
Ancaq maraqlısı budur ki, siyahıda Rusiyanın adı yoxdur. Hansı ki, bu gün ölkəmizdə Rusiya istehsalı olan maşınların sayı çoxluq təşkil edir. Ekspertlərin fikrincə, bu qərar xüsusi ilə Rusiya istehsalı olan maşınların sayını azaldacaq.
Milli.Az mövqe.az-a istinadən xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Rusiya maşınlarının idxalına hesablanan digər bir qərar 2013-cü ilin may ayında qəbul edilib: "Nazirlər Kabinetinin həmin qərarına əsasən, Azərbaycana "ABS” əylənc sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin idxalı qadağandır. Ancaq Rusiyada istehsal olunan və Azərbaycana gətirilən avtomobillərin demək olar ki, böyük əksəriyyəti bu standartlara cavab vermirdi. O baxımdan, 2013-cü ildən başlayaraq Rusiya avtomobillərinin ölkəyə idxalında ciddi azalma baş verdi. Eyni zamanda, "Avro-4” standartlarına keçid ölkəyə gətirilən avtomobilin strakturunu dəyişəcək. Bu standarta keçiddən sonra Rusiya avtomobillərinin ölkəyə gətirilməsində azalmaların olacağı proqnozlaşdırılır. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarında xüsusi olaraq Rusiyada istehsal olunan avtomobillər qeyd olunmur. Bu da onunla bağlıdır ki, Rusiyada istehsal olunan avtomobillərin böyük bir qismi "Avro-4” standartlarına cavab vermir. Hətta, 2012-ci ildə istehsal olunan Rusiya avtomobilləri "Avro-4” standartına uyğun gəlmədiyi üçün onlar üçün konkret il müəyyənləşdirmək mümkün deyil. Ona görə də qərar ən çox rus avtomobillərinin idxalının azalmasına səbəb olacaq. 2014-cü ildə Rusiyadan Azərbaycana gətirilən avtomobillərin payının 50% azalacağını proqnozlaşdırırıq”.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, "Avro-4” standartı Azərbaycana yeni gətirilən və burada istehsal olunacaq avtomobillərə tətbiq olunacaq: "Avro-4” standartının hazırda daxildə istismarda olan avtomobillərə aidiyyatı yoxdur. Həmin avtomobillər sadəcə texniki baxışdan keçirlər”.
Ekspertin sözlərinə görə, hazırda Rusiyadan Azərbaycana "Lada” avtomobillərinin bəzi modelləri gətirilir: "Həmin avtomobillər "Avro-4” standartına uyğundur. Çünki Rusiyada da bu ilin yanvar ayından "Avro-4” standartı tətbiq olunub. Əslində, illər üzrə verilən təsnifat şərtidir. Xaricdən istənilən avtomobili gətirmək olar. Əgər Almaniya maşını 2010-ci ilin belə olsa, ancaq Dövlət Gömrük Komitəsinin lobaratoriyasından keçəndə "Avro-4” standartına cavab verməyəcəksə, buraxılmayacaq. Rusiyanın özündə "Avro-4” tətbiq edirlər. Ona görə də Rusiya istehsalı olan maşın "Avro-4” standartına cavab verəcəksə, ölkəmizə daxil ediləcək. VAZ-2106 və VAZ-2107 modellərinin Azərbaycana gətirilməsi isə 2013-ci ilin may ayından qadağandır. O vaxt qərar qəbul edildi ki, "ABS” əylənc sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin daxil olması qadağandır. İndiki siyahıda da Rusiyanın adı yoxdur. Ancaq bir çox başqa dövlətlərin də adı yoxdur. O demək deyil ki, başqa dövlətlərin maşın buraxılmayacaq. Hansı maşın ilindən asılı olmayaraq "Avro-4” standartına cavab verəcəksə, ölkəyə buraxılacaq. Siyahıda göstərilənlər sadəcə tövsiyədir. Bilirik ki, Rusiyanın maşınları çox dövlətlərə satılmır. Bir alıcısı da biz idik. Ancaq qanunvercilikdə edilən dəyişiklikdən sonra bizə də idxalı azaldığından Rusiya çalışacaq ki, maşın istehsal sahəsini inkişaf etdirsin”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1
Soyaya tələbat niyə artır?
Valideynlərin uşaqlarda itirdikləri güvən problemi
Dəri ləkələrini necə aradan qaldırmaq olar?
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Dondurulmuş çiyələkli limonad (foto-resept)
Liam Nison müsahibəsinə görə təhqir olundu-FOTO
Cəbhədə partlayış, 3 yaralı
Ərdoğan bütün sirləri açdı
Tikintiyə icazə ilə bağlı qərar
Sızanaqlara təbii yolla yox deyək
2020 Yaz/Yay Ayaqqabı Trendləri
Yazıçı valideynlərə müraciət etdi!
Rusiya gözəlini seçdi
BÜRCLƏR bizə nə vəd edir?-17 Sentyabr
Saç kəpəyinin yaranma səbəbi(1)
Daimi ordusu olmayan ölkələr
Dik dur, əyilmə!
Kredit faizləri niyə düşmür?
Dünyanın ən bahalı futbolçuları: 100 milyon nədir ki...
Hava cənub bölgəsinə qənim kəsildi
Bu gün Bakının iki rayonu qazsız qalacaq
Azərbaycanda xüsusi sürücülük vəsiqəsi veriləcək
"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."
Sən kimsən? (Test)
Hadisənin arıqlamadığı məlum olub - FOTO
Məşhur rəsmlər günümüzdə
Albalı-qovurma plov (foto resept)
Məşhur cütlük AYRILDI-SƏBƏB
850 minə yaxta aldı - FOTO
Temperatur yüksəlir
Hadisədən Ozan Güvən qalmaqalına sərt reaksiya
İsti çay ömrü uzadır
Günəş və Ay tutulacaq
İslamı qəbul edən "Karolin" əkizlərini üzə çıxardı
Heyvanlar aləmindən(2)
Çavuşoğlu Azərbaycanın yeni XİN başçısını təbrik etdi
Ətli paxla (foto-resept)
İrəvanda qaramıza danışıldı
Qozlu bükmə (foto resept)
Məktəblilərin vahid geyim formaları olacaq
Koronavirusa qalib gələn ilk ölkə məlum oldu
Gəlinlər üçün ayaqqabılar
Naxışlı cins pençəklər
Sonsuz ailələrə şad xəbər
Sarkisyanın savaş qorxusu
Öz portretini dəfələrlə çəkən rəssam
Dekorasiyada hörgülü aksessuarlar
Türkiyədə zəlzələ dağıntı var
Türkiyə hökumətində istefa















- ŞƏRHLƏR