Bir sıra hallarda işıq, qaz və elektrik sayğacları quraşdırılandan sonra yararsız hala düşdükdə vətəndaşlarla əlaqədar qurumlar arasında mübahisələr yaranır.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, mübahisəli məqamlarda vətəndaşlar sayağacın dövlət qurumları, aidiyyati qurumlar isə vətəndaş tərəfindən alınıb, qoyulmalı olduğunu bildirirlər.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirir ki, əhalinin istifadə etdiyi qaz sayğaclarına kimin müdaxilə etməsindən asılı olmayaraq, yararsız hala düşərsə onun ödənişini vətəndaşlar etməlidir.
Yalnız polis və ya digər dövlət qurumları tərəfindən sayğacın başqa şəxslər tərəfindən qırılmasına dair sənəd olarsa, "Azəriqaz" sayğacı öz hesabına dəyişdirə bilər.
Sayğaclarla bağlı mübahisələrə toxunan "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, əhali üçün sayğacların ilkin quraşdırması tam pulsuz olsa da, müdaxilə hallarında bu məsuliyyət vətəndaşın üzərində qalır. Ancaq texniki nasazlıq istisna olmaqla.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti də məsələyə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov bildirir ki, əhali üçün su sayğacları bütün yerlərə dövlət vəsaiti hesabına qoyulur. Ancaq sayğaclara müdaxilə olunub-olunmamasından asılı olaraq, yenidən sayğac quraşdırılmasına münasibət də fərqli olur.
Qaz, işıq və su sayğaclarının sahibkarlıq obyektlərində quraşdırılması ilə bağlı hər 3 dövlət qurumunun mövqeyi eynidir. Sayğacların bu obyektlərdə quraşdırılması da, dəyişdirilməsi də tamamilə sahibkarların öz hesabına icra edilir. Onu da qeyd edək ki, hər 3 qurumdan bildirirlər ki, qeyd olunan məqamlardan əlavə hansısa şəxs vətəndaşlardan sayğacın quraşdırılması üçün əlavə vəsait tələb edərsə, onlardan bu qurumların "qaynar xətlər"inə zəng edərək məlumat vermələri xahiş olunur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Madmuazel" salatı (foto resept)
Məşhur aktyorun yeni imici tənqid edildi
Bakıda taksi dayanacaqları yaradılır
Təhlükəli epidemiya yayılır
Türkiyədən İŞİD-in hədəsinə ilk reaksiya
Bakıda möhtəşəm yolka quruldu
Yağış bir neçə əsrlik məzarları ortaya çıxardı - FOTO
Bir fincan "Coca-cola"nın orqanizmə zərərləri
Bergüzar Korel və Halit Ergenç karantin günləri necə keçirir?
Alma çayının faydaları
Azərbaycan əsgərləri Əfqanıstanda
Kartoflu "buruqlar" (foto resept)
Saçı sehrli 7 şahzadə və İran şah hərəmi
Prezident İlham Əliyev MTN-lə bağlı fərman verdi
Luis Borxesdən qısa həyat dərsi
Özünə inam ölçmə testi
Aynada özümüzə baxırıqmı?
Məhkəmə Eldar Həsənov barəsində qərar verdi
Nostradamusun 2015-ci il üçün 9 proqnozu
Türkiyədə şiddətli döyüş, çox sayda şəhid var
Paytaxt sürücülərinə xəbərdarlıq
Uşaqların həddindən artıq kökəlməsi kimin günahıdır?
Boşanma səbəbi məlum oldu-XƏYANƏT
Yataq otağı necə səliqəyə salınmalıdır?
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Dünyanın ən gözəl əkiz qızları - fotolar
TQDK yazılışa başladı
Buddadan 14 dərs
Tərəvəzli süd şorbası(foto resept)
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Ən güclü maqnit qasırğaları qeydə alındı
Ən son ümidlər ölür
Sobada Vafli (foto-resept)
2013-cü ilin gündəlik və mərasim geyimləri
Vaxtında çəkilmiş şəkillər
Saç tökülməsinin qarşısını alan üsullar
Qadın.Net-lilərin ilk körpə həyəcanı (SON)
Bella HAMİLƏ olduğunu dedi inanmadılar-FOTO
Jirinovski "Qarabağ planı"nı açıqladı
Defne Samyelinin qızı Serenay Sarıkayaya görə reklamdan imtina etdi
Facebook yeni rekord vurdu
Koronavirusa yoluxan Fatih Terimdən - Açıqlama
Madonna məhkəmədə uduzdu
Sadə toyuq kotleti (foto resept)
İnsanlar 6 tonluq fili 1 saat 47 dəqiqədə yedilər
Dünyanın ən gözəl əkiz bacıları - FOTO
Xanımlar üçün geyim nümunələri
Məşhur müğənni tanınmaz halda: "Necə olacaq bilmirəm" - FOTO
Çiy qidalanmada məhsulları kombinləşdirmə qaydaları
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni konqresmenlər qoşulublar














