
Belə mənzərələri daha çox internetdə görmək mümkündür. Çox vaxt “dəhşət” başlığı ilə paylaşırlar, bəzən uşaqların baxmasının qadağan olunması ilə bağlı qeydlər olur yanında. Bütün hallarda əsəbləri zəif olanlar üçün arzuedilməz səhnələr deyil. Amma dünyanın bir çox ölkələrində bu yarışlar var. İstəsək də, istəməsək də...
Heyvanların ölümünə yarışdığı, sonunda al-qan içində qaldığı yarışlar. İt, dəvə, pişik, donuz, göyərçin... Ağlınıza hansı heyvan gəlirsə, onun yarışı. Bir çox ölkələrdə bu tip yarışlara ciddi qadağa qoyulub, onu həyata keçirənləri böyük məbləğdə cərimələr gözləyir. Bəzi ölkələrdə isə qeyri-qanuni də olsa, keçirilir və bundan böyük pullar qazanılır.
Vaxtilə ancaq varlıların əyləncəsi idi, indi dünyanın əyləncəsi oldu...
Heyvan döyüşlərinin (sonu əsasən tələfatla yekunlaşır-müəl.) ilk dəfə hansı ölkədə, necə başlaması barədə dəqiq məlumatlar yoxdur. Amma əksər mənbələr bunun bizim eranın əvvəllərindən başladığını təsdiqləyir. Heyvan döyüşlərinin başlanğıcında öküz döyüşləri dayanır. Vaxtilə öküz döyüşlərinə İspaniyada start verilib. Həmin vaxt bu, ancaq varlı ailələrin əyləncəsi olub. Ailələr tez-tez yığışıb, öz sevimli öküzlərini döyüşdürür, bundan böyük zövq alırdılar. İndi isə öküz döyüşü - bunun ədəbiyyatdakı rəsmi adı korridadır - İspaniyada rəsmi status qazanıb və ona ancaq ispanlar yox, bütün dünya azarkeşlik edir.
İt döyüşləri “Molla Nəsrəddin” jurnalında...
Keçək müsəlman aləmində çox populyar olan it yarışlarına. Xarici internet saytlarından əldə etdiyim bilgilər Türkiyə və Əfqanıstanda da it boğuşdurma yarışlarının tez-tez keçirildiyini deməyə əsas verir. Əfqanıstanda ənənəvi olaraq it döyüşləri təşkil edilir. Ölkədə son dərəcə məşhur olan it döyüşləri üçün xüsusi olaraq yetişdirilən döyüşkən itlər bir-birlərini parçalayır. Bu səhnəni minlərlə əfqan çox maraqla seyr edir.
Azərbaycanda isə it döyüşləri ilə bağlı məlumatları hətta bədii mənbələrdən də əldə etmək mümkündür. Məsələn, “Molla Nəsrəddin” jurnalında azərbaycanlı kişilərin sevimli məşğuliyyəti kimi it yarışlarının adı çəkilir və bunun hətta karikaturası da əks olunur. Azərbaycanda it yarışmalarını qadağan edən hər hansı qanun yoxdur. Amma bu yarışlar Bakı kəndlərində, bir qədər gizlin formada keçirilir. Bu da onun keçirilməsinə gizli qadağa olduğunu göstərir.
Elə ölkələr də var ki, orada heyvanlarla sərt davranışa qadağa qoyan qanunlar qəbul edilib, belə yerlərdə həmin yarışların keçirilməsinə icazə verilmir. Məsələn, Rusiya belə ölkələrdən biridir.
Dəvə döyüşləri indi festivala çevrilib
Heyvan döyüşü deyəndə ağla gələn daha bir döyüş növü də dəvə döyüşləridir. Bu döyüşlərin çox qədim tarixi var. Ərəb ölkələrində xüsusən populyardır. Qonşu Türkiyədə isə hətta dəvə döyüşləri ilə bağlı festivallar keçirilir. Dəvə döyüşlərinin keçirilmə tarixi də spesifikdir. Dəvələrin xüsusən aqressiv olduğu, yəni cütəşmə dönəminə təsadüf edən yarışların vaxtı da dəyişməzdir - qışın sonu, yazın əvvəli. Orta Asiya üzrə dəvə döyüşləri xüsusi idman kimi şöhrət qazanıb.
Dəvə döyüşlərinin festival kimi qeyd olunduğu Türkiyədə qaydalar xeyli sərtdir. Belə ki, döyüşlərdən öncə dəvələrə xüsusi baxış keçirilir, xəstə, şikəst, döyüş üçün yararsız olanlar sıradan çıxarılır. Bundan sonra isə dəvələr festivala uyğun olaraq xüsusi bəzədilir, yarışa səs qatmaları üçün onlara zınqırovlar bağlanır. Hər il Türkiyədə keçirilən bu festivala ölkənin müxtəlif bölgələrindən qatılanlar olur. Amma festivalın dəvə döyüşü qismi çox az davam edir. Cəmi 5-15 dəqiqə. Ondan sonra isə daha çox şölən əhval-ruhiyyəsi hökm sürür.
Vaxtilə bu sayaq yarışlar Türkiyədə xeyli pul yığımına səbəb olurdu. Həmin vəsait isə daha çox festivalın keçirildiyi şəhərin hansısa problemi, tutaq ki, yeni bir tikilinin əsasının qoyulması ilə yekunlaşırdı. Amma hazırda dəvə festivalları gəlir gətirməyən tədbir sayılır.
Xoruz döyüşlərinin adını da heyvan döyüşləri sırasında çəkmək olar. Çünki azərbaycanlıların qədim zamandan sevdiyi heyvan döyüşlərindən biri itlərlə bağlıdırsa, digəri də xoruzlarla bağlıdır.
Təbii ki, bu yerdə bir məqamı xatırlamaq da yerinə düşər: heyvan döyüşləri bir çox ölkələrdə qumar xarakterli oyun kimi qəbul edilir. Qalib gələn itin sahibi ilə yanaşı, onun “başına” pul qoyan şəxslər də sonda böyük miqdarda pul qazanırlar.
Çində donuz döyüşü - hakimiyyət yasaq qoyur, əhali müqavimət göstərir
Bu siyahıda donuz döyüşlərinin də adını çəkmək mümkündür. Donuz döyüşləri Çinin Quyçjou vilayətindəki Leyşan bölgəsində populyar
əyləncə növlərindən biridir. Bu döyüşlərdə arenaya böyük qabanlar buraxılır və onlar bir-birlərini qanlarına qəltan edirlər. Donuzların sahibləri isə onların yanlarında durur, əllərindəki dəyənəklərlə heyvanları vuraraq daha fəal döyüşməyə vadar edirlər.
Çinin hakimiyyət dairələri bu “əyləncə”ni yasaqlamağa çalışsalar da, Çinin cənubundakı Quansi vilayətinin sakinləri bunun ənənə olduğunu deyərək müqavimət göstərirlər.
İslam dini “yox” deyir
Qanunların qadağasından danışdıq. Xatırladaq ki, İslam dinində bu cür yarışlar məqbul sayılmır. Hədislərdən birində deyilir ki, bir pişiyi qapalı yerə salıb aclıqdan, susuzluqdan öldürən biri mütləq cəhənnəmə gedəcək. Dini mənbələrdə sözügedən mövzu ilə bağlı aşağıdakı qeydləri tapdıq: “Hz. Peyğəmbərimiz heyvanları döyüşdürmək məqsədi ilə onları təhrik etməyi də qadağan etmişdir. Bu gün xoruz, dəvə və öküz döyüşləri kimi təşkil olunan yarışlar Rəsulullah tərəfindən qəti şəkildə qadağan edilmişdir. Məhz bu cür yarışlar Allahın yaratdığı məxluqata verilən zülmdən başqa bir şey deyildir”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlham Əliyev: "Səninki səndə, mənimki məndə"
Belə də qadağalar olar?
Xəzər dənizində zəlzələ oldu
Saxta texniki alət hətta partlaya bilər
Hər kəs bu hadisədən danışır-FOTO
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
Ticarət mərkəzinə hücum: 15 ölü
Saxta gün eynəklərini necə ayırd etməli?
Boyunuzu uzatmaq istəyirsiniz?(2)
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qocalmaqdan qorxursuz? Ölümü gözləmək gərək deyil.
HAVA necə olacaq?- 8 MART
24 ildir yalnız sosiska və kartof qızartması yeyir - FOTO
"Mən 10 kvadratmetrlik yerdə 1092 gün yaşadım"
Azərbaycanda buraxılış və qəbul imtahanları ilə bağlı son məlumatlar açıqlanır - CANLI YAYIM
“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olundu!
Bu domen 3,6 milyon dollara satıldı
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır
Zorakılıq, qızlara yoxsa cəmiyyətə?
Coan Roulinqdən xeyirxah addım
Can Yaman əsgərlik FOTOsunu paylaşdı
"Kara Sevda" məhkəməyə verildi - FOTO
Əməliyyatsız 60 kiloqram arıqlayan aktrisanın indiki halı - FOTO
İş görüşməsinə gedərkən nə yeməli?
Məsum və məhkum
Sevgilisi İrem Derici haqqında bunları dedi-FOTO
Prezident:"O müəssisələr tərəddüdsüz bağlanacaq"
Bananlı parfe (foto resept)
Emin Ağalarov “Forbes”ə müsahibə verdi
Noyabr üçün hava proqnozu
Məşhur aktyor canlı yayımda evlənmə təklif etdi-FOTO
Akalın libasını fanatına hədiyyə etdi
Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi
Bu şəxslərə ölkədən çıxış YASAQ EDİLDİ
Dilqəmdən daha bir mərdlik
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Günün qoroskopu: ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin
Dörd uşaqlı ailə batan katerdən möcüzəvi şəkildə xilas oldu - VİDEO
Virtual aləmin reallıqları
"Time" jurnalına görə 2019-cu ilin ən yaxşı 10 filmi
Məktəblilərin yaz tətili günləri açıqlandı
Alimlər koronavirusun “zəif nöqtəsini” tapdılar
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Salma Hayek ailəsindən danışdı-FOTO
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
İllərin məşhurlara təsiri
Gil maskasının saça faydası















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]