Gəncə adlı salnamənin ana xəttində Xan Bağı dayanır. Yüz il, bəlkə də, ondan əvvəliki dövrdə yaranan məşhur mahnının sözlərindəki “Apar Sərdar bağına, bir azca gəzdir məni, fikrindəki ruha bir bax...” Xan Bağı yalnız gəzinti üçün bir məkan yox, həm də bizim tarixi-mədəni sərvətimizdir.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Xan Bağı nəinki Azərbaycanın, bütövlükdə Qafqazın ən qədim parklarından biridir. Gəncənin Qala divarları ilə bir vaxtda salınan və vaxtilə Sərdar bağı adlandırılan parkın 414-415 illik tarixi var. Bağın inkişafı Ziyadxan oğulları, bilavəsitə Gəncə xanı Cavad xanın adı ilə bağlıdır. İlk dövrdə meşə-park şəkilində salınan bu park sonralar quruluşuna və növ tərkibinə görə zənginləşdirilib. Xan bağı bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılır. Daxilində xiyabanlar salınan istirahət məkanında, eyni zamanda, yay teatrı da var ki, burada da müxtəlif tədbirlər və konsertlər təşkil olunur.
Məzahir Həsənov, Xan Bağı istirahət mərkəzinin direktoru: “İstirahət günləri insanlar Xan Bağında öz vaxtlarını səmərəli keçirirlər. Burada onlar üçün hər bir şərait yaradılmışdır - oturacaq masaları, fəvvarələr, yaşıllıq. Buranın təmizliyi - yaşıllıqların suvarılması və ağacların budanması işləri mütəmadi olaraq keçirilir. İnsanlar da bu şəraitdə istirahət edirlər”.
Həmçinin şəhər əhalisinin başlıca istirahət məkanı olan Xan Bağında şairə Nigar Rəfibəylinin heykəli, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də var. Fəvvarələr, yaradılan imkanlar baxımından bu məkan böyükdən-kiçiyə qədər hər kəsin istirahət mərkəzidir.
Əşrəfov Ənnağa, sakin: “Hər səhər gəlib burada dincəlirəm. Buraya gələrkən özümü çox yaxşı hiss edirəm. Demək olar ki, həmişə buraya gəlmək niyyətindəyəm”. Tarixi irsimizdə özünəməxsus yeri olan Xan Bağı və bu əsrarəngiz məkanda olan qoca çinarlar hələ bundan sonra da çox tarixlərə şahidlik edib, çox insanların həmdəmi olacaq. Xatırladaq ki, sonuncu dəfə Xan Bağı 2011-ci ildə yenidən qurulub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
London derbisi: Yağış gözəl idi
Çində "Səma Dəhlizi"-FOTO
Havada olan zəhərli maddələr
Dağlıq Qarabağ bütün Türk və İslam dünyasının problemidir
Yataqxanaları olan universitetlər - SİYAHI
BMT yeni baş naziri dəstəklədi
Bayram namazı ilə bağlı açıqlama
İki bacıya bəysiz toy etdilər - FOTO
Zakir Həsənov: Ermənistan bir təhlükədir
"Sevgi hormonu" ideal ağrıkəsicidir
Murad Bozdan NİŞAN AÇIQLAMSI
İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı
Cavanlar üçün təhlükə: qocalıq psixozu
Sosyopatı necə tanımalı? (2)
Şahmatçılarımız Dünya çempionatında
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Nobel mükafatçısından xərçəng və diabet xəstəliyi ilə bağlı tövsiyə
15 sentyabr xəbərdarlığı
Çörçilin əsəri rekord qiymətə satıldı
Cəbhədə gərgin vəziyyət
Ağdamı tərk edən ermənilər vəhşiliklərindən qalmırlar - VİDEO
Burun yağlanmasının səbəbləri
Həftə sonunun HAVAsı - Dolu yağacaq
2300-cü ilədək Nyu-York su altında qalacaq
Böyük Britaniyada altı nəfərdən çox adamın bir yerə toplanması qadağan edilir
Moskvanı əsrin istisi vurdu
Ətli toplar (foto resept)
"WhatsApp"dan tələ mesajları
Qatıqlı buğda salatı (foto-resept)
Valeh edən heykəllər
Günün ulduz falı
Günəş ləkələrindən xilas olmağın yolu
Dünyanın kənarındakı vulkan püskürdü: aləm külə büründü
Qızıl 3 dollardan çox bahalaşıb
Vanna otağı dekorasiyasında bunlara diqqət edin!
Ən qorxulu evlər
"Time 100" Qırmızı Xalça
Kiçik evlərdə də uşaq güşəsi yaratmaq olar
Zövqlü xanımlar üçün
Xalq artisti Leyla Əliyevanın yaradıcılığına müraciət etdi: “Ey sirdaşım” - VİDEO
Soğan kababı (foto resept)
Qaydaları pozan koronavirus xəstələri tutulandan sonra harada saxlanılır? - RƏSMİ AÇIQLAMA
Nyu-York qorxu içində
Ağdam toyları
Bu rayonda qaz olmayacaq
1 avroya qəsr almaq istəyirsiniz? - FOTO
Yeni ildə sakitlik olacaq?
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi
Şəhzadə Harry və Meghan körpələrinə 1 milyon xərclədilər















- ŞƏRHLƏR