
Azərbaycanda ilk dəfə olaraq üç yeni qızılgül sortu ("Əsrin Müqaviləsi", "Sarı Gəlin" və "Nazpəri") əldə edən və bunlar üçün patent alan müəllif yeni sortlar üçün də müəlliflik şəhadətnaməsi almaq üçün Azerbaycan Respublikası Kənd Təsərrufat Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına müraciət edəcək.
A.İsgəndərov deyib ki, müasir yaşıllaşdırmada, bəzək bağçılığında, eləcə də kosmetika və yeyinti sənayesində istifadə olunan bitkilər arasında Rosa L cinsinin müxtəlif növlərinin və onların yüksək dekorativ və efir yağlı sortlarının xüsusi yeri var. Belə ki, şəhər və qəsəbələrin, park və xiyabanların yaşıllaşdırılmasında, eləcə də həyətyanı və bağ sahələrinin abadlaşdırılmasında qızılgül sortlarına daha çox ustünlük verilir.
Bu baxımdan inkişaf etmiş ölkələrdə qızılgüllərin örtülü və açıq iqlim şəraitində becərilməsinə, introduksiya olunmasına və seleksiyasına daim diqqət və qayğı göstərilir: "Azərbaycanda qədim zamanlardan bəzək bağçılığından başqa qızılgülün ləçəklərindən gül yağı (ətriyyat), gül suyu (gülab), şərbət, mürəbbə hazırlanıb və bu ənənə indi də davam edir. Respublikada sənaye əhəmiyyətli gülçülük təsərrüfatlarından ötən əsrin 50-ci illərində Zaqatala şəhərində gül yağı istehsal edən müəssisə və Abşeronda Şüvəlan gülçülük sovxozu yaradılıb, 90-cı illərdə yüksək rentabelliyə baxmayaraq müəyyən səbəblər üzündən fəaliyyətini dayandırıblar. Yeri gəlmişkən, qeyri-neft sektorunu inkişaf etdirmək baxımından və Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Zaqatala bölgəsi üçün efir yağlı gülçülük təsərrüfatının bərpası və genişləndirilməsi iqtisadi baxımdan çox əlverişli olardı. Son illərdə bəzi iş adamları tərəfindən xarici ölkələrdən respublikaya 100 minlərlə əkin materialları, o cümlədən qızılgül çeşidləri gətirilib realizə edilir. Onların əksəriyyəti ölkəmizin iqlim-torpaq şəraitinə uyğunlaşa bilmədiyindən, tezliklə məhv olur və ya müxtəlif xəstəliklərə məruz qalaraq dekorativliyini itirir".
A.İsgəndərovun sözlərinə görə, Mərkəzi Nəbatat Bağında Rosa L. cinsinin öyrənilməsi sahəsində çoxillik təcrübə və müşahidələr göstərir ki, xarici ölkələrin kultivarları ilk növbədə yerli şəraitə iqlimləşdirilməlidir. Bu mərhələni keçdikdən sonra bitkilər yeni şəraitə daha asan adaptasiya olurlar.
Bütün bunları nəzərə alaraq, Nəbatat Bağında keçən əsrin 70-ci illərindən başlayaraq respublikada yayılan və xarici ölkələrdən gətirilən Rosa L. cinsinin müxtəlif bağ qruplarına mənsub olan növ və sortlarının introduksiyası həyata keçirilir. Hazırda Nəbatat Bağının qızılgül kolleksiyasında 500-dən artıq növ və sortlar üzərində müşahidələr aparılır. Kompleks bioloji və təsərrüfat əhəmiyyətli əlamətlərinə görə - gülünün və kolunun yüksək dekorativ keyfiyyətləri, uzun müddət fasiləsiz çiçəklənməsi, xəstəliklərə davamlılığı ilə digərlərindən daha çox fərqlənməsi nəzərə alınmaqla 165 qızılgül sortu müəyyən edilib.
A.İsgəndərov onu da əlavə edib ki, seleksiya üsulu ilə yetişdirilmiş yeni qızılgül sortlarını regional və beynəlxalq gül sərgilərində nümayiş etdirmək lazımdır:
"Bu sortları dünya kataloqlarına daxil etdirmək üçün onlara yüksək aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilməli, açıq və örtülü şəraitdə sınaqdan keçirilməlidir. Yəni, qızılgül torpağa, suya, işığa, üzvi və mineral gübrələrlə qidalanmağa tələbkar bitkidir. Təəssüf ki, bütün bu işlərin yerinə yetirilməsi baxımından Mərkəzi Nəbatat Bağında problemlər çoxdur və bu işlərdə yardıma ehtiyacımız var".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Arıqlamağa başlamanın 5 yolu
Dünyanı Covid-19 bəlasına salan Uhanda Yeni il gecəsi
Bu gün seçki bulletenlərinin çap prosesinə start verilir
Quru meyvəli keks (foto resept)
İran Azərbaycanın investisiyalarını alqışlayır
Zövqlü mətbəx mebelləri
“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - Mehriban Əliyeva
Mən qadınam!
Həzmi asanlaşdıran çaylar
Dərinizə təbii gözəllik bəxş edin
“Miss Yer Kürəsi” o oldu- FOTO
Dünyanın ən kiçik boylu adamı 28 yaşında öldü - FOTO/VİDEO
Möhtəşəm valideynlər
Qaşıqla üz masajı
Robot işlədənlər əlavə vergiyə cəlb olunacaq
Barak Obama və Mişel Obama yeni layihədə-FOTO
WhatsApp istifadəçilərinə müjdə
Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Qırmızı bibər salatı ( foto resept)
Günün ulduz falı
Qışda bədənə qulluq qaydaları
Ali Baş Komandan: “Vətən Müharibəsində fərqlənənlərə orden və medallar veriləcək”
Allahın qulu Teymur
1990-cı illərin unudulmaz 7 filmi
107 yaşlı nənə koronavirusdan sağaldı
Ən qənaətcil superkompüter odur
Acun Şeyma QALMAQALI DAVM EDİR-FOTO
Hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq,
Məşhurların uğursuz plastik əməliyyatları
Hava necə olacaq?
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Hansı tip uşaqlar daha xoşbəxtdir?
Fransalı rahibə Avropanın ən yaşlı qadını oldu
Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatının görüntüləri - RƏSMİ/VİDEO
Əzvay şirəsi
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
"Halloween"də Meksika küçələri
Azərbaycan ordusu düşmənin yüksək rütbəli zabitlərini məhv etdi: Komandir müavini itkin düşdü - RƏSMİ
Uşağı olmayanların təsəllisi budur?
"Birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək"
Yeni dizaynlı Mercedes-AMG
Yeni gündə hava fərqli olacaq, amma...
Ana piroqu (foto resept)
Diqqət! Qasırğa var!
Ətraf mühiti çirkləndirən vərdişlər
Meymun aparıcının üstünə cumdu-VİDEO
Bir həftədə möhkəm dırnaqlar
Evliliyə hazırsınız?















- ŞƏRHLƏR