İnternet və televiziya texnologiyası yaşadığımız dövrün ən gözəl nailiyyətlərindəndir. Əgər bunlar olmasaydı, insanlar üçün hər şey necə də çətin olardı. Həqiqətən də, onların varlığı həyatımızda çox böyük bir rahatlıqdır. İstədiyimiz vaxt dünyanın istənilən yerindəki hər hadisəni, yeniliyi ən qərəzsiz, dəqiq şəkildə öyrənir və də görüntülərinə nail ola bilirik. Evimizdən çölə belə çıxmadan dünyanın dörd bir guşəsini, sanki oradaymış kimi seyr edə, dünyanın bütün gözəlliklərindən, sosial fəaliyyətlərindən faydalana bilirik. Getmədiyimiz yerləri, görmədiyimiz insanları, bilmədiyimiz mədəniyyətləri tanıya bilmək imkanı tapırıq. Sadəcə öz ağlımız, məlumatımız və mədəniyyətimizin hüdudları çərçivəsində yaşamaq məcburiyyətində qalmır, bizdən kənarda minlərlə fərqli mədəniyyətdən, minlərlə fərqli elmə sahib olan minlərlə fərqli ağlın gücündən istifadə edə bilirik. Sadəcə öz xəyal gücümüzü deyil, milyardlarla insanın xəyal gücünü, təxəyyül məhsulunu istifadə edirik. Sadəcə öz zövq anlayışımızla kifayətlənmir, dekorasiyadan geyimə, saç modellərindən yemək çeşidlərinə qədər dünyanın ən tanınmış dizaynerlərinin, mütəxəssislərinin zövqlərindən yararlanırıq. Bütün bunlar həyatımıza böyük rəng və gözəllik qatır. Buna görə internet və televiziya bu yüzilliyin “qeyri-adi möcüzə”lərindən biridir. Lakin hər insanın əlindəki bir imkanı, bir fürsəti və ya bir neməti istifadə etmə şəkli tamamilə fərqlidir. Bəziləri internet və televizoru sadəcə əyləncə olaraq görür, bunlardan “məqsədsizcə başını qatmağın” bir yolu olaraq istifadə edir. Həyata baxışlarındakı boşluğu televizor, internet kimi vasitələrin təqdim etdiyi təfsilatlarla doldurmağa çalışırlar. Yemək, yatmaq, pul qazanmaq kimi sadəcə fiziki mənada “yaşaya bilməyi” özünə məqsəd edən və həyatda daha böyük idealların ardınca getməyən insanlara görə internet və televiziya vaxt öldürməyin çox yaxşı bir üsuludur.
Bəziləri isə internet və televiziyanı sözün əsl mənasında həyat məqsədinə çevirmişdir. Səhər evindən çıxan belə bir insanın bütün təlaşı tez bir zamanda işlərini qurtarıb müəyyən saatlardan başlayan bir serial, yarışma, ya izlədiyi başqa proqrama özünü çatdırmaqdan ibarətdir. Gün ərzində ən böyük hədəfi budur. Daha böyük bir idealı, daha yaxşı bir nəticə ala bilmək üçün cəhd etdiyi bir məqsədi yoxdur. İnternet və televiziya onun üçün bir nemət deyil, tam əksinə o internet və televiziyanın əsiri olmuş vəziyyətdədir. Bu hala gəlmiş insanlar arasında çox müxtəlif kütlələr var: bəziləri sadəcə televizor kanallarındakı serialların izləyicisidir. Hər kanalda hər gün təqdim olunan tək bir seriala baxsa və ən azı on televizor kanalındakı serialları izləsə, gününün nə qədər böyük bir hissəsinin bu xəyali ssenarilərlə başını qatmaqla keçirdiyini anlaya bilirik. Bu şəxslər hətta gecə yatacaqları saatdan etibarən hər işlərini – səhər yuxudan oyanacaqları, evdən çıxacaqları, uşaqlarına, ailələrinə ayıracaqları vaxtlarını belə seriallara görə nizamlayırlar. Seriala baxmaqla da kifayətlənmir, serialdan sonrakı vaxtlarında da yoldaşları ilə bir yerə gələrək və ya telefon vasitəsilə baxdıqları son bölüm haqqında saatlarca danışa bilirlər. Maqazin proqramlarında bu seriallar və ya aktyorlar haqqında hazırlanan xəbərləri, tənqid və açıqlamaları izləmək də onlara ayrı zövq verir. Digər bir kütlə isə hamımızın bildiyi kimi həyatlarını Facebook, Twitter kimi sosial paylaşım şəbəkələrində keçirir.
Ən çox istifadə olunan Facebook və Twitter olsa da, əslində bunlar kimi daha bir çox sosial şəbəkə mövcuddur. Şübhəsiz ki, əgər bir məqsəd istiqamətində, gözəl əxlaqla, ağılla, vicdanla istifadə olunsa, Facebook da, Twitter də, digər saytlar da çox böyük nemət olar. Bir anda minlərlə insanla birdən əlaqə saxlaya bilməyin gözəl bir yoludur internet. Amma bir çox insan açdığı saxta profillərlə facebook və twitter səhifələrini sadəcə başını qatmaq, vaxt keçirmək, hətta insanları narahat etmək üçün istifadə edir. Əsl ad və soyadlarının gizlənməsini, qeyri-hüquqi, qeyri-əxlaqi, qeyri-insani hərəkətlər edə bilmək üçün bir fürsət olaraq görürlər. Ya da mübahisəçi, dalaşqan və aqressiv tərəflərini çölə vurmaq imkanı kimi qiymətləndirirlər. Demək olar ki, bir mövzuda fikir ixtilafı yaradaraq ətrafa narahatçılıq verirlər. 7 yaşından 70 yaşına qədər böyük bir kütlə də vaxtını internetdəki dost tapma saytlarında keçirir. Bəli, belə bir kütlə var.. və bu kütlə arasında hər yaşdan, hər mədəniyyətdən və hər xarakterdə insan var. Digər saydıqlarımız kimi həyatda böyük bir məqsədləri yoxdur. Buna görə ibtidai və bəsit bir mədəniyyət çərçivəsində vaxt keçirməyin bir yolu olaraq dost tapma saytlarının demək olar ki, hər birini gəzirlər. Açdıqları saxta profillərlə özlərini olmadıqları xüsusiyyətləri olan insanlar kimi tanıdıb, bəsit və ibtidai bir mədəniyət içərisində vaxt keçirirlər.
Əlbəttə ki, film izləmək və ya internetin fərqli imkanlarından faydalanmaq insanın özünü inkişaf etdirməsində, dünyagörüşünü artırmasında, düşüncə üfüqlərini genişləndirməsində çox faydalı ola bilər. Hətta insan bəzən sırf fikirlərini dağıtmaq, istirahət etmək və ya sırf əylənmək üçün istədiyi filmə, seriala baxa bilər. İnternetdə hər mövzuda müxtəlif səhifələri araşdıra bilər.
Mənim tənqid etdiyim texnologiya və ya bundan düzgün istifadə edən insanlar deyil, TV və internet istifadəçilərinin həyata baxışlarındakı boşluq, məqsədsizlik və səthilikdir. İnternetdə istifadə olunan imkanları deyil, bunun istifadəçilərinin necə bəsit mədəniyyət çərçivəsindən kənara çıxmadıqlarını qınayıram, bir də bu insanların vaxtlarını keçirmək istəyəcəkləri, zövq alacaqları daha böyük bir amallarının olmamasını, bütün bunları ağıllı və şüurlu bir şəkildə istifadə etmək imkanı var ikən, bu vasitələrin onları yönləndirən, həyatlarına istiqamət verən, ağıllarını onlardan alan bir xəstəliyə çevrilməsini qınayıram. İnsanın qısa və çox sürətlə keçən ömründə tək bir dəqiqə belə çox qiymətli ikən, bu insanların 24 saatın böyük hissəsini xəyal məhsulu olan ssenariləri izləməyə, onlar üçün həəcanlanmağa, kədərlənməyə, sevinməyə ayırıb, bunlarla necə ömürlərini tükətdiklərini qınayıram. İnternet və televiziyanı məqsədsizcə istifadə edən bütün bu insanların ortaq nöqtəsi adətən onların bir əsirinə çevrilmələridir. Televizor və ya internetə baxarkən ağılları demək olar ki, tamamilə qapanmışcasına, yaşadıqları dünya ilə ətraflarındakı insanlarla bütün insani əlaqələrinin kəsilməsidir. Üzlərində dolu, dərin bir insanın üz ifadəsindənsə, bomboş, mənasız, robortsayağı bir ifadənin yer almasıdır. Bu insanlar sadəcə beş on dəqiqə durub düşünsələr, film izləməyə, internetdə bomboş səhifələrdə gəzməyə ayırdıqları vaxtlarda nələr edə biləcəklərini, bu vaxtlar içərisində maddi-mənəvi nə qədər çox şey qazana biləcəklərini bir anlasalar, həyata yeni bir perspektivlə, bambaşqa bir baxımdan baxa bilərlər bəlkə də.
20 yaşında olub istədiyi hər şeyi edə biləcək güc və sağlıqda ikən günlərini ekran önündə sovuran bir insan 70 yaşına çatıb, sağlığını, gücünü, enerjisini itirəndə o əvvəlki imkanlarına bir daha sahib ola bilməyi çox istəyəcək. 70 yaşında ikən “İndiki ağlım, cavanlıqdakı gücüm, sağlığım, vaxtım olsaydı, səhərdən axşama qədər seriala baxmaq əvəzinə, nələr edərdim” deyəcəkdir. "O zamankı səhhətim, qüvvətim indi yenə olsaydı, vaxtını sevməyə, sevilməyə, sevincə, əylənməyə, yaxşılıqlar etməyə, gözəlliklər yaratmağa, özümə, sevdiklərimə maddi-mənəvi gözəlliklər qazandırmağa ayırardım" - deyəcəkdir. Ağıllı insanlar yuxu, istirahət etmək kimi zəruri ehtiyaclarını belə ağıllı bir məntiqlə ən aza endirərək Allahın verdiyi bu qısa həyata mümkün qədər çox şey sığdırmağa çalışır. Ağlını, vicdanını, əxlaqını, gücünü, enerjisini ola biləcək ən yaxşı şəkildə istifadə edərək, ən doğru, ən gözəl, ən yaxşı şeyləri etməyə cəhd edirlər. Bu səbəbdən də bir tərəfdən dünyada özünə təqdim edilən bütün imkanları, televiziyanı, interneti ən yaxşı şəkildə istifadə edərkən, bir tərəfdən də yaşadığı hər saniyə dünya və axirət üçün bir gözəllik qazanmağa çalışır. Uca Allah Quranda da müsəlmanın vaxtını istifadə edərkən bu vicdan və şüur açıqlığını təsvir edir: “İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut!” (“İnşirah” surəsi, 7-8)
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR