“Hətta ən adi bolt belə xaricdən alınır”.
Azərbaycanda istehsal edilən avtomobillərin keyfiyyətində problem ola bilməz.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ölkədə istehsal edilən avtomobillərlə bağlı sualları cavablandıran nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirdi:
“Avtomobillər Naxçıvan Avtomobil Zavodunda, traktorlar isə Gəncə Avtomobil Zavodunda istehsal olunur. Amma bu, o demək deyil ki, bütün hissələr ölkəmizdə istehsal olunur. Hətta ən adi bolt belə xaricdən alınır.
Avtomobillərin əsas ekoloji standartı mühərriklə bağlıdır və mən bildiyim qədər mühərriklər də Çindən gəlir. Digər detallar isə başqa xarici ölkələrdən gətirilir. Ona görə də hesab edirəm ki, Azərbaycanda istehsal edilən avtomobillərin keyfiyyətində problem ola bilməz.
Çin 2011-ci ildən bu yana bütün avtomobillərini və ehtiyat hissələrini Avro-4 standartına uyğun istehsal edir. Bu yaxınlarda da Naxçıvan zavodu onların istehsal etdiyi avtomobillərin hətta Avro-5 standartlarına uyğun olduğunu qeyd etmişdi”.
Ekspert ölkəmizdə istehsal olunan avtomobillərdə ABS təhlükəsizlik sistemi (Anti-lock Braking System) və təhlükəsizlik yastıqlarının olub-olmaması ilə bağlı fikirlərə də aydınlıq gətirdi:
“Avropa istehsalı olan avtomobillərdən fərqli olaraq Çin, Hindistan kimi ölkələrdə istehsal edilən avtomobillər sadəliyi ilə seçilir. Bu isə onun ucuz olması ilə nəticələnir. Digər məsələ isə işçi qüvvəsi ilə əlaqədardır. İşçi qüvvəsi də bu ölkələrdə ucuzdur. Ö
lkədə bu avtomobillərə tələbatın artmasının səbəblərindən biri Azərbaycan hökumətinin əlillərə verdiyi avtomobillərin də həmin markadan olması ilə bağlıdır. Bu, “NAZ Lifan” avtomobilləridir. Maşınlarda ABS təhlükəsizlik sistemlərinin olmasına gəlincə isə, bu sistem avtomobillərdə mövcuddur. Bunu şəxsən özüm görmüşəm. Ölkəyə gətirilən bütün avtomobillərdə bu sistem var. Hətta Rusiya istehsalı olan nəqliyyat vasitələrində də bu sistem mövcuddur”.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 326 ədəd minik avtomobili istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur.
Cari ilin I rübündə ölkədə 101 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu ilin üç ayında Azərbaycanda 299 ədəd traktor istehsal edilib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur. Bu müddət ərzində ölkədə kotan istehsalı 15,7% azalaraq, 376 ədəd olub.
Ümumilikdə Azərbaycanda 1,3 milyona yaxın avtomobil var.
Mənbə:oxu.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Portağallı piroq (foto resept)
Azərbaycanda dərslər sentyabrın 1-də başlayacaq?
Keçmişin 3 milyarderi
Hamilə qadınlar üçün donlar
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
İnsana toxluq hissi verən yeməklər
Super matç, super qələbə, Superboul
Bronxial astma
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Dünyanın ən qəribə, bahalı, maraqlı universitetləri
Ürək qüsuru olan uşaqların əməliyyatı dövlət hesabına aparılacaq
Bakıda istiliyin verilməsi problemi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Şuşasız 24 il...
Hava isinir - 18 dərəcə
Məhkum öz istəyi ilə 24 saat açıq havada gəzə biləcək
Bakıda mənzillərin qiyməti ucuzlaşıb
İlham Əliyev Davos fəxri üzvlər klubunun nişanını aldı
Nazir yarmarkaya gəldi
Hafiz Paşayev: "Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır"
Azərbaycan Türkiyədən quş əti idxalına qadağa qoyacaq? - RƏSMİ AÇIQLAMA
Yunanıstanı iqtisadi böhranın ardınca təbii fəlakət vurdu
Burak Özçivitin bir milyonluq avtomobili - FOTO
Azərbaycanda daha 6 nəfər koronavirusdan vəfat etdi – 338 yeni yoluxma+FOTO
“33 milyon insan epidemiyadan öləcək”
Süzmə mərci şorbası (foto-resept)
Bakı sakinlərinə müraciət: Sabah küçəyə çıxmayın
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Senia Şeyma Subaşını sevindirdi
Uşağınıza xoşlamadığı yeməkləri sevdirmək
ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi
Tənbəl insanlar iş başında
Sosial yardım alanların sayı azalır
Hadise AÇIQLAMA verdi-FOTO
Yarpaq dolması (foto resept)
Bütün Yerdə pulsuz internet olacaq?
Azərbaycanda yeni əməliyyat həyata keçirilib
HAVA necə olacaq?- 6 APREL
Unikal əməliyyat: 2 yaşlı oğlanı zorla arıqlatdılar
Trampdan koronavirus açıqlaması
Alimlər xoşbəxtlik genini tapdı
Armud şirəsinin faydaları
Avropa İttifaqından Dağlıq Qarabağ AÇIQLAMASI
Çin üsulu badımcan qızartması (foto resept)
Rayonlara gediş-gəliş bərpa edilir? - RƏSMİ AÇIQLAMA
BÜRCLƏR bizə nə vəd edir?-12 yanvar
Cazibədar xanımlara ziyafət donları
Bakıda ikimərtəbəli avtobuslar (FOTO)
Bensunun 150 minlik hədiyyəsi-FOTO
Paytaxt salatı (foto resept)
Cem Yılmaz Serenayla bağlı suallara qəzəbləndi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]