Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi olan Elxan Əmirov deyir ki, onun üçün iş tapmaq çox çətindir. Əlavə olaraq heç bir qabiliyyəti olmayan Elxan elə qabiliyyət tələb etməyən işlərdə çalışmağa məcburdur. Bu cür işlərə tələbələr tərəfindən maraq böyük olduğundan belə işlər də tapmaq asan olmur: "Mağaza və buklet paylamaq işində çalışmaq üçün belə ya görkəmə, ya da xanım olmağa fikir verirlər. Dərs ili başlayanda mağazada işləmək də mümkün olmur. Günorta 2 radələrində bitən dərsdən işə çatmaq qeyri-mümkündür. Buklet və elan paylamaqda isə xanımlara daha çox üstünlük verirlər. Üstəlik, bu cür işlər kənardan asan görünsə də, daxildə belə deyil. Bukletlərin hamısı paylanmalıdır, mümkün qədər əraziyə buklet tökülməməlidir, bukletə maraq olsun deyə paylaya-paylaya haqqında məlumat verilməlidir. Tələbə olaraq hansısa universitet qarşısında bunu etmək də çox çətindir. Bizimdə bizi tanıyan dost və çevrəmiz var".
Nərminə Əliyeva da universitet tələbəsidir. Əlavə olaraq dizaynerliyi bacardığı üçün daimi olaraq iş sahibidir. O deyir ki, müəssisələr tələbəyə tələbə olduğu üçün deyil, biliyinə görə qiymət verirlər. Hər hansı bir bacarıq varsa, iş yeri onu sırf tələbə olduğu üçün kənarda qoymaz: "Elə qrup yoldaşlarım var ki, onlar kafel, metlax ustası, mebel ustası olaraq işləyirlər. Görünüşcə cılız və çəlimsiz olsalar da, qabiliyyətləri var. Elə vaxt olur ki, yorğunluqdan dərsdə yatırlar. Bununla belə illik ödənişlərini belə özləri ödəyirlər. Dizaynerliyə marağım olduğu üçün 1-ci kursun tətilində dizayn proqramlarını öyrəndim. İndi 3-cü kursdayam, dəvətnamə salonunda çalışıram. Gündə 2 saat üçün aylıq 180 manat maaş alıram. Tələbələr elə düşünür ki, onlar üçün iş ofisiantlıq və buklet paylamaqdır. Halbuki, işdən əlavə kursa getmək, dil öyrənmək, hansısa proqramlara yiyələnmək lazımdır".
Bakıda tələbələrə iş yerləri təklif edən bir neçə vasitəçi şirkət də fəaliyyət göstərir. Bu cür şirkətlər sırf tələbələrə iş təklif edir və əksər hallarda 100 manatdan aşağı əməkhaqqı vermir. Əməkhaqqını qaldırmaq isə tələbədən asılı olur. Belə şirkətlərdən birinin təsisçisi Qoşqar Quliyev deyir ki, tələbələr üçün təklif olunan işlər əsasan yarım iş günü, adətən səhər 9-dan günorta 1-ə qədər, ya da 2-dən 6-ya qədər olur. Əmək haqları isə 150-250 manat arasındadır. İşini daha tez bitirən tələbələr işdən daha tez çıxma şansına da malikdir: "İşlər əsasən yarımştat satıcı, veb proqramlaşdırma, yaxud informasiya texnologiyaları sahələrində olur. Buklet və elan paylamaq, ofisiantlıq, kiçik ofis işləri də mövcuddur. Müraciət edənlər isə əsasən oğlanlardır. Qızlar ən çox müxtəlif kosmetik şəbəkələrdə çalışmağa daha çox həvəs göstərirlər. Hər müraciət edən tələbəyə də iş vermək olmur, çünki ümidləri doğrultmurlar. İşi başdansovdu edərək işləmək üçün işçi axtarmırıq. Sonra da günahı bizdə görürlər ki, tələbələrə imkan yardılmır".
Təhsil üzrə ekspert İmamverdi İsmayılovun sözlərinə görə, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər tələbələrin işləmə həvəsi olmur. Çünki onlar üçün təhsil birinci pillədə durur və işləyəcəkləri iş də hökmən oxuduqları sahəni əhatə etməlidir. Azərbaycanda isə bu əksinədir. Tələbə dərsdə yatmalı, müəllimin rəhmi gəlib onu oyatmamalı, tələbə işə gedib pul qazanmalı, dostları onun qaiblərini ört-basdır etməli, tələbə qazandığı pulu çayxanaya, futbola və bu kimi gərəksiz sahələrə qoymalıdır. Bunun üçün isə hökmən işləməlidir: "Xaricdə təhsil alıb işləmək istəyirsinizsə, ən əsas gözə almalı olduğunuz məqam bunun hiper çətin olacağıdır. Bəzi xarici ölkələrdə təhsil alan tələbələrə məhdud olsa da, iş izni verilir. Bəzi ölkələrdə isə oxuyaraq işləmək qanunla qadağan olunmasa da bunun üçün leqal prosedurlar yoxdur. Bu cür ölkələrdə çalışan tələbələr ya əlavə dil öyrənmək, ya da ixtisaslarını artırmaq, işində daha uğurlu olmaq üçün işləməyə can atırlar. Bizdə 25 yaşını keçmiş tələbəni kitab oxutmağa sövq etmək heç də asan olmur, amma xaricdə məqsəd oxumaq olduğundan burda hətta 35 yaşında tələbə də tapmaq mümkündür. Bizdə universitetə qəbul olduqdan sonra universiteti bitirmək tələbə üçün mühüm məsələ olmur. Onun üçün əsas məsələ universiteti "yola verib" ən azı 200 manatlıq iş tapmaqdır. Bu cür düşüncə ilə məzun olan kadrlar sonradan iş tapmaqda da çətinlik çəkir".
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi