Qadin.NET / Doğulan uşaqlar niyə ölür?

Doğulan uşaqlar niyə ölür?

Doğulan uşaqlar niyə ölür?

Doğuş zamanı ana və ya uşaq ölmü əsasən hamiləliyin gedişindən asılı olur.ANS TV-nin məlumatına görə, Suraxanı rayonu 3 saylı doğum evində bir günlük qız uşağının dünyasını dəyişməsi Nuriyevlər ailəsi üçün gözlənilməz oldu. Elə buna görə də ailə bir günlük körpənin ölümündə həkimi günahkar bildi. İddialara görə ana Ayşən Abdullayeva xəstəxanya gələrkən vəziyyəti normal olub və hamiləlik dövründə müvafiq müayinələrdən keçib. Nə baş veribsə, xəstəxanada baş verib. Ayşənin anası Zahidə Nuriyeva deyir ki, mənə zəng vurub ki, uşaq yoxdur. Mən də dedim ki, necə yəni yoxdur. Gəldik bura, uşağı göstərmədilər. Qapını açmırlar. Həkim isə ölümün səbəbini doğulan zaman uşağın vəziyyətinin ağır olması ilə əlaqələndirib. Ginekoloq Nailə Abdullayeva bildirir ki, orda ciftdə problem var idi, qatılaşmışdı. Biz onun bədənini təmizlədik, uşağın 20 dəqiqədən sonra nəfəsi gəldi. Bu gün oxşar hadisə Bayılda yerləşən 5 saylı kliniki doğum evində baş verib. 4 günlük qızcığaz səhər saatlarında dunyasını dəyişib. Uşağın atası ölümdə tibb işçilərini günahlandırsa da həkim buna hipoksiya, yəni hamiləlik dövründə bətndə boğulma olduğunu bildirib. Hər iki halla bağlı səhiyyə nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırmalar aparılır. Ümumiyyətlə statistik rəqəmlərdə ana və uşaq ölümünün ilbəil azaldığı bildirilsə də nə yazıq ki, bu kimi hallar hələ də baş verir. Həkim ekspert Adil Qeybullanın sözlərinə görə, bu ilk növbədə hamiləliyin gedişi ilə bağlı olur. 
Bu və digər səbəblərin aradan qaldırılması üçün problemə kompleks şəkildə yanaşılmalıdır. Ümumdünya səhiyyə təşkilatının klinik tövsiyyələrində də göstərildiyi kimi konkret protokollara keçilməlidir. Qeyd edək ki, doğuş zamanı ana ölümü faktlarını Səhiyyə Nazirliyinin xüsusi komissiyası araşdırır. Ötən il aparılan araşdırmalar nəticəsində ana ölümündə səhvi olan 72 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb, 9 nəfər həkim isə işdən azad olunub. Beynəlxalq təşkilatlar isə bu cür məsələlərin ciddiliyini nəzərə alaraq ana ölümü statistikasına dair ölkələr üzrə hər il hesabatlar yayır. Ana ölümü göstəriciləri Avropa Birliyinə daxil olmaq üçün ölkələr qarşısında qoyulmuş şərtlərdəndir.

Mənbə:anspress.com
22 may 2014
GO BACK