Qonşumuz Məsmə 40-45 yaşlı, normal görünüşlü bir qadındır. Yoldaşı Mamed ilə eyni yaşıddırlar. Məsmənin dediyinə görə 7 illik sürən gizli sevgi macərasından sonra. birtəhər ailələrini razı salıb evlənə bilmişdilər. Evlilikləri asan başa gəlmədiyi kimi, evlilik sonrası da, illərlə kirayələrdə, ehtiyac içində keçirdikləri günləri az olmamışdı. Bütün bunlar azmış kimi, övlad intizarı da 10 il davam eləmişdi. Bu 10 il müddətində Mamed ailəsinin, qohumlarının israrına baxmayaraq, Məsmədən ayrılmamışdı.
Nəhayət, isti iyul günlərinin birində gözlənilən bir qız övladı dünyaya gəldi. Sevinclərinin həddi -hüdudu yoxdur. Bunlarla yanaşı yeni aldıqları mənzillərindəki qonşuluların da intizarına son qoyulmuşdu. Məsmə artıq məclislərə üzüağ, sevincək gedə bilirdi. Dəfələrlə qulağı eşidə-eşidə getdiyi məclislərdə barmaqla göstərilərək "filankəsin uşağı olmayan gəlini" kimi tanıdılmışdı yadlara. Bunun nə qədər kədərli olduğunu bir tək özündən başqa heç kim başa düşməmişdi. İndi də, o günlərini xatırlayıb danışarkən gözlərindən yaşlar gilə-gilə tökülür....
Aytənin dünyaya gəlişinin ardından, Ayxan da gəlmişdi dünyalarına. Bəs nə idi bu ailədəki problem? Bu soyuqluğa səbəb nə olmuşdu anlamıram? Məsmə artıq alışıb bu vəziyyətə. Hətta burda qeyri-adilik görmür belə. Yəni Mamed evə gələrkən:
"- Aytən, anan hanı?"
"- Aytən, anana de yemək versin"
"- Aytən anana de çay versin..." Bütün bunlar Məsmə üçün çox adi bir haldır. Sanki, Aytəni bir-birləri arasında körpü olması üçün dünyaya gətirmişdilər.
Yəni, öz həyat yoldaşına müraciət edib, nəsə istəmək bu qədərmi çətindir?
Hər şey bir yana, hər hansı bir məclisə bir yerdə, amma yad insanlar kimi getmək necə mümkün ola bilir? Üstəlik də bir yerdə oturmaz, bir-birinin üzünə belə baxmazdılar. Getmək məqamı gələndə, Mamed hər hansı bir qonşu uşağından xəbər göndərib, Məsmənin getmək istəyib-istəməməsinə ehtiyac duymurdu.
Məsməyə görə bu artıq onların yaşına görə normaldır. O özünü yaşlı hiss edir və belə qələmə verir. Ona görə ailədə sevgi olmurmuş. Ailədə kişinin qadınla zarafatı, deyib-gülməsi onun üçün kişinin "yüngüllük" əlamətidir.
- Bilirsən, Mamed çox ciddi, ağırbaşlı insandır. O , neçə illərdir uşaqların yanında mənim adımı dilinə gətirmir" deyir.
Məsmə adi qadınlardan biridir. On bir illik məktəb həyatından sonra çox da cəmiyyət içərisində olmamışdır. Ailə qurduqdan sonra da, uzaq başı Mamed evə gəlincə teleseriallara baxır, o gələndən sonra da, yeməyini verib, öz küncünə çəkilir. Sosial şəbəkədən xəbərsiz, hətta cib telefonu olmadan da "öz başını saxlayır" . Yəqin onun hekayəsini ictimailəşdirdiyimi bilsə, mənə çox acığı tutar. Hətta mətndəki adları şərtiləşdirsəm belə....
Tez -tez mənimlə söhbət edərkən bundan söz salması, əslində ürəyinin dərinliklərində çöküntü olduğunu göstərir. Axı, kim istəməz ki, ailəsində gülərüz ab-hava olsun. Mamedin bu "ağırbaşlılığı" Məsməyə çox ağır başa gəlirdi. Əlbəttə Məsmə mənə hər şeyi açıqlamasa da, ürəyinin dərinliklərində həqiqətin fərqində idi...
Yəqin ki, bu yazıda əsas problemin Mamedin Məsməyə müraciət şəklindən çox, əslində bunun dərinliyində insanlarımızın ailə anlayışının öz üzərlərində məhdudiyyətlərə məruz qoyduğunun faciəsini görürük. Mamedin həyatında başqa qadının olduğunu bilə-bilə, onun ayaqqabısının üzünü bağlayacaq qədər sevən Məsmənin acı taleyinin şahidi oluruq. Qadınlığını, hisslərini "ailəsinə""qurban" verən tipik bir Azərbaycanlı qadını. Bu həqiqətən ailədirmi? Ümumiyyətlə, ailə necə olur? Məsmənin bu suala cavab verməsini çox istəyərdim. Məhz onun cavab verməsini....
(Mətndə adlar şərtidir)
Kubra İ-va
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Moda brendlərini tanıyaq (2)
Sarımsaqla dırnaqlarınızı gücləndirin
Sırğalar
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Fransanın ən böyük kilsələrindən biri yanır - VİDEO
Erkan Petekkaya Nurgül Yeşilçay haqqında İLK DƏFƏ
Yeni parol beyin olacaq
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
Xaş-xaşlı tort (foto resept)
BMT: May ayında İraqda 870 nəfər ölüb, 1450 nəfər yaralanıb
Günün ulduz falı
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Sağlam hamiləlik üçün 5 idman qaydası
Mariya Şarapova ərə gedir
HAVA necə olacaq?
"Uğursuz" dahilər
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
İlham Əliyev prezidentləri bir araya topladı
Məşhur cütlüyün toyu 3 fərqli ölkədə olacaq-FOTO
Sabun seçərkən diqqətli olun!
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Məşhur brend ÜZR İSTƏDİ-SƏBƏB
Peyvənd koronavirusdan qoruyurmu? - VİDEO
Sibel Canın qızı bəyənilmədi-FOTO
UEFA "Qarabağ"ın haqqını verdi
Yumşaq divan dəstləri
Qışın əvəzedilməz yeməkləri
Azərbaycanda zəlzələ olub
İbrətamiz dərslər
"Alfaxores" peçenyesi (foto resept)
1 aprel Beynəlxalq Gülüş Gününün tarixi
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Hülya Avşarın 30 illik sirri
Körpələrin əlavə qidaya keçidi üçün tövsiyə olunan ərzaqlar
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Araik Aratunyan: “1500 erməni bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
Dünyanın ən böyük ordusunun yeni gözəlləri
Cazəbədar gəlinlik modelləri
Şahzadə Çarlzda koronavirus aşkarlanıb
Zaxarova əsirlərin dəyişdirilməsindən danışdı
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
"28 May" metrosunda sakinlərin köməyinə çatacaq yenilik
Yay ayaqqabıları
Kədəri aradan qaldıran qidalar
Meyvələrdən ilham alan sənətkar
Gavalı piroqu (foto resept)
Neymar imicini dəyişdi - FOTO















- ŞƏRHLƏR