
Bu fikirləri "Sosium" verilişində Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov deyib.
Səhiyyə işçilərinin peşə bayramı günündə verilişdə iştirak edən plastik-estetik cərrah bildirib ki, problemlərə rəğmən səhiyyə sahəsi xeyli inkişaf edib. Onun sözlərinə görə, plastik cərrahiyyədən tutmuş, böyrək ürək əməliyyatına kimi bir sıra ilklərə imza atılıb: "İndi səhiyyəmizdə həm texniki baza, həm də kadr baxımından istənilən əməliyyatı etmək mümkündür. Xaricdə təhsil alan gəncləri dövlət müəssisələrində çalışmağa cəlb edirlər. Bu, çox vacib məqamdır. Qiymətlər də zaman-zaman aşağı düşür. Məsələn, bu gün Azərbaycanda burun əməliyyatı təxminən 1500 manata başa gəlirsə , Türkiyədə bu əməliyyat 2000 manatadır, üstəlik otel, gediş xərcləri də bunun üzərində gələndən görürsünüz ki, bizdən xeyli bahadır".
Bütün bunlara rəğmən hələ də Azərbaycanda vətəndaşların xaricə üz tutduğunu deyən uzman doktor bildirib ki, bunun başlıca səbəbi insanların həkimlərə inamının az olmasıdır: "Bu, insanların psixologiyası ilə bağlı olan bir məsələdir. Vətəndaşların İrana getməsi, o demək deyil ki, oradakı həkimlər daha güclüdür. Fikrimcə, bu, daha çox inamsızlıqla bağlıdır. Bir qədər imkanı olanlar İrana, daha elit xidmət görmək istəyən təbəqə isə Avropaya , Türkiyəyə üz tutur. Amma bu da bir faktdır ki, bəzən insanlar xaricə getdiyimə peşman olur, bəzən səhv müalicələrin qurbanı olublar".
Vüqar Ələkbərov hesab edir ki, Azərbaycan səhiyyəsinin ən ciddi problemi sığorta sisteminin işləməməsidir: "İlk növbədə, sığorta sistemi yaradılmalıdır. Türkiyədə sığorta sisteminə görə heç kəs belə problemlə qarşılaşmır. Sığorta məsələsi həllini taparsa, xeyli irəliləyiş olar. Tibbi sığorta çox vacib amildir".
Tibb Universitetində əlavə kafedraların yaradılmasına ehtiyac olduğunu deyən uzman doktor hesab edir ki, müasir tibblə ayaqlaşmaq üçün bir sıra yeniliyə ehtiyac var: "Məsələn, hansısa rayonda bir nəfər yanıq xəsarəti alır. O adam bizə çatdırılana kimi yanlış diaqnozun, yanlış həkim müdaxiləsinin qurbanı olar. Ona görə kafedralar böyüdülməlidir. Avadanlıqlar daha da gücləndirilməlidir. Azərbaycanda demək olar ki, əksər xəstəxanalar təmir edilir, köhnələr tam müasir şəraitdə yenidən qurulub, bu, çox müsbət haldır. Amma bununla paralel savadlı mütəxəssislərin də sayı artırılmalıdır. 10 il öncə Azərbaycanda heç bir plastik cərrah yox idi. Bu gün isə var və hətta bu əməliyyatlar bir sıra ölkələrdən ucuz və çox keyfiyyətli başa gəlir. Hətta bu gün biz sadəcə estetik deyil, rekonstruktiv, yanıq bərpası, kombinə estetik əməliyyatlar da həyata keçiririk".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Göbələkli qəlyanaltı (foto resept)
Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 318 yeni yoluxma
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Zəngin tərkibli kartoflu kotlet (foto resept)
Yuxuda yaşadığımız hisslər dünyası
Kakaolu türk paxlavası (foto resept)
İncəsənət tarixinin ən yaxşı 10 qar təsviri
Azərbaycan telekanallarında ədəbi dilin istifadəsi ilə bağlı aparılan monitorinqin ilkin nəticələri açıqlandı
Avropada görməli 10 möhtəşəm məkan
Formada qalmağın sirləri
Yeni il üçün qaz əti qızartması (foto resept)
QMİ-dən süni mayalanma ilə bağlı açıqlama
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Məktəblilər 5 günlük TƏTİLƏ çıxdı
Bu gündən Azərbaycanda bu iş yerləri açılır - SİYAHI
Övlad sahibi olmaq istəyən qadınlar hansı ərzaqlara üstünlük verməlidir?
“Eurovision”ın iştirakçısı öldü
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
Rəngarəng çanta modelləri
Özünüzü həkim sandınız: Türkəçarə, yoxsa türkə dərd?
Qızıl bazarında son vəziyyət – QİYMƏTLƏR
2014-ün proqnozu: At ili insanlara nə gətirəcək?
Günün ulduz falı
Acundan "O səs Türkiyə" ilə bağlı açıqlama
Dünyanın ən yaşlı pişiyi ölüb
iPhone və iPad üçün çoxdan gözlənilən yenilik
Bakı məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq
Əl işlərim
Tramp daha iki hind quşunu xilas etdi
Xoşbəxt olmaq üçün ən asan yol
Avstriyada “Qarabağ məktəbi” açılacaq
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb
Zebra keks (foto resept)
Ayın ən yaxşı futbolçusu seçildi
Demet Akalından Pərviz paylaşımı: "İntiqamın alındı"
Mikrodalğada brauni (foto-resept)
İş görüşməsinə gedərkən nə yeməli?
Şamaxıda zəlzələ olub
NASA-dan mühüm açıqlama
Sarımsaqlı-kartoflu zapekanka (foto resept)
İşçi razılığı olmadan başqa işə keçirilə bilər?
Amerikansayağı dərsliklər
Dünyanın ən varlı cütlüyü açıqlanıb-FOTO
Atalara 7 aylıq ödənişli "DEKRET" veriləcək
Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO
Hadisə bütün qadınlara səsləndi
Qızardılmış souslu toyuq əti və pendirli makaron (foto resept)
Azərbaycan İİV daşıyıcılarının son statistikası
Darçınlı bisküvit (foto-resept)
Fahriye Evcen Burak Özçivit üçün darıxır-FOTO















- ŞƏRHLƏR