Qoç - Maliyyə məsələlərinin həlli və büdcə planlaması üçün uyğun gündür. İşgüzar intuisiyanız çox güclüdür. Bir baxışdan hansı layihənin perspektivli, hansının uğursuz olduğunu dəqiq təyin edirsiniz. Rəyinizi hətta çox təcrübəli insanlar da dinləyirlər. Peşəkar mövqelərinizin möhkəmləndirilməsi üçün münasib gündür.
Dünyagörüşünüzü genişləndirin. Yeni məlumatlar öyrənməyə çalışın. Bir çox Qoçlar ətrafdakılarla ünsiyyətlərinə başqa rakursdan baxmağa çalışacaq və gələcək barədə planlarına dəyişikliklər edəcəklər.
Buğa - Risk etməyə, taleyinizi sınağa çəkməyə meyllisiniz. Xoşbəxtlikdən, bunun nəticələri pis olmayacaq, gözlədiyinizdən daha çox bəxtiniz gətirir. Maliyyə işlərində uğurlar mümkündür, sərfəli sövdələr bağlaya bilərsiniz. Gözləmədiyiniz mənbədən pul daxil ola bilər.
Əməyinizin dərhal mükafatlandırılacağını gözləməyin: hazırda gələcək uğurlarınızın bünövrəsini qoyursunuz. Yeni ortaqlarınızla əməkdaşlığınız məhsuldar olacaq. Bu gün başlanan romantik tanışlıq uzun sürməsə də, həyatınızı dəyişdirəcək.
Əkizlər - Çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz. Hansısa yeni bir işə başlamazdan əvvəl onu yaxşıca götür-qoy edin. Emosiyaların təsiri altında hərəkət edir, bununla vurnuxma, gərəksiz qayğılar yaradırsınız. Daha təcrübəli insanların məsləhətlərini dinləyin.
Maliyyə və əmlak məsələlərilə bağlı vacib qərarlar vermək məsləhət deyil. Ailə problemləri çox diqqət tələb edəcək. Təsadüfi tanışlıq sizdə güclü hisslər oyadacaq. Amma bunun əsl münasibətlərə çevrilməsi şübhə doğurur.
Xərçəng - Hissiyyatlı adamların həyatı sürətlə dəyişir, əvvəlki şübhələr və məyusluqlardan əsər-əlamət qalmır. Zəhmət çəkin - bəhrəsini görün!
İmkanlar inanılmazdır, sadəcə, öz gücünüzə inanmağınız yetər. Uzunmüddətli planları dəqiqləşdirmək lazım gəlir. Bu, ümumilikdə faydalıdır. Maliyyə və əmlak məsələlərinin uğurlu həlli mümkündür.
Şir - Uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq, ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür - bu, həm kefinizi qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır.
Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.
Qız - Bu günün hadisələri çoxdan qarşınıza qoyduğunuz məqsədlərə doğru bir pilləkən olacaq. Ancaq ona bu qədər yaxın olmağınız sizi o qədər də sevindirmir: son dövr ərzində prioritetləriniz dəyişib və indi sizə tamamilə başqa şeylər lazımdır. Dayanmayın: doğrudan da ehtiyacınız olan bir şeyi əldə etmək üçün gözəl şansınız var.
Tikintiyə başlamaq, yaxud daşınmaz əmlak almaq, kirayə etmək olar. Yaxınlarınız ev işlərində sizə kömək edir, hətta bəzən şəxsi həyatınıza da müdaxilə edirlər. Münaqişə yaranmasını istəmirsinizsə, bunlara yumorla yanaşın.
Tərəzi - Mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.
Əqrəb - Bu gün inanılmaz addımlar atmağa qadirsiniz. Nə stereotiplər, nə adət-ənənələr, nə də ətrafınızdakıların xahiş-minnəti sizi fikirləşdiyinizi etməkdən döndərəcək. Həyatınız kökündən dəyişəcək, bu sizi sevindirəcək. Bu gün işiniz çox olacaq. Mükafatı tezliklə alacağınızı gözləməyin.
Dövlət orqanlarının əməkdaşları ilə ünsiyyət üçün münasib gündür. Şəxsi biznesinizi açmaq barədə məsələləri yoluna qoya biləcəksiniz. İstənilən görüş yaxşı keçəcək.
Oxatan - Vergi, sığorta, kreditlə məşğul olan idarələrin işçilərinin bəxti bu gün yaman gətirəcək. Mürəkkəb hesablamalar aparmaq, biznes-plan hazırlamaq olar.
Yaranan imkandan istifadə edərək sizin üçün dəyərli olan adamlarla münasibətlərinizi düzəldin. İndi həm çoxdankı fikir ayrılıqlarını bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz. İri alış-veriş etmək məsləhət deyil.
Oğlaq - Ünsiyyət üçün xoş gündür. Başqalarının istəklərinə qarşı diqqətlisiniz, onların arzularını və ehtiyaclarını nəzərə alırsınız. Nüfuzlu bir şəxsdə özünüz haqda xoş təəssürat yarada biləcəksiniz. Yaxşı ideyalarınız varsa, onları həyata keçirmək üçün köməkçiləriniz də var.
Yaradıcı potensialınız yüksəkdir. İstənilən şəraitdən çıxış yolu tapa biləcəksiniz. Bu günə romantik görüş təyin edə bilərsiniz: gözəl və unudulmaz olması sizin əlinizdədir. Gözlənilməz təkliflər ala bilərsiniz, bunları qəbul etdiyinizə peşman olmayacaqsınız.
Dolça - Strateji məsələlərin həlli və uzunmüddətli planlaşdırma üçün münasib gündür. İntellektual potensialınız çox yüksəkdir, istənilən mürəkkəb situasiyadan çıxış yolu tapmağa qadirsiniz. Ətrafınızdakılar sizinlə zarafat edir, bəzən hətta məsxərəyə keçirlər. Amma bu, sizin əhvalınızı pozmur. Axşamadək kefiniz yaxşı olacaq.
Səfərlər yaxşı keçir, yollarda maraqlı tanışlıqlar qura bilərsiniz. Aktiv istirahət, idman, uzunmüddətli gəzintilər üçün yaxşı gündür. Axşam gözlənilməz bir görüş həyatınıza güclü təsir edəcək.
Balıqlar - Parlaq, maraqlı gündür. Maraq doğuran təkcə baş verən hadisələr deyil, sizin onlara münasibətinizdir. Sabit emosional fon gün ərzində gözəl əhvalı qoruyub saxlamağınıza kömək edəcək. İntuisiyanız isə kiminlə iş görüb, kimdən kənar gəzməyi sizə düzgün diktə edəcək.
Kommersiya fəaliyyəti üçün münasib gündür: bağlanılan sövdələr uğurlu olacaq. Əyləncəli tədbirlərə qatılmaq məsləhətdir. Əgər kinoya gedəcəksinizsə, ciddi dram əvəzinə komediyaya üstünlük verin.
XƏBƏR LENTİ
Ən effektli və sağlam pəhriz
İnsanları fərqli üsulla tapacaqlar
Körpələr üçün isti jaketlər
“WhatsApp”dan daha bir yenilik
Rekord qiymətə maşın satıldı
Xanımların NƏZƏRİNƏ: bu həbdən gündə birini içsəniz, HAMİLƏ QALMA ŞANSINIZ ARTACAQ
İki məşhur Sevgili Oldu!-FOTO
Bakı Rusiyadan ad istəyir
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verildi
Azərbaycan dili - XIII Dərs
Papaq ataq, yoxsa qurşaq sallayaq?
Teylor Svift "kişi" oldu - VİDEO
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
İki dünyanı əks etdirən şəkillər
57 yaşlı müğənninin gənc blogerə yazdığı mesajlar yayımlandı
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
I-IV qrupların abituriyentləri üçün qəbul imtahanı keçiriləcək
Uşaqlardan öyrənə biləcəyimiz 9 dərs
Ancelina və Bred rəsmən boşandı
Duzdan istifadəni azaltmağın sağlamlığa müsbət təsiri
İlk rəqsiniz mükəmməl olsun
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Süd keyfi
Avroliqada üçüncü təsnifat mərhələsi başa çatır
Yuxuya rahat getməyinizə kömək edəcək 4 ərzaq
Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
Bayden zənginlər üçün vergiləri artıracağını elan etdi
Qadın vücudunun mübhəmləri.
TƏBİB rəsmisindən koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ
Erməni əsgərlərin cəbhədəki səs yazısı yayıldı
Gözəl sözlər
"Buffon üçün ürəyimin yarısını da verərəm"
Rahat yuxu üçün idman hərəkətləri
Zaqatalamızın sərvətləri
Ananaslı-kəsmikli gül piroqu (foto-resept)
Tibbi maskadan düzgün istifadənin yolları açıqlandı
Məryəm Üzerlinin son halı təəccübləndirir-FOTO
Şabalıdlı keks (foto resept)
TQDK vaxtı uzatdı
Saakaşvili prezident seçkilərində "Gürcü arzusu" namizədinin qələbəsini tanıdı
Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş etdi
Ayaqları uzun göstərən geyim hiylələri
Səni sevirəm deməyin 7 fərqli yolu
Hindistana səyahət
İstirahət gününün HAVAsı
Yanvarın 22-si iş günü olacaqmı?
Bürcünüzə görə cəlbedici xüsusiyyətiniz
General Motors qadına tapşırıldı