Mundialın adı Braziliya
Futbolun vətəni İngiltərə sayılsa da Braziliyanı da "futbol məktəb"i adlandırırlar. Təsadüfi deyil ki, 5 dəfə dünya çempionatını qazanıb və dünyaca adlı-sanlı futbolçuları var. Çempionatın başlamasına bir müddət qalmış ölkəni problemlər bürüdü. Maaş azlığından şikayət edən əhalinin bir sıra təbəqəsi etiraz edərək küçələrə axışdı. Daha sonra bəzi stadionların hazır olmaması FİFA-nı qorxuya saldı. Çoxları çempionatın baş tutacağına şübhə etsələr, sayca XX mundiala Braziliyada start verildi. Problemlər müəyyən qədər öz həllini tapa bildi. Bundan sonra hər şey öz axarına düşdü.
"Cavanlar" və "qocalar"
Bu dünya çempionatı da yeni iştirakçı ilə yadda qaldı. Bosniya və Herseqovina millisi mundialın "yeni cavan" üzvü oldu. Ancaq debütantın elə "siftə"sində işi düz gətirmədi. Dünya çempionatının təsnifat mərhələsindəki uğurlu çıxışını çempionatın qrup mərhələsində sərgiləyə bilməməsinin məntiqi sonluğu kimi evə əliboş qayıtdı. Dünya çempionatının bütün turnirlərində iştirak edən Braziliya yığması isə "ən qoca" milli adını özündə saxladı.
Çempionatın "tarixə düşən olayları"
İlk öncə qol texnologiyası adlı sistem bu çempionatda tətbiq edildi. İlk dəfə olaraq Fransa-Honduras matçında istifadə olundu. Bu mundialın, bəlkə də, ən maraqlı olayı isə "vampir" adı almış Luis Suaresin Ciorcio Kyellinini dişləməsi və əvəzində ağır cəza alması oldu. Çempionatda ardıcıl olaraq məşqçi istefaları da öz növbəsində turnirə "damğa"sını vurdu. Kot-d`İvuar, İtaliya, İran, Yaponiya və Hondurasın baş məşqçiləri vəzifələrindən ardıcıl olaraq getdilər. Bir vaxtlar "Qalatasay"ın şərəfini qorumuş Farid Mondraqon isə ən yaşlı futbolçu olaraq tarixə düşdü. Miroslav Kloze dünya çempionatları tarixində ən çox qol vurmuş "yekədiş Ronaldo"nun rekorduna şərik çıxdı. Dünya Kuboku finallarında 32 il sonra qalibiyyət əldə edən Əlcəzair turnir tarixində bir matçda 4 qol vuran ilk Afrika ölkəsi oldu.
Favoritlər getdi, autsayderlər qaldı
Çempionatın əvvəlində favorit kimi göstərilən İspaniya, İtaliya, İngiltərə, Portuqaliya, Rusiya kimi hegemon yığmaların bu turnirdəki mübarizəsi sanki "dəymiş meyvə"lərə bənzədi. Meyvələr dəydikdən sonra ağacdan düşdükləri kimi, bu millilər də sanki öncədən özündənrazı olduqları üçün bu aqibəti yaşamağa məcbur oldular. Əksinə, çox asan rəqib kimi görünən, ciddiyə alınmayan millilər isə buraxın qələbə qazanmağı, hətta qrupdan belə çıxdılar. Əlcəzair, Kosta-Rika, ABŞ, Yunanıstan kimi millilər rəqiblərinə "futbol dərsi" keçərək qrupdan çıxmağı bacardılar.
Seks qadağası
Dünya çempionatı düşərgəsində futbolçulara seksi qadağan edən ölkələr mübarizəni dayandırıb. Əksinə, seks üçün heç bir məhdudiyyət qoyulmayan yığmalar isə öz yollarına davam edirlər. Məhdudiyyət qoyan ölkələr - Rusiya, Bosniya və Herseqovina, Meksika, Çili, Nigeriya. İcazə verən ölkələr - Almaniya, Hollandiya, Fransa, Kosta-Rika, Braziliya.
Ən bahalı futbolçuların "fiasko"su
Kriştianu Ronaldu (100 milyon avro), Edinson Kavani (60 milyon avro), Andres İnyesta (55 milyon), Luis Suares (52 milyon avro), Sesk Fabreqas (50 milyon), Hulk (48 milyon avro) kimi bahalı futbolçular bu çempionatda "parlamadılar".
1/4 cütlükləri - 4 Amerika, 4 Avropa
Braziliya - Kolumbiya
Almaniya - Fransa
Hollandiya - Kosta-Rika
Argentina - Belçika
Çoxları düşünürlər ki, yarımfinal mərhələsində Braziliya-Almaniya, Argentina-Hollandiya qarşılaşacaqlar. Bəli, belə olarsa, hər iki qarşılaşmanı "erkən final" adlandırmaq olar. Ancaq gəlin hadisələri qabaqlamayaq. Çünki bu il Kosta-Rika əla performans göstərərək bu yerə gəlib çıxıb. Kosta-Rika əlinə düşmüş fürsəti, yəqin ki, qaçırmaq istəməz. Həm onlar yetəri qədər güclü olduqlarını sübut ediblər, həm də bu yerə kimi gəlmişkən niyə də bir az da qabağa getməsinlər ki?! Düzdür, rəqibin Hollandiya olmasını nəzərə alaraq ehtiyatı əldən verməmək və çəkinmək lazımdır. Son oyunda hollandların Meksika ilə apardığı oyuna baxdıqda isə belə qənaətə gəlmək olar ki, bu komanda ilə də oynamaq olar.
Braziliya Kolumbiya qarşısında açıq favorit kimi göstərilir. Radamel Falkaonun yoxluğu bir çoxlarında elə təəssürat yaradırdı ki, onlar çox qabağa gedə bilməyəcəklər. Kolumbiya isə iradə nümayiş etdirərək 1/4 finala çıxmağı bacardı. Braziliyanın son keçirdiyi oyunlar göstərir ki, o, sırf kağız üzərində favoritdir. Bərabər səviyyəli oyunun keçəcəyi ehtimal olunur.
Argentina Belçika qarşısında daha təcrübəli, daha güclü heyətə malik olsa da bu görüşün də bərabər müstəvidə keçəcəyi qənaətindəyəm. Çünki hər iki komandanın çempionatdakı oyunlarına nəzər salsaq, görərik ki, Belçika adlı-sanlı rəqibindən heç də aşağı səviyyədə oynamır. Hər 4 qarşılaşma olduqca maraqla gözlənilir...
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı