
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, inkişaf etmiş ölkələrdə vətəndaşın bütün öhdəlikləri elektronlaşdırılııb: "ABŞ-da vətəndaşların sosial təhlükəsizlik nömrəsi var. Bu, vətəndaşın elektron pasportu kimi də qiymətləndirilir. Hətta vətəndaş bankda hesab açan zaman belə sosial təhlükəsizlik nömrəsinə malik olmalıdır. Əgər vətəndaşın sosial təhlükəsizlik nömrəsi yoxdursa, bankda hər hansı bir əməliyyat apara bilməz. Sosial təhlükəsizlik nömrəsində vətəndaşın öz məlumatları, o cümlədən kommunal xidmətlər üzrə borcu və əks olunur. Banklar ora girib vətəndaşın ödəmə qabiliyyətini qiymətləndirə bilirlər. Azərbaycanda bankdan kredit götürmək istəyərkən Mərkəzi Bank tərəfindən elektron məlumat bölməsinə daxil olub həmin vətəndaşın digər banklara borcu olub-olmadığını müəyyənləşdirmək olur. Amma Azərbaycanda kredit götürən şəxsin bütün xidmətlər üzrə borcunun olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Ona görə öncədən də təklif etmişik ki, ABŞ-da olduğu kimi, Azərbaycanda da sosial təhlükəsizlik nömrəsi tətbiq olunsun. Vətəndaş kredit almaq üçün banka müracəit edən zaman sadəcə həmin nömrəni təqdim edir. Bank elektronlaşmış nömrəyə daxil olmaqla vətəndaşın ödəmə fəaliyyətini yoxlaya bilir. Hətta vətəndaşın məhkumluğu olub-olmaması barədə məlumatları də əldə edə bilir. O baxımdan Azərbaycanda da elektronlaşma sisteminin tətbiqini məqsədəuyğundur. Bu, bankların daha dolğun qərar qəbul etməsində köməklik etmiş olar. Bununla da banklar risklərini müəyyən qədər azaldarlar”.
Digər iqtisadçı ekspert Natiq Cəfərli bu üsulu o qədər məqbul hesab etmir: "Avropada, ABŞ-da kredit tarixçəsi deyilən anlayış var. Kredit tarixçəsi yaxşı olan insanların banklardan kredit götürməsi daha asandır. Rusiyada tətbiq ediləcək bu qanun onu göstərir ki, orada son dövrlər problemli kreditlərin həcmi yüksəlib. Bir neçə bank bağlanıb və 5 bankın da bağlanması gündəmdədir. Azərbaycanda problemli kreditlərin həcmi ildən-ilə artır. Banklar bu işin üzərinə gedib həll etməyə çalışırlar. Bunun həll yolundan biri də kreditlərin verilməsində şərtlərin sərtləşdirilməsidir. Amma bizdə kredit faizləri yüksək olduğu üçün problemli kreditləri normal ödəniş qabiliyyətli müştərinin hesabına bağlaya bilirlər. Bu da istehlakçıların hüququnun pozulmasıdır. Odur ki, yaxın gələcəkdə Azəbaycanda da kreditlərin verilməsində sərtləşməyə doğru addımlar atılacaq. Çox güman ki, bu il ərzində bankların təmərküzləşməsi ilə rastlaşacağıq. Təmərküzləşmə prosesi getdikcə faiz dərəcələrini də aşağı salacaq. Bununla da problemli kreditlərin həcmi azala bilər. Kommunal borcların bu siyahıya əlavə edilib-edilməməsinə gəldikdə isə, önəmli məsələ həmin borcların həcmi ilə bağlıdır. Kredit verilərkən kommunal borcların hansı şərtlərlə önə çıxması maraq doğurur. Bu barədə konkret qərar qəbul etmək çətin olacaq. Bu yoldansa, kredit tarixçəsi yaxşı olan insanlarla işləməyə üstünlük versələr, daha yaxşı olar”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kim nə qədər yatır?
Bakıda bu gün məşəl hansı yollarla daşınacaq? (ÜNVANLAR)
Prezident yıxıldı
Ürək peçenyesi (foto resept)
Heç kəs bu xəstəlikdən sığortalanmayıb
Demet Akalın məşhur serialı tənqid etdi
TQDK yeniliyə hazırlaşır: variant ləğv olunacaq
8 May-Şuşanın işğalı günüdür!
Yaz trendləri
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər
Bu dəhşəti bir-birinizə yoluxdurmayın!
Sümeyyənin toyu kosmosdan qorunacaq
Türkiyədən dəstək: "Sənin tək qardaşın var"
Hansı geyimlərlə incə görünmək olar?
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Yarpaq bisküvit (foto resept)
ÜST korona ilə bağlı şok məbləğləri açıqladı
Türkiyənin hakim partiyası qalmaqallı həbslərə münasibət bildirdi
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4268 yeni yoluxma
İnsanlar niyə uğursuzluğa düçar olur?
İtmiş üzüyünü 12 il sonra burnundan tapdı - FOTO
Leyla Əliyevanın qızı futbol meydançasında
Reytinq açıqlandı: "Qarabağ" yaxşıdır, yoxsa "Neftçi"?
Xoruldamaq gözü kor edir?
Məşhur aktrisa qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb
Markdan iddialı AÇIQLAMA
İş xanımlarına payız dəbi
"Bizim Qadin.Netlilər serialı" (5-ci bölüm)
Günün qoroskopu: Mübahisə etməyin!
Günün qoroskopu: Münaqişə etməyin!
Jasmin çayının faydaları
817 dollarlıq maşınla dünyanı dolaşdılar
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
Məşhurların əsl adları
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Kral ailəsində İŞİD təşvişi
Yeni il axşamı izləyə biləcəyiniz filmlər
Azərbaycan Ermənistana ilk əsirləri təhvil verib
Köhnə telefonların harada istifadə olunduğunu bilirdiniz?
Putin Paşinyanı belə alçaltdı - VİDEO
Eşq sizə nə edər?
İstirahət gününün HAVAsı
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
Firəngiz Əlizadənin əsəri daxil olan albom "Grammy" mükafatına layiq görülüb
Üzü Xocavəndə: İllərlə yağı düşmən əlində əsir olan yurd yerimizə dönüş - VİDEOREPORTAJ
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Bizi bu torpaq yaşadır
Qızıl həvəskarlarının NƏZƏRİNƏ
Avropanın ən uzun körpüsü
Boksçumuz erməni rəqiblə üz-üzə















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]