Nədənsə cəmiyyətdə belə bir fikir formalaşıb ki, uşaq mütləq və mütləq ətli olmalıdır. Bu cür uşaqlar ətrafdakılar tərəfindən daha sağlam, baxımlı və bəslənmiş hesab olunurlar. Arıq uşaqlar hər zaman xəstə kimi qəbul edilir və xüsusən analar uşaqlarının bir qədər kökəlməsi üçün əllərindən gələni edirlər.
El arasıda belə bir fikir mövcuddur ki, kök uşaqlar xəstələnməz, onlar sağlamlıqla bağlı heç bir problem yaşamaz, uşaq olduqları üçün istədikləri qədər yeyib istənilən kiloya qalxa bilər və valideyn bunu problem etməməlidir. Məktəb yaşına çatmış və özünə xüsusi dost çevrəsi yığmış uşaqlar üçünsə köklük ayrı bir problemə çevrilir. Yaş ötdükcə uşaq özündəki anormallığın da fərqinə varır. Böyük insanların belə pəhriz saxlayaraq formaya düşməsinə iradə möhkəmliyi lazım olduğu halda uşaqlar üçün bunun nə qədər ağır olduğunu düşünmək heç də çətin deyil. Bu o deməkdir ki, valideyn müəyyən yaşdan sonra çəki nəzarətində övladına yardım etməlidir. Əks halda, uşaq üçün çəki böyük bir problemə çevrilir və uşağın təkbaşına kilo ilə mübarizəsi qorxunc nəticələr verə bilər.
Psixoloq Emil Behrudinin sözlərinə görə, köklüyə meylli uşaqlar üçün 3 əsas fikir formalaşır ki, uşaqların bu fikirdən azad olmadan sağlam psixologiya ilə böyüməsi qeyri-mümkündür. Bunlar özünə əminsizlik, özünə qapanma, kilolardan hansısa yolla qurtulmaqdır: "Cəmiyyətdə arıq və hündür oğlanlar daha yaraşıqlı, arıq və incə qızlar daha gözəl insan olaraq qəbul edilir. Bu məsələyə xüsusən yeni formaya girən, qadın, kişi görkəmi almağa başlayan uşaqlar daha çox fikir verir. Xüsusən 6 yaşdan yuxarı, məktəb çevrəsi olan, özü yaşında uşaqları görən kök uşaqlar üçün bundan sonrakı həyat mübarizəyə çevrilir. Rəfiqəsi və ya dostuna bənzəmək, daha incə olmaq, çevrədə lağ obyekti olmamaq üçün qidadan imtina hissi yaranır ki, bu da dərslərdə zəiflik, yuxu pozğunluğu, bədbəxtlik, işə yaramama və bu kimi psixoloji halların baş qaldırmasına səbəb olur" deyən psixolqa görə, inkişafın ən önəmli mərhələsində bu cür hisslərə qapanan uşaq üçün itihardan tutmuş bilmədiyi həblərin qəbuluna kimi dəhşətli nəticələri ola biləcək hadisələrin həyata keçirməsi çarə kimi görünür. Onun sözlərinə görə, bu problem valideyn müdaxiləsi və yardımı ilə həll olunmalı və normal kiloya qayıtmaq üçün valideyn də uşaqla birlikdə cəhd etməlidir.
Dietoloq Mehman Əliyev deyir ki, bəzən valideynlər, nənə-babalar sevgini qida ilə əvəz edirlər: "Xalq arasında deyildiyi kimi "toppuş" körpələr hər birimizin diqqətini çəkir, onlarla ünsiyyət qurmaq, onları əzizləmək bizə zövq verir. Yalnız zaman keçdikcə bu toppuşluq köklük və hətta piylənmə ilə nəticələnə bilir. Bunun səbəbkarı isə çox vaxt onu uşaqlıqdan müxtəlif yollarla həddən artıq yedizdirən valideynlər olur. Ağlayanda yedizdir ki, sussun, gəzməyə çıxanda yedizdir ki, təmiz havada çox yesin. Bütün bunlarsa uşaqların həddindən çox kilo almasına səbəb olur. Uşaqlar, ümumiyyətlə, idman etmir, hərəkətə meylli deyil, ev şəraitidə böyüdülür, qaçmır, oynamır, aldığı enerjini yandırmır və nəticədə köklük və piylənmə problem ortaya çıxır. Çox duzlu ət, kolbasa, sosiska kimi qida məhsullarından da uzaq durmaq lazımdır. Tez hazırlanan bu cür qidalar daimi olaraq məktəblilərə verilir və bu cür qidalar çəki artımına dəstək olur. Çalışın ki, meyvə və tərəvəzlərə üstünlük verəsiniz".
Bəzən vitamin çatışmazlığı da piylənməyə səbəb ola bilər. Buna görə dietoloq qidaya B6, B12, vitamin D aid etməyi məsləhət görür. Dediyinə görə, aclıq hiss edəndə su içmək və bir qədər gözləmək lazımdır, çünki aclıq hissi keçə bilər. "Bəzən biz susuzluğu da aclıq kimi qəbul edirik. Uşaqları məcbur edirik ki, su içmə, yemək ye. Halbuki, onun suya ehtiyacı var və bu ehtiyac əlavə qida ilə ödənildikdə piylənməyə gətirib çıxarır".
Övladınızın düzgün qidalanması üçün kalorisi çox olan yeməkləri - fast-food, qızardılmış yeməklər, şirniyyatlar və şirin içkiləri azaltmalısınız, lakin tam qadağa qoyulmamalıdır. Hətta özünüz də onun yediklərindən yesəniz, bu, onun yeməyə olan marağını artırar.
"Uşağınızı idmanla məşğul olmağa həvəsləndirməlisiniz. İdmana ayırdığınız vaxtı əyləncəli keçirsəniz, uşağınızın idmanla məşğul olmaq istəyi bir o qədər artar. Valideyn bilməlidir ki, köklük uşağı baxımlı və sağlam etmir, əksinə onu sağlamlıq və psixoloji sağlıq baxımından sarsıdır. Normal kiloda olan uşaqlar hər zaman kök uşaqlarla müqayisədə daha aktiv və daha sağlam olurlar".
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR