Kosmetoloq Aynur Niftəliyevanın sözlərinə görə, epilyatorlar dərini zədələyən aparatlardır və epilyator alanda belə dəriyə uyğun olanını seçmək lazımdır. Müxtəlif başlıqlı epilyatorların istifadəsi dərini sakitləşdirir və rahatladır. Başlıq düzgün seçilmədikdə isə qeyd olunduğu kimi tük dönmələri yaradır: "Əsas məsələ epilyatorun ucuz və ya baha olması deyil. Çünki dəri tipi müxtəlifdir və hər dəriyə fərqli epilyatorlar düşür. Məsələn, xanımların əksəriyyəti epilyator istifadəsindən sonra əl və ayaq səpmələri müşahidə edir. Bunun ilk və əsas səbəbi başlıqdır. Epilyatorlar 3 müxtəlif başlıqlı olmalıdır. Əl və ayaqlar üçün, qol altı və üz üçün, dəridə olan ən xırda tükləri təmizləmək üçün mikro pinsetlərə malik başlıqları olanlar. Xanımların çoxu bu bölgüyə fikir vermir. İri başlıqlarla üz təmizləyəndən sonra dərinin səpməsi də təbiidir".
Müsahibimizə görə, ikinci mühüm məsələ isə düzgün yönə epilyator istifadə edilməməsidir. Belə ki, kosmetoloqa görə, tüklər çıxan yönün əks istiqamətində istifadə olunduqda dəridə heç bir zədələnmə olmur. "Düzgün formada istifadə olunmadıqda isə tük yolunması, dəri qopması ola bilir ki, sonradan tük dönmələri də yarana bilir. Epilyator ilk görünüşdən çox asan görünsə də əslində olduqca qəliz bir aparatdır və düzgün istifadə olunmalıdır ki, dəri fəsadları ortaya çıxmasın".
Dermatoloq Sahib Rəhimov bildirir ki, daimi olaraq tüklərin dəri daxilinə böyüməsinə şərait yaratmaq dəridə xroniki dəri iltihabının yaranmasına səbəb olur. Xroniki dəri iltihabının yaranması dərinin civzələşməsinə, irinləşməsinə səbəb olur ki, bunlar da sonradan dərin izlər qoya bilir: "Tük dönməsi, dərinin altına böyüməsi tükə müdaxilə edən hər bir insanda görülə bilir. Bunun üçün yaş məhdudiyyəti yoxdur. Ən çox rast gəlinən hallar yeniyetmə yaşlarında gənc oğlanların üzlərini təraş etməsi və xanımların tələsik və düzgün olmayan epilyatorlardan istifadə etməsidir. Dəridə əgər dəri altına böyüyən tüklər varsa, mütləq dəri təmizlənərək ölü dərilər çıxarılmalıdır. Pinset ilə dəri altına işləyən tük mütləq çıxarılmalıdır. Bir müddət həmin nahiyə təmiz saxlanılmalı və dəri qızarıqlarının keçməsini gözləmək və növbəti dəfə məhz həmin nahiyəyə fikir vermək lazımdır. Dəridə bir dəfə xroniki dəri iltihabının yaranması dərinin daima iltihablanmaya meyl etməsinə səbəb olur".
Dermatoloqun sözlərinə görə, artıq daimi olaraq dəri altına böyüyən tüklər bir növ adət halını almış olur və xronikləşmiş tük dönmələri artıq müalicə tələb edir. Çünki dəridə dönməyə meyllənmiş tüklərin düzgün bitməsi də çox vaxt mümkün olmur. Vaxtından müalicə olunmayan tük dönmələri bir müddət sonra daha çox dəri altı toxumanı zədələyə bilir. Müalicə olunmayan və kəskinləşən bu hal daha da ağırlaşdıqda artıq əməliyyat tələb olunur: "Qeyd edim ki, tük dönməsi patologiyadır. Hər kiçik müdaxilədən anidən tük dönməsi yaranmaz. Sadəcə, dəri altına işləyən tüklərə diqqət etmək lazımdır. Tüklənmə problemi yaşayan qadınların çoxunun tük batıqları ilə başı dərddədir. Bədənlərini davamlı olaraq kisələsələr də batıq meydana gəlməsi bir müddət sonra təkrar ortaya çıxır. Mümkün qədər vəziyyəti dəyişmək, tük batıqlarının hansı səbəbdən yaranmasını aydınlaşdırmaq lazımdır. Əks halda daimi olaraq bu problemlə üzləşiləcək və gec-tez pataloji hal olaraq əməliyyat olunacaq".
Qeyd edək ki, tük dönmələrindən qorunmaq üçün epilyator keyfiyyətinə diqqət etmək lazımdır. Epilyasiya əsasında dəridə qıcıqlanma, qızartılar olmaması əsasdır. Bunun üçün ən yaxşı epilyator seçilməsinə diqqət edilməlidir.
Epilyatorlarda maqqaş prinsipi əsas götürülür. 40 maqqaşlı epilyatorları istifadə etmək və düzgün istifadə etmək isə dəri zədələnmələrindən sığortalamış olur. Eləcə də, kişilərin yeni və iti təraş alətlərindən istifadə etməsi tük dönmələri və dəri altına böyümələrin qarşısını alır.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR