“Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır” Azərbaycanda havanı çirkləndirən amillər bir daha təftiş edilməli, “Avro-3” standartına keçid sürətləndirilməlidir. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib. Prezident bildirib ki, havanı çirkləndirən əsas amillərdən olan neftayırma zavodunun yerinə yenisinin tikintisi nəzərdə tutulub, lakin bu zavod tikilənə qədər mövcud müəssisələrdə ekoloji tədbirlər görülməlidir. Havanı çirkləndirən əsas amillərdən birinin də minik maşınları olduğunu deyən ölkə başçısı Azərbaycana ötən il yüz mindən çox avtomobil idxal edildiyini vurğulayıb. Prezident ekoloji standartlara cavab verməyən, texniki şərtlərə uyğun olmayan maşınların idxalının dayandırıldığını xatırladıb: “Hesab edirəm ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və Nazirlər Kabineti bütövlükdə bu məsələyə bir də baxmalıdır. Ekologiyanı çirkləndirən maşınlar Azərbaycana buraxılmamalıdır. Sıradan çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir və mənə konkret təkliflər verilməlidir ki, biz bu məsələni birdəfəlik həll edək”. Prezident havanı çirkləndirən müəssisələrdə ciddi yoxlamalar aparılmalı olduğunu da deyib: “İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar belə müəssisələrin siyahısını mənə təqdim etsinlər və orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər, - istər dövlət, istər özəl qurumlar - lazım olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən müəssisələr lazım deyil. Deyə bilərəm ki, cərimələr burada işləmir. Çünki cərimələrin tutulması prosesi çox mürəkkəbdir. Bir də ki, indi cərimələrin məbləği də o qədər böyük deyil ki, bu cərimələrə görə kimsə öz fəaliyyətini dayandırsın. Ona görə, ya təmizləyici qurğular quraşdırılmalıdır, ya müəssisə bağlanmalıdır. Heç bir tərəddüdsüz. Hesab edirəm ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına böyük təsir göstərəcək. Biz milyonlarla ağac əkirik, ictimai zonalar yaradırıq, içməli su-kanalizasiya xətləri çəkirik. Ancaq havanı çirkləndirən müəssisələr bizim bütün bu işlərimizin üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir. Bu, hər bir Azərbaycan vətəndaşının sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir”. Prezident Böyükşor gölünün təmizlənməsi layihəsinə də bu il başlanılacağını bildirib. Dövlət başçısının sözlərinə görə, gələn il layihənin birinci mərhələsi başa çatmalıdır. Prezident qeyd edib ki, bu gölə axıdılan çirkab, lay, neftlə çirklənmiş sular Bakının ekoloji vəziyyətini pisləşdirir. Ölkə başçısı bu cür göllərin təmizlənməsi və ya qurudulması ilə bağlı kompleks tədbirlər planı olmasının və xüsusi proqram qəbul edilməsinin vacibliyini də vurğulayıb.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Dünya haqqında çox bilinməyən faktlar
Texnologiyadan necə istifadə etməliyik?
Bu şəbəkəyə də qoşulduq
Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb
Günün ulduz falı - 06.04.2014
Evliliyim üçün nələr etdim?
Cəbhədə qızğın atışma
Nifrətdən sevgiyə keçid
Hava haqqında - 04.10.2013
Türkiyə klubunu məğlub etdik
Hülya Avşar keçmiş əri ilə boks oynadı - VİDEO
Hindli xanımların gözəl geyimləri
Azərbaycanda koronavirusa yoluxma ocaqları açıqlandı - RƏSMİ
Rus ordusu Ukraynaya girdi
"Kalaşnikov"dan imtina edilir
Antibakterial sabunların hansı mənfi təsirləri var?
Bəzi ərzaq məhsullarının qiyməti artıb
Dəriniz yaz meyvələri ilə yenilənsin
Səhər oyana bilməyənlər üçün günlük kombinlər
Hərbçilərimiz Əfqanıstana yola salındı
İmtahanın ən yüksək nəticələri açıqlandı
Azərbaycanda təhlükəli viruslarla bağlı vəziyyət açıqlandı
Ziyafət üçün şlyapa hazırlayaq
Saçlarınızı alma sirkəsi ilə uzadın
Döyüş təyyarələrimiz səmaya qaldırıldı.
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Prezident seçkiləri ilə bağlı qeyri-iş günlərinin sayı açıqlandı
Ürək peçenyesi (foto resept)
Yayda rekord qeydə alınacaq
Bu il ən çox evlənən qazaxlılar və gəncəlilər olub
Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Günün qoroskopu: ünsiyyət üçün xoş gündür
Çantalar
Kişinin qaraciyərindən kəsici alət çıxartdılar
Angelina Jolienin 10 "Qırmızı Xalça" tərzi
Buraxılış və qəbul imtahanları: Bu il abituriyentlər üçün çətin olacaq
Sulutəpə susuz qaldı
31 yanvara HAZIR OLUN! - 152 il sonra TƏKRARLANACAQ
Sezonun ən aktual klaç modelləri
Məşhur modelin ölüm səbəbi açıqlandı
Rusiyada qrip kabusu: 1000-dən çox məktəb bağlandı
Ezgi Mola 10 kq arıqladı-FOTO
Sabaha olan hava açıqlandı
Azərbaycanın tanınmış professoru vəfat etdi
Tağı Əhmədov işdən çıxarıldı
Bu gün səni istədim
COVID-19-dan sağalanların immun sistemi zədələnir
Günün qoroskopu: Pozitiv gündür!
Şeyma Subaşı bu dəfə İtaliyada-FOTO
- ŞƏRHLƏR