Avqust ayının 1-dən etibarən ölkə üzrə, xüsusilə də Bakı şəhəri ərazisində "Təmiz hava" aylığı keçiriləcək.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 noyabr 2004-cü il tarixli 517 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası ilə əlaqədar tədbirlərin davamı olaraq, atmosfer havasının nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla çirkləndirilməsinin qarşısının alınması işinin səmərəli aparılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqust ayının 1-dən etibarən "Təmiz hava" aylığına start verəcək.
Bölmə rəisinin sözlərinə görə, bütün ölkə üzrə, xüsusilə də paytaxt Bakıda keçiriləcək "Təmiz hava" aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır: "Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların tərkibi yoxlanılacaq, onların normaya uyğun olmasına nəzarət gücləndiriləcək, mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək onların yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq tədbirlər görüləcək".
V.Əsədov bildirib ki, avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Əks halda, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: "Avtomobil sahiblərinə, sürücülərə bildiririk ki, xüsusi cihazlar vasitəsilə nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi qazın tərkibi öyrəniləcək. Ona görə də idarə etdiyiniz nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirin. Xüsusilə, işlək vəziyyətdə mühərrikin ətraf mühitə buraxdığı qazın tərkibinin normaya uyğun olmasına diqqətlə yanaşın. Əks halda, keçirilən tədbirlər zamanı nöqsanlar aşkar edilərsə, qanunvericiliyə
uyğun cəza tədbirləri görüləcək".
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Putin: Azərbaycanın dünya arenasında nüfuzu artır
Televiziya və kompüterin uşaqlara təsiri
DİN-dən Yeni ilə görə vətəndaşlara XƏBƏRDARLIQ
Hələ belə toy görünməyib
Yağ yandıran detoks çayı
Pandemiya dövründə evdən işləməyin effektivliyi açıqlandı
Məsmə və Məmməd
Qadınlar necə qənaət edir?
Evlilik rekordu qıran məşhurlar
2018-ci ilin makiyaj trendləri
Araz Ağalarov 1,8 milyard dollarlıq mübarizədə Putinin dostuna qalib gəldi
Yür kürəsi partlaya bilər
Ledi Qaqa və Bredli Kuper artıq eyni evdə yaşayır
Buse Varolun geyimi tənqid olundu-FOTO
Ana südünün artırılması və faydası barədə məsləhətlər
Azərbaycanın vulkanlarında monitorinq aparılacaq
Dəbli pencəklər
Televiziya və radio yayımçılarına zərbə
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Şeyma Subaşı qəzəbləndi-FOTO
Laçın rayonunun yeni giriş tablosu
Yağlarınızı əridəcək detoks
50 yaşından yuxarı qadınlar üçün makiyaj
Zirzəmiyə sığınan zavallılar
Goranboyda qədim dövrə aid əşyalar tapıldı
Gömrükdə daha bir QADAДћA
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Bayram günü Məkkədə dəhşət yaşandı
Azərbaycan çempionatından fantastik sıçrayış
Hürrəm Sultan kimdir?
Məşhur həkim bu dəfə Dönərdən Danışdı
Tramp niyə koronavirus təhlükəsini gizli saxladığını açıqladı
Günün qoroskopu: kim olduğunu bilmək istəyirsənsə sevdiklərinə bax
Qadın olmaq...
Kənan İşıkdan xəbər var
Sabahın HAVAsı
Andrey Kudryaçenko: "Bakı mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır"
Uşaqlara verilən bu dərmanlar ziyandır!
Maqnit qasırğası xəbərdarlığı
ÜST koronavirusu müəyyən edən tətbiq yaratdı
Dövlət Neft Fondunun yeni inzibati binasının açılışında
Sonsuzluğun çarəsi tapıldı
Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ
Qatıqlı təzə lobya yeməyi (foto resept)
Bacarıqlı əllər
Bakını niyə boşaldırlar?
Bəzi əşyaların bilmədiyimiz xüsusiyyətləri
İdman geyimləri
Pis söz danışan övladımızla nə edək?














