“General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görüb.
Nəşriyyatdan aldığımız məlumata görə, 268 səhifəlik sözügedən kitab 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr olunub. Kitabda ailə üzvlərinin, cəbhə yoldaşları və əsgərlərinin, müxtəlif peşə sahiblərinin Polad Həşimovla bağlı xatirələri yer alıb.
Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib. “General Polad Həşimov xatirələrdə” – general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.
“Hədəf Nəşrləri” sözügedən kitabın ilk nəşrini hədiyyə verəcəyini də açıqlayıb. Bu barədə nəşriyyatın təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlamasında deyib: ““General Polad Həşimov xatirələrdə” kitabı mənim və “Hədəf Nəşrləri” komandasının mənəvi narahatlığının nəticəsində ərsəyə gəldi. Belə ki, məlum Tovuz hadisələrində hamı kimi biz də daxili narahatlıq keçirdik və iyul şəhidlərimiz qarşısında mənəvi borcumuzu qismən də olsa, ödəmək üçün bu layihəni həyata keçirmək qərarına gəldik. Bu layihə üzərində işləyərkən fərqli yerlərdən dəstək nümayiş etdirənlər çox oldu. Hamımızın vətəni olan Azərbaycanın mərd oğluna bu cür yanaşma, doğrusu, bizi qürurlandırdı və bu prosesdə tək olmadığımızı anladıq. Mən həm öz şəxsim, həm də “Hədəf Nəşrləri” adından “Halal” firmasına, könüllü dəstək verən dostlarımıza minnətdarlığımı bildirirəm. Eyni zamanda bütün işləri çox peşəkarlıqla yerinə yetirən “Hədəf Nəşrləri” komandasına təşəkkür edirəm. Sözügedən layihəni uğurla başa çatdırmaq üçün kitabın 2000 tirajlıq ilk nəşrini ictimaiyyətə hədiyyə edəcəyik”.
“Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy isə bildirib ki, hədiyyə siyahısını müzakirə edərkən kitabın maksimum əhatəli auditoriyaya çatması məsələsini dəqqətdə saxladıq: “Kitabın tərtibat mərhələsinə başladığımız elanından sonra bizə müxtəlif qurum və şəxslərdən çoxsaylı müraciətlər daxil oldu. Biz bunları nəzərə almağa çalışdıq, amma bu müraciətlər nəzərdə tutduğumuz tiraj sayından dəfələrcə çoxdur. Əvvəlcədən söz verdiyimiz kimi, bu kitabı ilk olaraq generalın Anası Səmayə Həşimovaya hədiyyə etdik. Bu layihə üçün yaratdığımız komissiya daxilində aparılan müzakirələrin nəticəsi olaraq hədiyyə siyahısı aşağıdakı kimi qərarlaşdı:
Azərbaycan Respublikası Təhsil Nazirliyi – 150 ədəd
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – 100 ədəd
Azərbaycan Respublikası Müdafiə Nazirliyi – 100 ədəd
Universitet kitabxanaları və digər kitabxanalar – 150 ədəd
Xaricdəki diaspor təşkilatları – 50 ədəd
İctimai-siyasi şəxslər – 150 ədəd
Siravi oxucular (kitabevim.az mağazası vasitəsilə) – 500 ədəd
Təşkilatçı, dəstəkçi və məqalə sahiblərinə – 200 ədəd
Mətbuat orqanlarına – 50 ədəd
“Hədəf Şirkətlər Qrupu”nun müəllim heyəti və digər personalına – 200 ədəd
Polad Həşimovun qırx mərasimi tədbirinə – 350 ədəd.
Biz əsasən rəsmi qurumlarla bu məsələdə əlaqə saxlamağa çalışacağıq, amma onlar da təyin olunmuş hədiyyələrini götürmək üçün bizimlə əlaqə saxlaya bilərlər. Siravi oxucular isə siyahıda göstərdiyimiz kimi, kitabevim.az mağazasının 28 may filialına yaxınlaşaraq bu kitabı pulsuz əldə edə bilərlər”.

XƏBƏR LENTİ
"Kadın" serialına görə telekanal cəza ödəyəcək
Bu ata və oğulu kim tanımır ki...
"Amerikansayağı paslanma" romanına serial çəkilir
Türkan Şoray sevincdən ağladı-FOTO
Krım Ukraynadan ayrılır
Trampdan TARİXİ ETİRAF: "Silah şirkətləri xoşbəxt olsun deyə əsgərlərimiz..."
Onu içmə, bunu içmə, bəs?..
Ehh, Dırnaq arası Molla Pənahlar...
Yaşıl qəhvə nəyə görə xeyirlidir?
Budapeştdə Qara Qarayevin yubileyi qeyd edilib
"Kurtlar vadisi"ndə Poladın yeni tərəf-müqabili-FOTO
Erməni mafiozunu ABŞ-da 100 illik həbs gözləyir
Nə vaxt sükut, cavab verməkdən daha yaxşıdır?
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Limonun saça faydası
Evinizi daha işıqlı göstərməyin yolları
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Azərbaycanda uşaqların daha çox qana ehtiyac duyduğu rayonların adı açıqlandı
Hava haqqında - 16.08.2013
"Kobra" Pərviz Bakıya nə vaxt qayıdır?
Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi
20 Yanvarı izləyən rus veteran: "Öz xalqımın adından utandım"
Boksçularımız Rusiyada rinqə çıxacaqlar
"Instagram"da DƏYİŞİKLİK
Hande Erçelin reklam gəliri açıqlandı
Gülben Ergeni paylaşdığı FOTO -ya görə peşman etdilər
Şeyma Subaşı kitab yazır
Allahşükür Paşazadə İordaniyaya səfər edəcək
'Qarlar Ölkəsi' ən çox qazandıran film oldu
Evdə şampun hazırlamaq üçün nə lazımdır?
Duaların axırında deyilən "amin" sözünün mənası nədir?
Azərbaycanda məktəblərdə bufetlər necə işləyəcək?
Bu dəhşəti bir-birinizə yoluxdurmayın!
Zövqlü çanta modelləri
Hicablı xanımlar üçün ziyafət donları
HAVA Xəbərdarlığı edildi
Qvinet Peltrou toy FOTOsunu paylaşdı
Gəncə-İstanbul aviareysi bağlanır
Yaponiyalı alimlər daha bir yeniliyə imza atıblar
İstanbulda yenə Ebola həyəcanı
Gilasın faydaları
Məşhur model növbəti dəfə sosial şəbəkəni silkələdi - FOTO
Toy günü formada görünməyin 4 yolu
Əsgərlərini xilas edərkən şəhid olan “Murov qartalı” – VİDEO
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Hollivudun "Şöhrət Alleyasında” daha bir ulduz-FOTO
İyun ayında işsizlərə 190 manat veriləcəkmi? - VİDEO
Sürətli oxu - 2














