
Xidmətdən Ailem.az-a verilən məlumata görə, tamlı qatqılar alarkən istehlakçılar onların qablaşdırılmasına, markalanmasına diqqət etməlidirlər. Çünki bu məhsulların müvafiq standartların tələblərinə uyğun istehsal olunmaması, saxlanması şəraiti və müddətlərinə əməl edilməməsi onların istifadəsini təhlükəli edə bilər:
“Ədviyyatlar və tamlı qatqılar ticarət şəbəkəsində, əsasən, qablaşdırılmış şəkildə realizə olunur. Ədviyyatlar, əsasən, Рєarton qutularda, döyülmüş və bütöv halda, müxtəlif Рєütlədə satışa verilir. Qablaşdırma materialı əsasən daxildən perqament və ya podperqament olmaqla kağız və kartondan ibarət olur. Bundan əlavə müvafiq qurumlardan icazə ilə ədviyyatlar sellofan, plastmas, polimer və şüşə qablarda qablaşdırıla bilər. Qablaşdırma vasitəsinin üzərində bu məhsulların quru, qaranlıq və sərin yerdə saxlanması barədə xəbərdarlıq olmalıdır. Tamlı qatmalar isə ən müxtəlif qablaşdırılma materiallarından istifadə olunmaqla qablaşdırılır. Qablaşdırılmış ədviyyatlar və tamlı qatqılar mütləq markalanmalı və etiketdə istehlakçılar üçün zəruri olan aşağıdakı məlumatlar olmalıdır. İstehsalçının adı və ünvanı, malın adı, istehsal tarixi, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s”.
Məlumatda bildirilir ki, ədviyyat və tamlı qatqıların kimyəvi məhsullarla, tez iylənən mal və materiallarla bir yerdə daşınması və saxlanması qadağandır. Ədviyyatlar quru, təmiz, yaxşı havalandırılan ziyanvericilərdən uzaq yerlərdə, 200C temperaturda, 75 faiz nisbi rütubətdə saxlanmalıdır. Bu məhsullar yağışlı və nəmli havalardan sonra mütləq havalandırılmalıdır. Ticarət obyektlərindən bu məhsulları alarkən onların saxlanma, şəraitinə və markalanmasına diqqət edin. Əks halda istehlakçı hüquqlarınızın pozulması ilə yanaşı aldığınız mal gözlənilən effekti verməyəcək.
Tibb eksperti Adil Qeybulla mövzu ilə bağlı Ailem.az-a danışarkən bildirib ki, qida əlavələri mütxəlif kodlarla işarələnir. Məsələn, Avropada istehsal olunan qida əlavələri “E” kodu ilə işarələnir və hərfin qarşısında 3 və ya 4 rəqəmli kod olur: “Bu, həmin qida əlavəsinin kodudur. Tutaq ki, E 135. Bu, konkret olaraq qida əlavəsinin növünü göstərir. Məişətdə istifadə edilən limon duzundan tutmuş, ən müasir kimyəvi boyalara qədər bu kodlar göstərilməlidir”.
A.Qeybullanın sözlərinə görə, toksiki təsirinə, konsoregen, yəni xərçəng şişi yaratma təhlükəsinə görə, dünyada bəzi qida əlavələrinin istehsalına qadağalar qoyulub: “Rusiyada tərkibində qida əlavələri olan bəzi qidaların idxalı dayandırılıb. Həmin ölkədə bütün qidaların tərkibi ciddi şəkildə yoxlanılır, Azərbaycanda isə, qida məhsullarının üzərində onların tərkibinə vurulan qida əlavələrinin heç kodu da göstərilmir. Yəni qidanın istehsalı zamanı hansı qida əlavəsi işlədilib, rəngə, dada və sairə görə. Bu, düzgün deyil. Qidanın üzərində hökmən qida əlavələrinin kodu göstərilməlidir. Əgər göstərilmirsə, deməli həmin qida texniki standartlara uyğun hazırlanmayıb”.
Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Ailəm.az-a bildirib ki, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq ədviyyat və tamlı qatqılar bazarında yoxlamalar aparılır. Onun sözlərinə görə, yoxlamalar zamanı bu sahədə bəzi nöqsanlar aşkarlanıb: “Lakin həmin problemlər məhsulların keyfiyyəti ilə bağlı olmur. Bəzi məhsulların sertifikatlaşdırlımadan bazara çıxarılması halları müəyyyən edilir və bununla bağlı lazimi tədbirlər görülür”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çörək axtaran ermənilər
İstanbulda lalə vaxtı
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
BÜRCLƏR bizə nə vəd edir? - 19 fevral
Bakıda yollarda hazırki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
Köz bibərli noxud salatı (foto-resept)
Schuizu balıq (foto resept)
Bazarlarda bahalaşma
Davudoğlu: Türkiyə Azərbaycanın yanında olacaq
Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - SİYAHI
Günün ulduz falı
Telefonların mavi işığındakı təhlükə
HAVA necə olacaq?
Günəş kremləri alarkən diqqətli olun!
Google xəritə istehsalçısı alır
Qızılı rəngli gəlinliklər
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Amnesty İnternational İsraili biabır etdi
Dermatoloqların üzlərinə yaxınlaşdırmadığı 3 gözəllik vasitəsi
Fransada Google şirkəti vergidən yayınır
Balaca qız uşaqları üçün ətəyin toxunması
Dünyanın ən ağır karp balığını tutdular
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
Ermənilərin növbəti təxribatı - FOTO
Nardaranda aksiya keçirilib
Türkiyə Suriyanı vurdu
Pərvanə Bayramqızının "Yaza bilməyən yazıçı" kitabı nəşr olundu
Surprizli zrazı (foto resept)
Google yeni servis yaradıb
İlk iş gününün hava proqnozu
Bu ayaqlar 40 milyon dollardır
Dünya belə yanğın görməmişdi
Riqada Serjə niyə zurna verdilər?
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Həm Android, həm Firefox-la işləyən smartfon
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Brayl klaviaturalı ilk telefon
HP-dən ElitePad 1000
Alimlərdən yeni kəşf
Fransa səfirliyi qarşısında aksiya keçirilir - VİDEO
Diqqətli olun! Güclü geomaqnit qasırğası başlayıb
Günün ulduz falı
Bakıda bu ünvanlarda çovğundan qorunmaq olar
Leyla Əliyeva Talassemiya Mərkəzindəki Yeni il şənliyində - FOTOLAR
Makiyajsız da gözəl görünə bilərsiniz
Siz kimi məsləhət görürsünüz?
Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim
Ağbənd sərhəd zastavasında Azərbaycan bayrağı dalğalanır - VİDEO
Meyitlər qaytarılan zaman düşmən atəş açıb - Dövlət Komissiyası
Geyim və aksessuarlar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]