Doğuş zamanı ana və ya uşaq ölmü əsasən hamiləliyin gedişindən asılı olur.ANS TV-nin məlumatına görə, Suraxanı rayonu 3 saylı doğum evində bir günlük qız uşağının dünyasını dəyişməsi Nuriyevlər ailəsi üçün gözlənilməz oldu. Elə buna görə də ailə bir günlük körpənin ölümündə həkimi günahkar bildi. İddialara görə ana Ayşən Abdullayeva xəstəxanya gələrkən vəziyyəti normal olub və hamiləlik dövründə müvafiq müayinələrdən keçib. Nə baş veribsə, xəstəxanada baş verib. Ayşənin anası Zahidə Nuriyeva deyir ki, mənə zəng vurub ki, uşaq yoxdur. Mən də dedim ki, necə yəni yoxdur. Gəldik bura, uşağı göstərmədilər. Qapını açmırlar. Həkim isə ölümün səbəbini doğulan zaman uşağın vəziyyətinin ağır olması ilə əlaqələndirib. Ginekoloq Nailə Abdullayeva bildirir ki, orda ciftdə problem var idi, qatılaşmışdı. Biz onun bədənini təmizlədik, uşağın 20 dəqiqədən sonra nəfəsi gəldi. Bu gün oxşar hadisə Bayılda yerləşən 5 saylı kliniki doğum evində baş verib. 4 günlük qızcığaz səhər saatlarında dunyasını dəyişib. Uşağın atası ölümdə tibb işçilərini günahlandırsa da həkim buna hipoksiya, yəni hamiləlik dövründə bətndə boğulma olduğunu bildirib. Hər iki halla bağlı səhiyyə nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırmalar aparılır. Ümumiyyətlə statistik rəqəmlərdə ana və uşaq ölümünün ilbəil azaldığı bildirilsə də nə yazıq ki, bu kimi hallar hələ də baş verir. Həkim ekspert Adil Qeybullanın sözlərinə görə, bu ilk növbədə hamiləliyin gedişi ilə bağlı olur.
Bu və digər səbəblərin aradan qaldırılması üçün problemə kompleks şəkildə yanaşılmalıdır. Ümumdünya səhiyyə təşkilatının klinik tövsiyyələrində də göstərildiyi kimi konkret protokollara keçilməlidir. Qeyd edək ki, doğuş zamanı ana ölümü faktlarını Səhiyyə Nazirliyinin xüsusi komissiyası araşdırır. Ötən il aparılan araşdırmalar nəticəsində ana ölümündə səhvi olan 72 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb, 9 nəfər həkim isə işdən azad olunub. Beynəlxalq təşkilatlar isə bu cür məsələlərin ciddiliyini nəzərə alaraq ana ölümü statistikasına dair ölkələr üzrə hər il hesabatlar yayır. Ana ölümü göstəriciləri Avropa Birliyinə daxil olmaq üçün ölkələr qarşısında qoyulmuş şərtlərdəndir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ziynet Salı ərə gedir-FOTO
Şəhzadə Diananın zinət əşyaları
Göy rəngi sevənlər üçün paltarlar
Üzr istəməyin asan yolu
Gözə sürmə çəkmək nəyə görə xeyirlidir?
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?
Qurani-Kərimdə adı çəkilən 6 meyvə
Menstruasiya haqqında bilməli olduqlarınız
Sevgilisi Hadisəyə qalmaqallı görüntüləri sildirdi - VİDEO
Azərbaycanda istirahət günü hava necə olacaq?
İradəsini nümayiş etdirmək istəyən gənc 37 kq arıqladı
Hamiləlik dövründə əsəb
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - RƏSMİ
Bir ildir Yaşarsızıq, unutmadıq
Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti keçiriləcək
Fondun bayram hədiyyəsi
3 addımda Elsa Hoskun gündəlik makiyajı
Azərbaycanda ət ucuzlaşdı
Sabahın HAVAsı
Karamelli keks (foto resept)
Bir nəfərlik çiyələkli tort (foto resept)
Həkimlər 8 nəfəri Ebola virusuna yoluxdurdu
Üç gün dənizdə kömək gözlədi - VİDEO
İqlim dəyişmələri Azərbaycanda bəzi bitkilərin məhsuldarlığının azalmasına səbəb olacaq
Pensiyaçılarla bağlı yeni statistika
Günün ulduz falı - 14.12.2013
Azərbaycan ulduzu: bax, aktrisa budur
Şirin göbələklər (foto resept)
Bağırsaqları işlədən qidalar
PSJ "Qoca Sinyora"nın "şeytan" tapıntısına göz dikdi
Vanda tullantılardan rəsm əsərləri
Azərbaycanda bəzi ərzaq məhsulları bahalaşdı
Dünya çempionatının 23 xanımı
Sağlam hamiləlik keçirmək üçün ...
Putini qəzəbləndirəcək qərar
Ebolaya yoluxanların sayı 20 minə çatır
Xoş aura yaradan bitkilər
Mayli Sayrus ana olacaq
Hamiləlikdə pilates etməyin faydaları
Metroda pulsuz Wi-Fi işə düşdü
Ermənilər hərbiçilərimizə pulemyotlardan atəş açdı
TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ
Xoşbəxt olmadığınız evlilikdə nə etməli?
Yeni Planet Aşkarlandı
Hər 40 saniyədə bir nəfər intihar edir
Ermənilər sutka ərzində atəşkəsi 150 dəfə pozublar
Arıqlamaq tədbirləri
Türkiyə prezidentinin Qarabağ arzusu
Uşaqları sevmək yaxşıdır, amma…
Azərbaycan yay vaxtına keçdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]