Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar açıqlama yayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, açıqlamasında Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib:
"Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər.
Ona görə də, bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər.
İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Bu da ödəmənin məhz bu yardıma ehtiyacı olanlara ünvanlanması, pandemiya dövründə real olaraq zərərçəkən şəxslərə münasibətdə ədalətli yanaşmanı təmin etmək məqsədi daşıyır.
Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq.
Müraciət üçün www.e-sosial.az portalından istifadə etmək, "e-xidmətlər" bölməsinə daxil olmaq lazımdır.
Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur.
Beləliklə, adıçəkilən kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməməyi xahiş edirik. Çünki kütləvi müraciətlər nəticəsində elektron sistemlər əlavə yüklənməyə məruz qalır, nəticədə müraciətlərin emalında çətinliklər yaşanır. Göstəricilərə uyğun gələn və işsiz kimi birdəfəlik ödəməni almağa haqqı çatan şəxslərə isə təmkinli olmağı tövsiyə edirik. Bildiririk ki, çoxsaylı müraciətlərlə bağlı elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə baxılmasında növbəliliyin təmin olunması üçün yaxın saatlarda ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq. İşsiz statusuna uyğun gələn şəxslər qeydiyyatda olduqları rayon (şəhər) üzrə məhz həmin qrafikdə qeyd edilən tarixdə elektron qaydada müraciətlərini edə bilərlər".
XƏBƏR LENTİ
Bitkilər və təbabət (7)
Yağış yağacaq
Azərbaycanda daha 20 nəfər koronavirusdan öldü: 2075 yeni yoluxma
14 il əvvəl...
Məşhur aktrisanın bir gözü kiçilir-SƏBƏB
Məktəblərdə dərsliklərin paylanılması başa çatdı
Kakoslu, peçenyeli rulet (foto resept)
Kişilər üçün sadə məsləhətlər
Moskvadan uçmaq olmur
Sürücülərin diqqətinə: başlanır!
Dövlət qulluğunda hər vəzifə üzrə 5 ildən bir attestasiya keçiriləcək
Günün ulduz falı - 09.09.2013
Devid Bekhem məhkəməyə düşdü - FOTO
Dubayda at nalı formasında göydələn tikilir
Əlilliyə səbəb olan genetik xəstəliklər
Buraxılış imtahanlarının keçirilmə qaydası nə vaxt dəyişdiriləcək?
Azərbaycanda 3 Rusiya universitetinin filialı açılacaq
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Tulin Şahin 1 saata 50 min qazanır-FOTO
2012-ci ilin qol saatları
Martın ilk gününün havası
Sadəliyimizlə toyumuza işıq saçaq
Facebook əməkdaşları insanların ismarışlarını oxuyurlar
Günün ulduz falı - 08.08.2013
Küftəli borş (foto resept)
Sevgidə bəxti gətirməyən filosoflar
Daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR
Sürpriz salatı (foto resept)
Emin Ağalarov qarda çimdi – FOTO
Kate Middletonun saç aksesuarları
Havada koronavirusu müəyyən etmək mümkün olacaq
Messi "Real"a keçir?
Selin Dion geyimi ilə HEYRƏTLƏNDİRDİ-FOTO
Sadə və səliqəli dırnaqlar
Koronavirusa görə "Semaşko"da 7 nəfər saxlanılır
İşğaldan azad edilmiş Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bu il Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar
Bakıda satılan qəribə "kukla"-VİDEO
Bənzərsiz səs-Müslüm Maqomayev
Rəsm cəkməyi öyrənək-3
"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ
Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, səkkiz nəfər vəfat etdi
Günün qoroskopu: Mübahisə etməyin!
Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər
İki metrlik QAR YAДћDI-FOTO
Su çərşənbəniz mübarək!
Enrike İqlesias ilk dəfə ata oldu-FOTO
Günün qoroskopu:Təmkinli olun!
Düyü şorbası (foto resept)














