hekim qiz
Başıma çox maraqlı hadisələr gəlib, özüm çox nadinc qız olmuşam. İlk öncə məktəbdən başlayaq. Deməli bir gün sinif yoldaşlarımdan bir qızın ad günü idi, biz də sinifdə ad günü keçirirdik. Başqa sinif yoldaşım hədiyyə almağa getmişdi, ona görə bir az gecikdi. O hədiyyəni gətirdi, sonra oturduq həm yeyib, həm də söhbət edirdik. Qız hədiyyəni açdı, içindən belə necə deyim ağ qutu kimi şey var idi, ozü də ovxalanırdı, başqa sinif yoldaşım - özü də oğlan idi, götürdü onu mənim başıma səpdi. Mən də onun başına, özü də çox pis idi, saçdan güclə qoparılırdı. Nə isə, bütün sinif bizə qatıldı, mən də axırda əsəbləşdim o oğlanın adı da Ələsgər idi, əlimdə kola var idi. Dedim ona eləmə bax, bir də eləsən tökəcəm üstünə, amma bu yenə də edirdi. Mən də qatdım onu qabağıma, o qaçdı mən qaçdım, nə isə axırda bir sinifdə tutdum onu. Mənə çox dedi etmə, amma stəkan doluydu necəsə səpdim onu üstünə. Yazığın paltarı islandı, amma mənə heç nə demədi. Bu başıma gələn doğrusu kiminsə başına gətirdyim ən gözəl hadisə idi. İndi də eləyəm, oğlanlara heç yazığım gəlmir. Məni əsəbləşdirdiklərində başlarına oyun açıram. Hər dəfəsində dostumla həyətdə ağaca çıxırdıq, o ağacda qalırdı, mən isə aşağıda olurdum - bunu hər gün edərdik, hər dəfəsində də qonşuların başına oyun açardıq. Sonra nənə çubuqla gəlib bizi qatardı qabağına, özü də hər gün şikayət gələrdi ona. Bir gün nəysə qalmışdıq orda ətrafı izləyirdik, birdən xışıltı səsləri gəldi, nə isə fikir vermədik dedik yəqin küçədən inək keçir də. Çıxdığımız ağacın yanında hasar var idi, dostum dedi qoy mən baxım nədir, qız əyildi baxmağa - baxmağına peşman oldu, sən demə qonşumuz imiş, su başına çıxıbmış, Həmin günü o qədər güldüm ki, ürəyim gedirdi gülməkdən. Bu da maraqlı hadisələrdən biri idi. İndi də yadıma düşəndə gülürəm.
ANGELICKA
Mənim də uşaqlıqda etdiyim dəcəlliklər ucbatından başıma gəlməyən qalmayıb. Bunlardan ən yadımda qalanı isə balaca bacımla etdiyim dəlilik (başqa necə deyim ki? ) olub. Hardasa 4-5 il əvvəldən deyəcəm indi. Yeni il vaxti idi. Hamı kimi bizim də evimizdə yolka qurulub, otaqlar bəzənib, bayram ab-havası ətrafı bürüyüb. Yolkanın rəngli işıqlarını uşaqlar dartıb qırmışdılar. Anam mənə verdi ki, atım zibil qabına. Mən də atmadım. Bunu götürmüşük bacımla ki düzəldək. Qırıq uclarını üst-üstə qoyub, əlimizlə tutmuşuq açıq tokdan. Uşaq ağlı, daha nə bilək? Elə belə də taxdıq toka. Bizi bir qəşəng elektrik vurdu ki, gəl görəsən . Beləcə ən yadda qalan hadisələrimdən biri də bu olub.
N.(SaTuOr)
Qızımın 1 yaşı olanda getmişdik Azərbaycana. Kənddə qaynanamgildə qalırdıq. Yayın yay günü uşağın temperaturu qalxdı, angina oldu. Həkimə apardıq, iynə-dərman elədim hamısını. Dedilər ki, tut arağı ilə kompres qoy, yaxşı olacaq. Baldızımgil, uşaqlar - hamı yığışmışdı kəndə. Bir baldızım da tut arağını töküb su butulkasına verib mənə. Mən də qoydum pəncərənin ağzına. Evdə qızım, baldızımın uşaqları oynayırdılar. Boyunlarına almasalar da, yəqin uşaqlardan hansısa su içmək istəyib götürüb başa düşüblər araqdı qoyublar yerinə, ağzın da yaxşı bağlamayıblar. Mənim də balacam gedib götürüb açıb çəkib başına, elə ağlamaq səsinə qaçdım içəri, uşaqlar dedilər ki, "Bibi, Türkan araq içdi". İndi bilmirəm neyləyim, "ay Allah, ay ana, kömək edin" deyib qışqırıram. "Türkan araq içib nəsə olacaq, nəsə eləyin". Allaha şükür heç nə olmadı, acı olduğundan uda bilməyib. Bax, bu hadisə həmişə yadıma düşür.
Bu yay Bakıda atam, anam, mən, bir də uşaqlar getdik Qubaya, Təngəaltıya istirahətə. Biz ora çatanda hava dəyişdi. Bir yağış, soyuq başladı gəl görəsən. Gecəni yorğanla yatdıq, dedik səhər yəqin hava yaxşı olar. Amma yox, yenə də yağırdı. Dedim: "Yağış göydən töksə də şəlaləyə, çayın kənarına getməliyəm". Beləcə uşaqları qalın geyindirdim, getdik. Göydən yağış tökə-tökə şəkil çəkdirdik, azca gəzdik və axşamı qayıtdıq şəhərə. O hündürlükdə dağa qalxdıq, maşına heç nə olmadı, amma şəhərə çatanda bir məhlədə maşının altını atam vurdu. Bu bu yay Azərbaycanda başıma gələn istirahətim oldu. Sonra avqustun axırı olmasına baxmayaraq burda soyuq idi, getmişdik çayın kənarına, meşəyə. Bizdən başqa bir rus ailə də var idi. Onlar mahnıya çoxlu səs verib, içib oynayırdılar. Biz də öz kefimizdə, öz işimizlə məşğul olub dincəlirdik. Axırda onlar arasında dava düşdu, qız öz anasını döydü, vurub yıxdı yerə. Mən də qorxmuşdum, birdən öldürər, yıxarlar bizim üstümüzə. Dedik hazırlaşaq gedək burdan. Amma qız qoçaq yığışıb uşağını, yoldaşını götürdü, anasını qoydu meşədə getdi. Qadın bir az yaşlı idi, həm də içkili idi, getdi yaş yerdə uzandı, yazığımız gəldi, orda qalsaydı ölərdi, it, canavar yeyərdi. Dedik taksi tutaq göndərək. Amma öz millətləri o qadını maşınına mindirmədi. Axırda arxada 4 nəfər böyük, iki uşaq biz oturduq, maşını yoldaşım sürürdü, qabaqda baldızım, o qadınla bir təhər oturdu, eləcə apardıq qadını evinə. Sonra elə hey fikirləşdik görəsən qızı anasını evə buraxdımı. Amma biz yaxşılığımızı elədik. Bilən Allahdır.
Parvina İbrahimova
Mənim başıma gələn ən maraqlı hadisə yaddaşımın bir neçə dəqiqəlik itməyi ilə əlaqədardır. Qızımın dünyaya gəldiyi təxmini on gün olardı. Səhər oyandım yuxudan uşaq ağlayırdı. Amma bu nə isə mənə təsir etmirdi. İlk öncə öz özümə dedim mən kiməm? Bir il geri bir zamana qayıtdı yaddaşım. Bəs mən hardayam dedim, uşağın səsinə oyanan yoldaşım mənə tərəf çevriləndə yerimdən dik atıldım. Dedim: "Sən kimsən?" O da yuxulu-yuxulu fikir vermədi. Mən ürəyimdə fikirləşdim ki, "ay Allah gör başıma nələr gəlib". Elə ağlayıram zülüm-zülüm. Deyirəm, "ölməkdən başqa yolum yoxdur". O bir də təkrar etdi ki, "eşitmirsən uşaq ağlayır". Dedim: "Nə uşaq? Kimin uşağı?" O da öz özünə düşünüb ki, yuxuludur, durum uşağı verim sakitləşdirsin. Qızımı qucağıma verəndə dedim: "Vaay, lap dul imiş ki, bu kişi. Hələ bir uşağı da var". Uşağı tez onun qucağına atıb qaçmaq istəyəndə yoldaşım çığırdı. Allah razı olsun, o dəqiqədəcə yaddaşım özünü yığışdırdı... Əslində sonra çox gülmüşdük ikimiz də, amma bəzən eyni şeyi yaşamaqdan qorxuram. O 25 dəqiqəlik fəlakətimi.
reqsane rustemova
Başıma gələn ən maraqlı hadisə o olub ki, mən balaca olanda atam Rusiyaya getmişdi. Gedəndə bacım Əfsanə onun dalınca ağlamışdı, buna dözməyib anam da ağlayırdı. Doğru deyiblər ki, yola çıxanın arxasınca ağlamaq olmaz. Atam Rusiyada qəza keçirdi. Az qala ölürmüş. Böyük Allahım atam əməliyyat olanda bacımın səsiylə onu narkozdan oyatdı, Həkimlər gözlərinə inanmırdı, onlar atamdan əllərini üzmüşdü, ona görə də bu hadisə qarşısında çaş-baş qalmışdılar. Başıma gələn maraqlı hadisə bu idi.
Sirli_dunyam
Sakit uşaq olmağıma baxmayaraq harada xətalı işlər var mənim başıma gəlib nədənsə. Əmimgil ilə kənd həyətində yaşadığımız üçün həyətimiz mıxlı taxtalar ilə dolu idi. Uşaqlarla əmimgilin həyətində oynayırdıq. Bir dəfə necə oldusa yıxıldım, mıxlı taxta alnımın tüklə bitişən hissisinə necə batdısa üzümü-gözümü qan tutdu. Yazıq anam da elə bildi ki, mıx gözümə girib, təsəvvür edin anam o zaman nə vəziyyətdə olar. Üzümü yuyandan sonra görüblər ki, gözüm salamatdır. Bir dəfə də 3-cü sinifdə oxuyurdum. Dəcəl bir oğlan olan sinif yoldaşım var idi. Mən də qar yağır deyə sevinə-sevinə məktəbə gedirəm. Dəhlizin qapısını açan kimi başıma bərk nəyinsə dəydiyini hiss elədim. Və o andaca qışın soyuğunda üzümə nəsə isti bir şeyin axdığını hiss elədim. Sən demə, həmən dediyim o dəcəl sinif yoldaşım qar topunun içinə daş parçası qoyub pusquda durub ki, kim içəri girsə onun başına vursun. O qartopu da düz başımın əmgək hissəsindən elə dəymişdi ki, bugünkü gündə də baxanda mıxlı taxta ilə qartopunun izi uşaglığımı xatırladır. Nə yaxşı kı saclarım o izləri gizlətməyə kömək olur.
Mən 4-5 gün bundan qabaq başıma gələn qəribə bir hadisəni yazacam. Demək ailəmizin büdcəsinə özüm nəzarət etdiyim üçün yoldaşımın aldığı maaşın çox hissəsi mənim pul cüzdanımda olur. Neçə gün bundan qabaq içində kifayət qədər pul olan cüzdanımı həmişə qoyduğum yerdə görmədim. Və bir anda fikirləşdim ki, evə oğru girib, amma evdən heç yana gedmədiyimiz üçün oğru evə girə bilməzdi, həm də oğru pulu aparsaydı telefonumu da aparardı, çünki bir yerə qoymuşdum. Bəs mənim pullarım harda idi? Yoldaşım da işi ilə əlaqədar neçə müddətlik başqa yerə getdiyi üçün ona da pul lazım olub deyə götürdüyü ola bilməz. Axı özüm dünən qoymuşdum. Uşaqlar da balaca olduqları üçün bütün günü gözümün qabağındadılar, evə də heç kim gəlməyib. Az qala dəli olmuşdum, bütün evi altını üstünə çevirdim, heç nə tapa bilmədim. Ayətəl-kürsü duasını oxuyaraq ağlayıb evi axtarırdım. Və pul cüzdanı elə yerdən çıxdı ki, mənim qoymadığım yerdən - namaz qıldığım səccadəyə bükülü halda paltar dolabından çıxdı. Bir daha cin-şeytanın insanın fikrini necə qarışdırdığını və insanla necə mübarizə apadığının şahidi oldum. Bəs o cüzdanı bir gün ərzində kim səccadəyə büküb qoymuşdu paltar dolabına? Allah bilir.
Happiness lady
Mənim başıma maraqlı hadisələr çox gəlib bəlkə. Amma yadımda qalanı yazacam. Səhf etmirəmsə 8-ci, ya da 9-cu sinifdə oxuyurdum. Coğrafiya dərsi idi, mənim, eləcə də bir çox uşaqların ən sevmədiyimiz dərs idi. Hər dəfə o dərs gələndə fikirləşirdik ki, nəsə olsun dərs olmasın. Bir gün dərsdə oturmuşduq, müəllimimiz kişi idi, arada gəzə-gəzə dərs başa salırdı. Birdən gördük ki, müəllimin oturduğu stulun yuxarı hissəsində yer vardı - ordan siçan balaları tökülməyə başladı. Hamımız partaların üstünə çıxıb qışqırırdıq, oğlanlar da onları tutub tənəffüsdə hamıya göstərirdi. Beləcə, həmin gün dərs olmadı. Amma müəllimə o hadisə yaman təsir etdi, hər dəfə dərsdə ora baxırdı ki, birdən başına düşər siçanlar.
alina eynullayeva
Yoldaşımla bağlı bir hadisədir. Biz nişanlı olanda baş vermişdi. O mənə zəng edib "Sizə gəlirəm" dedi. Evdə də heç kim yox idi. Mən tez mətbəxə girib şəkərçörəyi bişirmək isdədim. Şəkərçörəyini hazırlayıb sobaya qoydum. Tavaya kağızda qoymuşdum. Birdən qapı döyüldü, mən də mətbəxdən çıxanda guya nişanlıma supriz edəcəyəm deyə mətbəxin qapısını bağlayıb, gedib qapını açdım. Nişanlım girdi içəri. Bizim ev iki mərtəbəlidir, biz də çıxdıq yuxarı. Oturduq ordan-burdan danışdıq. Şəkər çorəyi də yadımdan çıxıb sobada qalıb. Bəlkə bir saat sonra birdən nişanlım mənə dedi ki, yanıq iyi gəlir. Elə qışqırıq çıxdı ki, məndən: "Vaayy!" deyə-deyə tez qaçdım aşağı. Sobanın ağzın açdım. Şəkər çörəyi elə yanmışdı ki, qapqara olmuşdu, kağız da həmçinin. Həmin gün o yanıq iyi evdən cixmadı Başıma gələn ən maraqlı hadisə bu olub.
mira-kerim
Mən üçüncü kursda oxuyanda universitetdən qrup uşaqları və müəllimlərlə birlikdə Naxçıvanda Batabat deyilən bir yer var - ora gəzməyə getmişdik. Səhər tezdən evdən çıxdıq, günorta olmamış istədiyimiz yerə çatdıq. Evdən çıxanda hava çox gözəl idi. Qrup rəhbərimiz bizə dedi ki, mən kabab hazırlayana qədər siz də gedin gəzin. Biz də uşaqlarla birlikdə dağa qalxdıq. Oturduğumuz yerdən çox uzağa getmişdik. Batabatın iqlimi qeyri-adi olduğundan birdən-birə hava tutuldu, güclü yağış başladı. İnanın o qədər güclü yağırdı ki, imkan edib dağdan enə bilmirdik. Yağışın yağması çox davam etdi. Hamımız qorxurduq ki, aşağıda dərəyə sel gələr və biz də dağda qalarıq. Həm qorxulu idi, həm də maraqlı. Dağın ətəyində böyük bir qaya parçası var idi, qayanın böyrünə sığındıq ki, heç olmasa bir tərəfimizi yağış tutmasın. Təxminən 1 saat belə davam etdi, amma sağ- salamat müəllimimizin yanına qayıda bildik. Hamımız çox qorxmuşduq, müəllimimiz də bizdən betər vəziyyətdə idi... Həmin gün heç vaxt yadımdan çıxmır.
ARiEL_ViViAN(SaMiRə)
Başıma gələn maraqlı hadisələr çox olub. İkisini yazacağam amma. Demək bir dəfə anam evdə deyildi. Biz də bacımla qərara gəldik ki, o evə gələnə bir tort bişirək. Tortu bişirdik, sıra gəldi kremini hazırlamağa. Mağazada satılan hazır qatılaşdırılmış südü dedik ki, bişirək kremimiz daha dadlı olsun. Bunu qoyduq suda ocağın üstünə və biz qoçaq iki bacı da getdik televizora baxmağa. Süd yaddan çıxar, suyu quruyub qalar ocağın üstündə və bu süd elə partladı ki, elə bil mətbəxdə atom bombası patladı. Evdə də ikimiz, indi qorxuruq mətbəxə keçməyə. Nə isə keçdik mətbəxə qorxa-qorxa. İlahi, təzə təmirdən çıxmış mətbəx nə gündə idi. Anam gəldi, bizi danlaya-danlaya bütün mətbəxi divar, tavanına kimi su ilə sildirdi bizə və bu da oldu bizim tort bişirməyimiz.
Bir başqa maraqlı hadisə isə bu il, yəni 2013-cü ilin sentyabr ayının 10-da baş verdi. Sumqayıta xalamgilə getmişdim , bir gün də qaldım. Nişanlım da Sumqayıtda əsgərlikdə idi. Mənə dedi ki, Sumqayıtdasan, icazə ala bilsəm bir-iki saatlıq görüşək. Amma icazə vermədilər, mən də ümidlənmişdim ki, bu gün görüşəcəyik. Nə isə kor-peşman atama zəng vurdum ki, gəl məni apar evə. Atam gəldi, gedirdik Bakıya. SMS gəldi, gördüm nişanlım yazıb ki, "hardasan?" Mən də yazdım ki, "Ceyranbatan su anbarının yanından keçirik". Üstündən 5 dəqiqə keçdi yenə yazdı ki, başını sola çevir, yaşıl maşına bax Mənə hələ çatmırdı, çaşıb qalmışdım.Başımı sola çevirdim, nişanlımı gördüm. Sən demə, 3 əsgərlə birgə nişanlımı Bakıya müayinədən keçməyə aparırlarmış. Demək ki, qismətimizə həmin gün bir-birimizi görəcəyimiz yazılı imiş. Həmin gün də mənim üçün ən yadda qalan və silinməz günlərdən biri olaraq yaddaşıma yazıldı.
XƏBƏR LENTİ
Ultrasəs müayinəsində ölən nənəsini görüb dəhşətə gəldi-FOTO
Tələbə qəbulu qaydalarında dəyişiklik edildi
Bakı ən isti yanvarını yaşayır?
Balqabaqlı cheesecake (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-7 Sentyabr
Ən ağır kirpi pəhriz saxlayacaq
Uşaqlar üçün papaq və şərf modelləri (3)
Zirehli texnikalarımızın döyüşə hazır vəziyyətə gətirilməsi ilə AÇIQLAMA
İlham Əliyevdən səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə ilə bağlı SƏRƏNCAM
Günün qoroskopu: Uğurlu gündür!
Təbii gözəlliyi ilə seçilən yerlər
“Facebook” “Snapchat”ın analoqunu yaradır
Düşmənə məxsus növbəti zirehli texnika məhv edildi - VİDEO
Suyun faydaları
Kələmli toyuq salat (foto resept)
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (3)
70 yaşlı Allanın 40 il ərzindəki dəyişimi - FOTO+ Video
Kloze Müllerin rekordunu yenilədi
Körpə qızlar üçün saç düzümü
Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini təklif edirlər
Qapalı məkanlarda siqaretin ardınca sulu qəlyan qadağası - Qanun layihəsinə dəyişiklik
Türkiyədə kütləvi dəfn mərasimi keçirildi
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
Kişilər üçün qol düymələri
ABŞ hakimiyyəti 4700 suriyalı qaçqının ölkəyə girişinə icazə verib
Azərbaycanda süni balıq gölləri ləğv olunur
Meyvə satan qız dünyanın ən varlı gəlinlərindən olacaq-FOTO
"WhatsApp"da maraqlı yenilik - FOTO
Zəmanə neyləsin?
Bu rəsm əsəri 90,3 milyon dollara satıldı-FOTO
Məzəli portağal
"Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində həll olunmamış problem qalmayacaq"
Məşhurlardan yeni il şənliyi üçün saç modelləri
Bakıda qış bitdi?
Polikistoz yumurtalıqlar sindromu
Koronavirusa qarşı həşərat hüceyrələrindən vaksin hazırlanıb
Kayli Cennerdən 2 yaşlı qızına inanılmaz HƏDİYYƏ-VİDEO/FOTO
2030-cu ildən gələn adam ŞOK AÇIQLAMA verdi-FOTO
Peyvənd paylansa belə, dünyanı xilas etməyəcək - Alman şirkəti detalları açıqladı
Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
“Koronavirusun yeni növü qorxulu deyil” - AÇIQLAMA
Uşaqların məktəblərə qəbulunda yeni qaydalar
"Sen anlat Karadeniz"-in Nefesi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İşgüzar qadının qarderobu necə olmalıdır?
Bakıda "məzun gün"ləri dəyişdi
Hazır göz makiyajı
Ana bətnində körpənin hərəkəti
Burak "Osman Qazi" rolu üçün bir ildir...-FOTO
Təyyarədən enmək üçün bunu etdi-FOTO
- ŞƏRHLƏR