Kişilər isə adətən qadınların düşündüklərinin əksinə olaraq bu cür jestləri daxildən gəlmədiyindən deyil, düşünmədiklərindən etməzlər. Onlar bu cür jestlərin gərəkli olmadığını və romantikanın önəm daşımadığını düşünərək qadınların bunu gözlədiklərini də bilməzlər. Hətta bəzən evlənmə ərəfəsində xeyli xərc çəkdiklərini düşünüb, sonra əlavə xərc çəkməyə ehtiyac duymurlar. Qadınlar isə gözlədiklərini dilə gətirmirlər və zaman keçdikdən sonra bəlkə də yetərincə sevilmədiklərini düşünürlər. Lakin araşdırmalara görə, kişilər qadınlara nisbətən nə qədər ad günlərini unutsalar da, yaxud Sevgililər günü hədiyyəsini hətta son anda yanacaqdoldurma stansiyasından alsalar da, onların qadınlardan daha romantik olduğu ortaya çıxıb. “The Normal Bar” adlı kitabda dünya miqyasında 10 min insan ilə aparılan online anket yer alıb. Kitabda XXI əsrin münasibətləri araşdırılır və 1300 sualda bir sıra mövzular öz əksini tapıb. Belə nəticəyə gəlinib ki, kişilər romantik olmasına baxmayaraq, evlilikdən kənar münasibətlərə daha çox meyil göstərirlər. Bunun səbəbi kimi isə xoşbəxt olmayan evliliklər göstərilir.
Ümumiyyətlə, bütün münasibətlərin enişi və çıxışları var. Bəzən evlilikdəki çətinliklər belə romantik duyğuların da üstünü örtür. Bütün cütlüklərin sevgini hiss etdikləri və hiss etmədikləri anlar olur. Araşdırmalara görə, romantik olmaq bütün kişilərin ortaq problemidir. Adətən romantik olmağı ildönümü, ya da Sevgililər günündə düşünürlər. Amma qadınlara yalnız belə günlərdə deyil, ilin digər günlərində də xüsusi davranışlar lazımdır. Belə romantik anlar üçün müxtəlif üsullar tətbiq edə bilərlər ki, buraya şeir yazmaq, sevdiyi mahnılardan ibarət cd hazırlamaq, birlikdə romantik bir film seyr etmək üçün kinoteatra getmək, internetdən romantik e-kartlar göndərmək, sevgi mesajları yazmaq və s. daxildir.
“Qadın qulağı ilə kişi isə gözü ilə sevir.
Psixoloq Tünzalə Verdiyeva bildirdi ki, kişi və qadın arasında romantik münasibətlər dedikdə sevənlərin bir-birinə individual, yaradıcı, kreativ fikirlərlə yanaşması, fərqli sevgi etirafları və evlənmə təklifləri, evlilik ildönümləri, ad günlərinin və s. xüsusi anlamlı günlərin təşkilində və keçirilməsində elə detallara, şəxsi istək və arzulara fikir verməkdir ki, qarşısındakı şəxs özünü dəyərli hiss etsin: “Bunun üçün özünü deyil, tərəf müqabilini tanımaq, arzu və istəklərini bilmək, estetik zövqünü qiymətləndirmək daha vacibdir. Ola bilsin ki, sən hər şeyin ən gözəlini etdiyini sanırsan, amma bu, sevgilinin istədiyi deyil. Bu, ümümi yanaşmadır və hər iki cinsə aiddir”.
Psixoloqun sözlərinə görə, bəşər tarixi yaranandan bu günə qədər qadınların kişilərə nisbətən daha romantik olduğu deyilir: “Çünki qadın emosionaldır, duyğularını gizlədə bilmir, qarşı tərəfdən daha çox diqqət, qayğı və sevgi gözləyir və bu sevgini sadə formada, adi sözlərlə deyil “bəzəkli” yəni fərqli və kreativ üsullarla çatdırılmasını istəyir. Belə bir fikir var ki, “qadın qulağı ilə kişi isə gözü ilə sevir”. Əgər qadın kişiyə xoş gəlmək üçün daima baxımlı olmaq istəyirsə və bunu sevərək, istiyərək edirsə, qarşılığında təriflənmək və xoş sözlər eşitmək istəyir. Çoxsaylı tədqiqatlar sübut edir ki, oğlan və qızlar öz cinslərinə aid xüsusiyyətləri daha çox ailə tərbiyəsi nəticəsində mənimsəyirlər. Başqa sözlə, burada bioloji faktorlardan daha çox sosial faktorlar öz təsirini göstərir. Uzun müddət qadın və kişilərə xas olan xüsusiyyətlərə birtərəfli yanaşılıb. Son dövrlərdə belə bir mövqe də var ki, qadınlarda kişilərə, kişilərdə qadınlara aid edilən keyfiyyətlər də var.
Kişilər evləndikdən sonra romantikaya ehtiyac görmür
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da təsdiq edir ki, qadınlar romantikdir: “Kişilər evləndikdən və qadını “özəlləşdirdikdən” sonra hesab edirlər ki, romantikanın tətbiqinə ehtiyac yoxdur. Amma qadınlar ömür boyu bu romantikanı arzulayırlar. Mən demirəm ki, kişilərdə romantika yoxdur. Kişi müəyyən mənada evləndikdən sonra buna ehtiyac olmadığını düşünür. Fikirləşir ki, bu qadın artıq ona məxsusdur və onun artıq romantikaya ehtiyacı yoxdur. Bu da münasibətlərin gərginləşməsinə səbəb olan amillərdən biridir. Nişanlı dövrdə kişilər müxtəlif vasitələrlə, romantik görüşlər, romantik sözlər, ifadələr işlədir. Ancaq evləndikdən sonra onu gərəksiz hesab edir. Çox az kişi olar ki, bunu davamlı şəkildə həyata keçirsin. Qadınlar isə həyatı boyu bunu gözləyir və bunun üçün münbit şərait hazırlamağa çalışır. Lakin buna cavab olmayanda özünə qapanır və bununla da romantikanı içində boğub öldürür”.
Kişilər məntiqli qərarlarla həyatlarını qurmağa çalışırlar?
Psixoloq Taryel Faziloğlunun sözlərinə görə, qadınlar kişilərə nisbətən dəfələrlə çox romantik olurlar: “Çünki insanın yaradılışından qadınlar təbiət etibarı ilə emosional, yəni hissiyyatın hakim olduğu bir xüsusiyyətə, kişilərsə rasional, yəni məntiqin hakim olduğu bir xüsusiyyətə sahibdirlər. Bu isə onunla nəticələnir ki, qadınlar bütün həyatı boyunca daha çox hissiyyatla qərar verir və hissiyyatın üstünlük təşkil etdiyi bir həyat yaşamağa çalışırlar. Kişilərsə əksinə, daha çox rasional qərarlar və məntiqi qərarlarla həyatlarını qurmağa çalışırlar. Buna görə də qadınlar daha romantik olurlar. Bu səbəbdən də kişilərin romantikanı anlamaması qadınları hər zaman hirsləndirib. Bu isə normaldır, çünki kişilər hər bir şeydə məntiqi izah axtarırlar, amma romantikanın əksər hallarda məntiqi bir izahı olmur”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Zövq" tortu (foto resept)
Qarışqanın iybilmə xüsusiyyəti
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi(1)
Günün ulduz falı
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Prodüser Burak Özçvitdən üzr istədi-FOTO
İzmirdə ardıcıl yeraltı təkanlar baş verib
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Düşmən kvadrokopteri məhv edilib - RƏSMİ
Ələ keçirilən düşmən qənimətlərinin görüntüləri yayıldı - VİDEO
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Kələm dolması(foto resept)
Azərbaycanda vergi yığımında dəyişiklik
Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Eynəyi necə seçməli?
Gəlinlər üçün toy günü manikürü
“Hercai”nin məşhur aktrisası 93 kq arıqladı – FOTO
Azərbaycan ordusunun Kəlbəcərə daxil olması “Haber Global”da - VİDEO
Moskvada koronavirusa yoluxma azalmaq bilmir: Qaydalar iki aylıq sərtləşdirildi
Emre Aşık boşandığı xanımına hər ay 25 min ödəyəcək
"Bizim Tarla" - Kürü məhsulları
Kartof pəhrizi
Azərbaycanda soyadların verilməsində yenilik
Böyük boy fərqi olan cütlüklər xoşbəxtdir
38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq
Smartfonlar insanı koronavirusa yoluxdura bilərmi?
4 uşaqlı ana bədən quruluşu ilə heyrətləndirdi-FOTO
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Günün ulduz falı - 19.01.2014
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Tas kababı (foto resept)
Azərbaycanda bu gecə ən çox qar hara yağdı?
Ərp bağlamış boğaz...
Düşüncə dərsi (6)
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Azərbaycanda icbari tibbi-sığorta tətbiq olunacaq
Rəngarəngliyi sevən xanımlara
Azərbaycanda əhalinin sayı hər il bu qədər artacaq
Ayaqqabı dünyası
Bakı bulvarından Yeni il sürprizi
Bred Pittlə Cenifer Enistonun yaşadığı malikanə illər sonra satıldı-VİDEO
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
Dəbli qocalar
Ziyafət üçün baş örtükləri
Yürüyüş zamanı meditasiyanın faydaları
Zövqlü çanta modelləri
Facebook istifadəçilərinə xoş xəbər
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
- ŞƏRHLƏR