Bu gün "Təmiz hava" aylığı çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbi Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə ARDNŞ-in Təhlükəsizlik İdarəsinin qarajında reyd keçirilib.
Trend-in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib ki, bugünkü tədbir zamanı avtomobil təsərrüfatında olan nəqliyyat vasitələri müasir texniki vasitələrlə reys qabağı yoxlanılacaq və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrəniləcəkdir: "Yalnız bundan sonra həmin avtomobilin yol hərəkətində istismarına qərar veriləcəkdir".
V.Əsədovun sözlərinə görə, mühərrikində normadan artıq dəm qazı olan avtomobilin sürücüsünə inzibati qaydada protokol yazılacaq, istismarı qadağan olunacaq, saz olduqda isə istismarına icazə veriləcəkdir.
V.Əsədov onu da əlavə edib ki, avqustun 1-dən bugünədək Bakı şəhərində iri avtomobil təsərrüfatı olan müəssisələrdə yol polisi və Ekologiya Nazirliyi baxış keçirib və 168-dən artıq avtomobil istismara buraxılmayaraq inzibati qaydada məsuliyyətə cəlb edilib.
Sonra qarajda olan avtomobillər müasir texniki cihazlar vasitəsi ilə reysqabağı yoxlanılıb və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrənilib. Keçirilmiş yoxlamaların nəticələrinə əsasən, mühərriklərində normadan artıq zərərli maddələr olan 6 nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılıb və sürücüləri inzibati qaydada məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, avqustun 1-dən 31-dək nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə "Təmiz hava" aylığı keçirir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında