Ağsu rayonunda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev rayon ictimaiyyəti qarşısındakı çıxışında dünyada baş verən proseslərdən danışıb. ANS PRESS-in məlumatına görə, dünyada mənəvi böhran yaşandığını deyən ölkə başçısı Avropada baş verən miqrant probleminə də toxunub. Avropada faşizmin yenidən baş qaldırdığını deyən İlham Əliyev bir bəla olan faşizmin müsəlman dünyasında yaranmadığını vurğulayıb. Prezident İlham Əliyev həmçinin bildirib ki, başqa ölkələr qarşısında prinsiplər və dəyərlər tələbi ilə çıxış edənlər özləri bu tələblərə riayət etmirlər. “Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir. Bir il bundan əvvəl bunların heç biri yox idi. Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni ölkələr qoşulur. Avropada böhran yaşanır. Mən artıq demişəm, bu, daha çox mənəvi böhrandır. Qaçqınlara münasibətdə bu ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə sığmır. Özləri prinsiplər, dəyərlər bəyan ediblər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib hər yerdə bəyan edirlər. Onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var?! Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bəla kimi müsəlman aləmində yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yəni, bunu unutdurmaq istəyirlər. İkinci Dünya müharibəsi haqqında Qərbdə qəsdən təhrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümlədən Azərbaycan xalqının iştirak etdiyi o müharibədə sovet ordusunun qəhrəmanlığını aşağılamaq istəyirlər. Televiziyada, internetdə gördüyümüz bu mənzərə yenə də o günləri bizə xatırladır. Yenə də faşizm baş qaldırır? Yenə də insanları təbəqələrə, millətlərə, dinlərə bölürlər? Ona görə islamofobiya çox böyük təhlükədir. Bu, bizim üçün təhlükədir. Çünki biz müsəlmanıq. Onlar üçün də təhlükədir.”Bütün bu baş verənlərin ideoloji qarşıdurma olduğunu deyən prezident İlham Əliyev vaxtında görülən tədbirlərlə Azərbaycanda bu cür təhlükələrin qarşısının alındığını deyib.
“Bu qarşıdurma həm ideoloji qarşıdurmadır, həm təbii resurslar uğrunda gedən mübarizədir, müharibədir və təsir imkanlarını genişləndirmək üçün qarşıdurmadır. Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında gördük. Qoymadıq ki, yad qüvvələr, bizim inkişafımızı istəməyən qüvvələr Azərbaycanda kök salsın. O kökü biz kəsdik. Kəsdiyimiz üçün də bizə qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar. Azərbaycan burada həm iqtisadi, həm siyasi, həm mənəvi cəhətdən bütün dünyaya nümunə göstərir. Axı Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur. Müxtəlif dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar.”Azərbaycanın heç bir təxribata getməyəcəyini bildirən Azərbaycan prezidenti İlham Əliyev heç bir yalanın cavabsız qoyulmayacağını, ölkəmizin dostluq üçün atılacaq addımlara hazır olduğunu qeyd edib.
"Biz bu təxribatlara getmirik. Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə."
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
Şeyma ərə getsə, Acun pul verməyəck - SƏBƏB
Manat nə vaxt ucuzlaşacaq?
Almaniya Dağlıq Qarabağla bağlı 7 bəndli sənəd təklif etdi
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçiriləcək
Faydalı məsləhətlər
Heyvanların qəribəlikləri
Bu ölkədə Facebook bağlandı
Türk zabitlər Azərbaycana gəliblər
Artıq çəki depressiyaya səbəb olur
Azərbaycanda 4 minlik fayton
Hande Erçeldən Gözlənilməz Qərar
Psixologiya ilə bağlı bilməli olduğumuz 7 qaydası
Nazirlik gecikən pulları ödətdirdi
-67 dərəcədə şaxtada 6 saat dayanmadan QAÇDI-FOTO
Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Emin Sabitoğlunun ad günüdür
Hava haqqında
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Dövlət başçıları Minskdə MDB sammitində iştirak etmək üçün Müstəqillik Sarayına gəliblər
"Xocalıya ədalət" kampaniyası Koreyada
Yediyimiz kolbasalar necə hazırlanır? - ARAŞDIRMA
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqını artırdı
Uşaqlar üçün hellouin kostyumları
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
Azərbaycan məktəblərində yenilik
Günün Ramazan təqvimi (2 iyul)
Diqqət! 13-14 yaş çox təhlükəlidir
Ermənistan mülki vətəndaşlara qarşı qadağan edilmiş silahlar tətbiq etməyə başladı
Köpüklü cupcake (foto resept)
Boksçumuz sensasiya edərək finala çıxdı, Məcidov tanış rəqibə qarşı
Dünya şöhrətli müğənni öldü
Məşhur müğənni boşana bilmədi-SƏBƏB
Bu itlər xərçəng xəstələrini müəyyən edir
Sara Cessika Parker bu dəfə də təəccübləndirdi-FOTO
Müdafiə Nazirliyində kadr dəyişikliyi
Bu adaya gələnlər yoxa çıxır
Həftəsonu yağış var
Nəyə sıx bağlısınız?
Özünü üçüncü mərtəbədən atan uşağı havada tutdu - FOTO/VİDEO
Azərbaycan idman sarayı açdı
Avropa Parlamentinin nümayəndələri İrana səfər ediblər
Vanqanın proqnozu: dünyadakı bütün canlılar məhv olacaq
İnstaqram yenilik etdi
Keçibuynuzunun faydaları
Həftənin ilk iş günü hava necə olacaq?
Daha bir ayrılıq nişanəsi-FOTO
Kendal Jennerin gözəllik sirləri
Dünyanın ən qorxulu yerləri














