsəvvür etməyin çətin olduğunu deyən psixoloq Tünzalə Verdiyeva Milli.Az-a bildirdi ki, müxtəlif mobil operatorların rəqabətdə bir addım önə keçmək üçün təklif etdiyi xidmətlər və güzəştlər insanları bu vasitədən həddindən artıq istifadəyə sövq edir: “Hər hansı bir əşya və ya vasitə insanların həyatını və fəaliyyətini asanlaşdırmaq və vaxt itkisinin qarşısını almaq üçün gərəklidir. Eləcə də mobil telefonlar və mobil operatorlar bu məqsədə xidmət edir. Lakin telefondan yalnız əlaqə saxlamaq üçün deyil, müxtəlif oyunlar oynamaq, musiqiyə qulaq asmaq, şəkil çəkmək, video görüntü çəkmək, montaj eləmək, internetə daxil olmaq, bu üsulla sosial şəbəkələrdən istifadə etmək və s. kimi imkanların olması insanlarda telefon asılılığı yaradır. Evdə, işdə, istirahətdə, süfrə başında hətta yataqda belə, telefon insanların əlindədir”.
Psixoloq deyir ki, telefondan ayrı qalmamaq başqa sözlə, telefon asılılığı psixoloji problemdir. Bildirildi ki, bu, insanlarda duyğu analizatorlarının sıradan çıxmasına səbəb olur. Telefonun kiçik ekranına saatlarla baxan şəxsin gözlərində yorğunluq yaranır. Qulaqcıq vasitəsilə limitsiz olaraq musiqiyə qulaq asmaq qulaqda küy və zamanla karlıq yaradır. Bu insanlarda yuxu pozulmaları, yorğunluq, əsəbilik, aqressiya yaranır. Telefondan asılı olan insanın canlı ünsiyyəti azalır, tənhalığa məhkum olur. Depressiyadan əziyyət çəkirlər və depressiyadan çıxmaq üçün idman, gəzinti, insanlarla söhbət və s. kimi imkanlardan istifadə edə bilmədiklərinə görə uzun müddətli və xroniki depressiyaya məruz qalırlar.
Psixoloq onu da bildirdi ki, son vaxtlar piyadaların vurulması ilə bağlı yol qəzalarına nəzər saldıqda telefonla danışaraq və ya yazaraq (ismarıc, sosial şəbəkələrdə və s.) yolu keçən piyadalar ehtiyatsızlıq ucbatından həyatlarını itirdikləri müşahidə olunur: “Çünki onların diqqəti telefonun monitorunda olduğu üçün avtomobillərə fikir vermirlər. Deməli, diqqətin azalması, yuxusuzluq, yaddaşın zəifləməsi, duyğu orqanlarının zəifləməsi və zədələnməsi problemi, insanın həyatı və fəaliyyəti üçün lazım olan idraki bacarıqları getdikcə sıradan çıxarır”.
Asılılığın heç də zərərli vərdişlərə olan asılılıqdan təsiri az deyil
Sosioloq Gülnar Nəzərova Milli.Az-a bildirdi ki, mobil telefondan asılılıq əslində çox ciddi bir problemdir, hətta ciddi bir xəstəlikdir: “Lakin hələ bir çoxlarımız bundan xəbərdar deyilik və telefondan mütəmadi istifadəni adi hal olaraq qəbul edirik. Əslində, az və ya çox dərəcədə çoxlarımızda bu asılılıq özünü göstərir. Android sistemli telefonların istehsalı isə bu prosesi daha da sürətləndirdi. Musiqi dinləmək, film izləmək, çoxsaylı sosial şəbəkələr və bir çox bu cür imkanlar asılılığı daha kəskin formaya gətirir. Düzdür, bu cür vasitələrin üstünlükləri və vaxt qazandırmaq imkanı danılmazdır. Amma bu vasitələr insanlarda epidemiyaya çevrilməyə başlayıb. Bir müddət əvvəl problemlə bağlı müəyyən müşahidələr aparmaq qərarına gəldim. Bu qərarım isə təsadüfi deyildi. Çünki bir müddət idi bu ağıllı telefonlar məni də öz əsirinə çevirmişdi. Müşahidəni yaxın ətrafımdan başladım. Lakin apardığım tədqiqat zamanı ətrafımda olan bir çox insanın artıq bu epidemiyaya yoluxduğunu gördüm. Tədqiqat zamanı məndə ən çox təəccüb doğuran isə yaşlı qadının heç kimdən zəng gözləmədiyi, hətta telefondan istifadə etməyi bacarmadığı halda – “səbəbini bilmirəm, amma telefon üzərimdə olmayanda özümü narahat hiss edirəm” deməsi oldu. Bu isə telefon asılılığının “sırf gənclər arasında rast gəlinməsi və android sistemli telefonlarla bağlı olması” stereotipini beynimdən sildi”.
Sosioloqun növbəti hədəfi isə şəhər telefonundan asılılığı olan şəxslərlə bağlı olub. Bu nümunədə, əsasən, evdar xanımlar daha çox diqqətini çəkib. Bu zaman da bir sıra hipotezalar özünü doğrultmayıb. Qadınların şəhər telefonlarından saatlarla “asılı qalmasını” məşğuliyyətin olmaması ilə bağlayan sosioloq deyir ki, evində heç bir səliqə olmayan qadının gününü telefonla danışmaqla keçirməsi əslində problemin heç də məşğuliyyətsizliklə bağlı olmadığından xəbər verir. Sosioloqun müşahidə obyektində olan digər qrup isə mütəmadi olaraq tanışlıq məqsədilə müxtəlif internet resurslarından istifadə edən şəxslər olub: “Təbii ki, evli və ya subay olmasından asılı olmayaraq, özündə natamamlıq hiss edən bir çox şəxslər bu vasitələrdən istifadə edir. Zamanla isə bu proses asılılıqla müşahidə olunur. Bu insanlar, hətta, o dərəcədə asılı olurlar ki, ətrafda baş verən çox ciddi hadisələr də onların diqqətindən yayınır. Hətta bu cür asılılığı olan insanlar uzun müddət sizin səsli çağırışınıza heç bir reaksiya verməyə bilər və diqqət çəkmək məqsədilə məcbur qalıb hansısa sosial şəbəkədən istifadə edə bilərsiniz. Şəxsi təcrübəmdən deyə bilərəm ki, bu müdaxilə effektli olur. Ağıllı telefonların istehsalı isə əvvəllər az qala səyahətə də personal kompüterlərini daşıyan bu insanların işini müəyyən qədər “asanlaşdırdı”. Hətta deyərdim, bu qisim insanlar səyahət zamanı istirahət əvəzinə, həmin səyahət müddəti mütəmadi şəkillər çəkdirib, sosial şəbəkələrdə paylaşmaq və bununla bağlı müzakirələr aparmaqla məşğul olurlar”.
Nəqliyyatda ağıllı telefon istifadəçilərinin sevimli məşğuliyyətlərindən olan telefon oyunları da sosioloqun tədqiqat obyekti olub: “Bəzən ətrafda baş verənləri (yaşlıları, əlilliyi olan şəxsləri) görməmək məqsədi daşısa da, bir çox hallarda bu oyunlara aludəçilik asılılıqla bağlı olur. Həyatının ən vacib mübarizəsi kimi bütün diqqətini oyuna cəmləyən bu şəxslər bəzən düşəcəkləri stansiyanı da ötürə bilərlər.
Qeyd edilən nümunələrin hər birində məzmun eynidir, sadəcə forma dəyişir. Bizdə, bəlkə də, gülüş doğuran bu hadisələr təbii ki, hansısa sosial-psixoloji amillərin təsiri altında baş verir və bir müddətdən sonra xəbərimiz də olmadan bizi asılı hala salır. Bu asılılığın heç də zərərli vərdişlərə olan asılılıqdan təsiri az deyil. Eyni zamanda zərərli vərdişlər qədər tərgidilməsi də çətin prosesdir, lakin imkansız deyil”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur reperi güllələdilər-FOTO
Hamiləlik və toksiplazmoz
"iPhone 7Pro" gəlir
Çörəyin qiyməti ilə bağlı
"Payız uşaqları"nda bu xəstəlik daha çox olur
Bal pətəklərinin sirri açılır
İki milyon yarım zəvvar Ərafatdadırlar
MN: Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədinin kəndlərini atəşə tutur
Peyvənd edilməyən uşaqları nə gözləyir?
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Ən cazibədar qadın siyasətçilər
Prezidentin köməkçisi: “S-300-lərimiz Ermənistanın Mingəçevirə atdığı ballistik raketi məhv edib” - VİDEO
Qeyri-adi dizaynlı məscid - FOTO
Uorlik Qarabağ üçün Tiflisə gedib
Bu ölkə də Aİ-ni tərk edir?
Xizək üzərində hotel yaradıldı - FOTO
Makron koronavirusa yoluxdu
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
Yuxular haqqında nə bilirik?
Məşhur cütlük yenidən diqqət mərkəzindədir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
Qırıq saç ucları üçün təbii maskalar
Yaşa görə dərinizin ehtiyacları
Ermənistanda zəhərlənmə
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Qırxayağın neçə ayağı var? – CAHİLLİKLƏR KİTABI
NASA Yer kürəsini məhv edəcək asteroidin düşmə tarixini açıqladı
Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır
Ayaqlardakı yağları əridən hərəkətlər
"Çukur"un məşhur aktyoru evləndi-FOTO
20 illik həkim maskaya görə dəlixanalıq oldu-SƏBƏB
Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır - VİDEO
27 günə 1 milyard qazandı
Kişilərin gizli qorxuları
“Hekimoğlu”da yeni aktyor
“Coca-Cola” 130 illik ənənəsini pozur
Günün qoroskopu: təmaslarda diqqətli olun
Telefonla bağlı ÖDƏNİŞ SİSTEMİ dəyişir
Azərbaycan əsgəri xalqımıza səsləndi - VİDEO
Ədat
“Bitməmiş müharibənin qəhrəmanları ”
Gözaltı ləkələrinin həlli yolları
Həkimlərə qadağa!
Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEO
Əfqanıstanda sel:onlarla insan həlak olub
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Dırnaq boyasını qurutmağın 4 praktik yolu
"Dördbucaq" piroqu(foto resept)
Prezidentdən mühüm fərman
Qanunda övladlığa götürmə ilə bağlı yeniliklər olacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]