Satışda uğur qazanan insanların liderlik sirlərini izah edən bir çox kitab var: ” Atillanın Liderlik Sirləri”, ” Çingiz Xanın Liderlik Sirləri” və s. Dövrümüzün ən əhəmiyyətli insanlarından biri və hələ də dünyanın ən zəngin insanı olan Bill Gatesin liderlik sirrləri isə çox bilinmir. Bu yazıda onun sıfırdan başlayıb dünyanın ən zəngin insanı olmasının sirlərini izah etməyə çalışacağıq.
Sirr 1: Bir vizion sahibi olmaq.
Bill Gates kiçik yaşlarından bəri kompüterin əhəmiyyətini və insan həyatında tutacağı yeri çox yaxşı qavramış bir insandır. Yaxın dostu və Microsoftun qurucu ortağı Paul Allen ilə tez-tez kompüterin inkişafı haqqında müzakirələr, müxtəlif düşüncələr aparmışlar. Bu müzakirələrin nəticəsində irəlidə hər kəsin evində və işində özünə aid bir kompüter sahibi olacağını təxmin edirmişlər.

Sirr 2: Çox işləmək.
Bill Gates çox ağıllı bir insandır. Amma ağıllı olmağın tək başına yetməyəcəyini, çox çalışılması gərək olduğunu düşünür və çox çalışır. Evlənmədən əvvəl birlikdə olduğu sevgilisindən ayrılmasının səbəbi iş xaricində keçirdiyi ümumi zamanın yalnız 7 saat olmasıdır ( yuxu daxil). Yanında çalışan insanlardan da eynisini gözləyir.
Sirr 3: Ağıllı işçilərlə çalışmaq.
Proqram təminatı texnologiya baxımından ən uc sektorlardan biridir. Belə bir sektorda sıravi insanlarla çalışılamayacağını, ağıllı insanlarla çalışılması lazım olduğunu düşünür və şirkətinə həmişə ən ağıllı insanları işə götürməyə çalışır. Ağıllı işçi kimdir, ağıllı olduğunu necə bilmək olar kimi suallara belə cavab verir: Ağıllı insan, hər şeyin bir-bir deyilməsi lazım olmadığı bir adamdır. Microsoft işlədəcəyi ağıllı işçiləri tapmaq üçün çox araşdırma edir. Sırf işçi lazımdı deyə kimisə qəbul etmirlər. İstədikləri adamı tapmaq üçün bir vəzifəni uzun müddət boş saxladıqları da olur.
Sirr 4: İşçilərə səhm vermək.
Bill Gates özü də daxil olmaq üzrə işçilərinə yüksək, astronomik ödənişlər vermir. Microsoftun heç bir işçisi dünyanın ən yüksək ödənişli işçiləri siyahısına girə bilmir. Bunun yerinə ağıllı işçiləri cəlb edə bilmək üçün onlara səhm verir. Məsələn, Bill Gates Microsoftun indiki başçısı olan Steve Ballmeri işə razı sala bilmək üçün çox böyük səhm vermişdi. Ballmer bu hissələr sayəsində indi böyük bir sərvətə sahibdir ( 10 milyard dollardan çox ). İşçilərə səhm vermək Amerikada məşhur bir tətbiq üsuludu, amma heç bir şirkətdə bu ölçüdə səhm paylanmasına rast gəlinmir.
Sirr 5: İşçilərə dəyər vermək.
Microsoft ən ağıllı insanlarla işləmək istəyir və onları itirmək istəmir. Bill Gates bir yazısında işdən ayrılan hər işçinin arxasından ” nə üçün ayrıldı, nə üçün onu təmin edə bilmədik, harada səhv etdik ” suallarını soruşduğunu söyləyirdi. Işçilər Microsoftun ən qiymətli varlıqlarıdı. Işlərinin hər anında bunu hiss edirlər. Bunun nəticəsində də Microsoftda işçi dövranı ABŞ ortalamasına görə iki qat aşağıdı.
Sirr 6: Bazarın inkişafını izləmək.
Tez inkişaf edən sektorda geridə qalmaq yox olmaq deməkdir. Bill Gates heç bir sahədə bazar inkişafından geridə qalmaq istəmir.Geridə qaldığı zaman öz səhvini tez başa düşüb lazımi tədbirləri görür.
Sirr 7: Bazarın inkişafını izləməklə qalmayıb, bazarı formalaşdırmaq.
Bill Gatesin və Microsoftun şüarı We set the standards ( standartları biz qoyuruq ). Microsoftun tarixi bu şüara uyğun gələn müxtəlif nümunələrlə doludu. Məsələn, fərdi kompüterlərdə istifadə edilən proqramlaşdırma dili mövzusunda Microsoftun məhsulu Basic bir standartdı. DOS əməliyyat sistemi və daha sonralar çıxardığı Windows əməliyyat sistemi bazardakı ən məşhur məhsullar oldu.
Sirr 8: Bir məsələyə fokuslanmaq.
Microsoft, proqram təminatı sahəsində çalışan bir şirkətdir. Gəlirinin 90 faizdən çoxu proqram təminatından gəlir. Proqramın təminatı ilə yanaşı mouse, oyun cihazları, səs kartı kimi aksesuarlar da istehsal olunur amma bunlar əsasən Microsoftun proqram təminatı texnologiyalarını dəstəkləmək üçündür.
Sirr 9: Təvazökar bir həyat sürmək.
Rəqiblərinin demək olar hamısının xüsusi təyyarəsi, xüsusi yaxtası və s. olduğu halda Bill Gates çox sadə həyat tərzi sürür. Bill Gatesə niyə təyyarəsi, yaxtası və s .olmadığını sual verdikdə belə cavab verir: Elə yaşasam başqa cür düşünməyə başlıyaram və indikindən çox fərqli bir şəxsiyyətə sahib olaram və lazımınca çalışa bilmərəm.
Fərid Mehrəlizadə

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR