
Qoç - Səhər saatlarından etibarən aktiv çalışın. İşlərdə problemlər olsa da, ruhdan düşməyin. Çox işə başlayıb hər işdən qalmayın. Diqqətinizi bütünlüklə həll etməyə çalışdığınız məsələyə yönəldin.
Düzgün qidalanın, rasionu formalaşdırın.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın. Ailə üzvlərindən biri ilə münasibətlərin aydınlaşdırılması istisna deyil.
İnternetdə informasiya arayın. Peşəkar fəaliyyətiniz və ya başqa məqamlarla bağlı məlumatlar karınıza gələ bilər.
Buğa - Gərgin gün olacaq. Çox çalışmalısınız. Buna görə də əlavə iş və ya sifarişə razılaşmayın. Sakit, məqbul, əlverişli şəraitdə çalışın.
Passiv olmayın, başqalarının sizin maraqlarınızı tapdamasına və ya mənafe dairənizi zəbt etmələrinə imkan verməyin.
Alış-veriş eyninizi açmayacaq. Pullar qəflətən "ərimək" məziyyətinə malikdir. Aldığınız əşyalar və ya mallar sizi razı salmayacaq, ya da tezliklə sıradan çıxacaq.
Başqalarının yaşamına, işlərinə qəfil müdaxilə etməyin. Təklif olmadan kimsənin problemlərinin həllinə can atmayın. Əks təqdirdə çoxsaylı problemlərlə qarşılaşacaq, onları həll etmək məcburiyyətində qalacaqsınız.
Planlar qurun, qatılmaq istədiyiniz oyunun fiqurları ilə əlaqələri intensivləşdirin.
Prioritet və məqsədlər dəyişir, qaydalara yenidən baxılır.
Axşam saatlarında böyük gərginlik tələb edən işlərlə məşğul olmayın.
Əkizlər - Gərginlik artır. İlk növbədə səhhətinizi qoruyun, qüvvənizi qənaətlə xərcləyin. Münasibət və işlərdəki incə müvazinəti pozmayın. İşlərinizi axardan çıxarmamaq üçün yanlış addımlar atıb tələsik qərarlar verməyin.
Məqsədə doğru inamla irəliləyin, sizi yoldan sapdırmaq istəyənlərə fikir verməyin. Həddən artıq işlərə başlamayın. Çox iş çoxsaylı uğur demək deyil.
Prosesin istədiyiniz intensivlik və məcrada olmadığı yerdə keçmişdən yapışıb qalmayın. İddiaların bəzilərindən əl çəkmək və ya nəyisə itirməklə barışmaq gərəkdirsə - tərəddüd etməyin.
Bir müstəvidə itirəndə başqa müstəvidə mütləq şəkildə tapacaqsınız.
Emosiyaların əsiri olmasanız, yeni perspektivləri görəcəksiniz.
Xərçəng - Ən kiçik impulslar, kənar amillər, üzə çıxan sirlər, faş olan mübhəmlər günün axarını çətinləşdirə bilər. Daxili gərginliyin formalaşması istisna deyil.
Qarşılıqlı anlaşmanı pozmayın, münasibətlərdə inciklik və sərinləşməyə imkan verməyin. Sizə rəğbət bəsləyən insanın etimadını doğruldun.
Əgər hər şeyi dürüst etsəniz, perspektivlər güclənəcək, münasibətlərin yeni məqamları görünəcək.
Axşam saatlarında istirahəti təxirə salmayın, qüvvənizi bərpa edin. Planlarınızı götür-qoy edin.
Diqqətli olun, dəyişikliklər və yeniliklər artıq başlanır.
Şir - Səhər saatlarından etibarən işlərdə müəyyən kurs və ya istiqamət yoxdur. Bir qədər sonra tonusla nikbinliyi bərpa edin. Günün ikinci yarısına yaxın axınla hərəkət edin.
Yaxın ətrafınızdakı insanlara niyyətiniz və ya planlarınızla bağlı hesabat vermək məcburiyyətində deyilsiniz.
Təkbaşına çalışın, müstəqil olun. Yardım istəyən insana dəstək verin. Əvəzində minnətdarlıq eşidəcəyinizi düşünməyin.
Ətrafdakı insanların davranış motivləri dəyişkəndir və emosiyalara məruz qalır.
Söhbətlərdə dəqiqlik və müəyyənlik, reaksiyalarda konkretlik gözləməyin. Vədlərin çoxu yerinə yetirilməyəcək, sizə diqqət nişanələri azalacaq.
Özünüzü rahat və təhlükəsiz hiss edəcəyiniz məkanı seçin. İşgüzar və şəxsi münasibətlərinizin olduğu insanlarla mübahisə etməyin. Sərt tənqidlərə varmayın.
Qız - Sakit, aramla, soyuqqanlı şəkildə çalışın. Ətrafdakıların əsəbləri ilə oynamasanız, ciddi heç nə baş verməyəcək. Çoxdan bəri planlaşdırdığınız işi görmək üçün yaxşı vaxtdır.
Kənardan təzyiqlərə və müdaxilələrə imkan verməyin. Günün ikinci yarısı sizə gərəkli nəsnə və informasiyanı verəcək.
Hansısa istiqamətdə işlər sürətlə gedirsə və hər şey yaxşıdırsa, prosesi süni təkanlarla tələsdirməyin. Bütün işləri ataraq səyləri bir istiqamətə yönəltmək və pulları sağa-sola xərcləməyə dəyməz.
Situasiyalar maraqlıdır, amma birmənalı deyil. Təfərrüatları dəqiqləşdirin, mütəxəssislərlə məsləhətləşin.
Bütün problemlərə rəğmən planlarınızda olan işləri görün, nikbin davranın.
Situasiyanı süni şəkildə tələsdirməyin.
Sizə kiminsə israrla təqdim etməyə çalışdığı nəsnəni şübhə ilə yoxlayın.
Tərəzi - Əməkdaşlıq və tərəfdaşlıq məsələlərinə xüsusi diqqət yetirin. Qəfil hadisə, ciddi məsələni həll etmək zərurəti yaşana bilər.
Çevik, fəndgir olun. Ətrafınızdakı insanlar arasında küsülüləri barışdırın. Problemlərin yaranacağı müstəvini və ya vaxtı əvvəlcədən təxminləməyə çalışın.
Emosiyaların sakitləşdiyi bir vaxtda qapalı hisslər çıxış yolu arayacaq. Eşidilən və görülənlər birmənalı deyil. Hadisələrin qarışıq, çətin düyünündən baş çıxarmağa can atın. Dəyərləndirmə və qərarlarda tələsməyin.
Bəzi hadisələrlə məqamlara elə indi reaksiya verməyin. Olayların təbii inkişafını gözləyin.
Günün ikinci yarısı və axşam saatları sürprizlər hazırlayır. Xəbər və ya təkliflərlə sizə müraciət edənlərə inanmaq çətinliklər vəd edir.
Daha aktiv mövqe tutun.
Əqrəb - Mürəkkəb eksperiment hazırlanırsa, təhtəlşüuru işə salın. Qətiyyətsizliyindən narazı qalıbsınızsa, ötənlərdəki natamam təcrübəni günahkar saymayın. Ehtiyatlı olun, boş vədlərə inanmayın.
Günün ikinci yarısında yeni mövzu formalaşacaq. Sürətlə başlayaraq bitirmək istədiyiniz işdə hər şey istədiyiniz kimi olmayacaq.
Hansısa istiqamətdə gecikmə və ya ləngimə varsa, o işi sabaha qədər təxirə salmaq məsləhətdir. Ola bilər ki, daha yaxşı variant tapasınız.
Günün ikinci yarısında enerjinizi və qüvvənizi qoruyaraq çalışın. İşlərdə qaydaya və nizama riayət edin. Qarşıda sizi çətinliklər, yoxlamalar və ya sınaqlar gözləyir.
Hisslərinizdə və niyyətlərinizdə qayda nə qədər çox olarsa, uğursuzluq şansı o qədər azdır.
Yeni imkanlar və təmaslar formalaşacaq.
Oxatan - Zaman sanki əksinə hərəkət edir. Ötənlərdə yarımçıq qalan işlər və bitməmiş mövzular yenidən gündəmə gəlir.
Onların çözümü üçün əlverişli şərait yaranacaq, vasitələr və dəstək aşkarlanacaq. Bir zamanlar sakitliyin müşahilə olunduğu mövzular yenidən aktivləşir. Yeni imkanlar yaranır. Böyük və uzunmüddətli işə başlamaq üçün yetərincə potensial var.
Günün ikinci yarısı spontan və xoş situasiya, maddi mükafat ola bilər. Valideynlərlə münasibətlər normallaşacaq, rəhbərlik sizi sevindirəcək.
Öhdənizə düşən uğurlardan rasional şəkildə yararlanın. Yaxın gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün şanslarınızı dəyərləndirin.
Oğlaq - Olaylardakı fors-majora rəğmən, qüvvələrinizi qoruyun. Emosional olmayın, tələsik qərar verməyin. İşlər öz axarında davam edəcək.
Yetər ki, proseslərə yanlış istiqamət verməyəsiniz. Çox işə başlamayın. Bəzi işləri yenidən görməmək üçün tələsməyə dəyməz.
Sabahla bağlı planlarınıza yenilən baxın.
Cari işlərlə məşğul olun, ünsiyyəti minimuma endirin. Mühüm hadisə yaşanacaqsa, təşəbbüskar olmağınıza dəyməz.
Axşam saatlarını evdən kənarda keçirin. Səfər, dostlarla görüş, qohumlarla bir araya gəlmək xoş emosiyalar bəxş edəcək.
Şəxsi münasibətlərdəki problemi xüsusi zəhmət çəkmədən çözəcəksiniz.
Qarşılıqlı anlaşma bərpa olunacaq.
Dolça - Günün ilk yarısında aktiv olun, ətalətli davranmayın. Təşəbbüslərinizi reallaşdırmaq üçün qətiyyətli olmalısınız. Yaxın ətrafınızdakı insanların mövqelərini tam anlamırsınız.
Özünüzü və başqalarını tələsdirməyin. Amma mövqelərinizi də dəyərləndirin və qoruyun.
Sabah belə bir imkan yaranmaya bilər.
Hadisələrdən xəbər verəcək siqnallara fikir verin. Günün ikinci yarısında səhhətinizdə problem yarana bilər. Özünüzü qoruyun. Münaqişəli situasiyalar, dartışmalar, adekvat olmayan insanlarla təmaslardan qaçın.
Axşam saatlarında fiziki işlə, yaşam arealında qayda yaradılması ilə məşğul olun.
İstənilən işdə keyfiyyətlə yanaşı, tez nəticə də önəmlidir.
Balıqlar - Günün ilk yarısı effektiv olmayacaq. Təşəbbüslərlə tələsməyin. Problemlər yaranarsa, onların həlli üçün yolları və vasitələri arayın.
Günün energetikası dəyişəcək. Yeni, mühüm dəyişikliklərin yaxınlaşdığını hiss edəcəksiniz. Buna məktublar, zənglər, görüşlər dəlalət edir.
İnformasiya ilə işə vaxt ayırın, yazışmaları təhlil edin, son vaxtlar aldığınız təklifləri dəyərləndirin. İndi sizə edilən təkliflərlə bağlı illüziyalara qapılmyın.
Yaşamınızda təkrarlanan ideyalarda rasional məzmun arayın. Hansısa ünsür diqqətinizi cəlb edərsə, bütün gərəkli detallara diqqət yetirin.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusdan qorunmağın yeganə effektiv üsulu açıqlandı
"Süd çörək" (foto-resept)
Ronaldo ağladı-SƏBƏB
Azərbaycan diasporu fəalının rəhbərlik etdiyi fond Moskvada xiyaban salıb
Fırça və süngərin təmizlənməsi
Fatma Girik xəstəxanalıq oldu_SƏBƏB
Fitoterapiya nədir?
Uşaqlar texnologiyanın əsiri olmasın
Sızanaqlardan xilas olan qadın danışdı-FOTO
Yeni doğulmuş uşağı taksidə unutdular
Qız otaqları üçün dekorasiya nümunələri
Rusların “Arşın mal alan” sevdası
Ət ruleti (foto resept)
Boşanmanın səbəbləri
Qeyri-sağlam vərdişlər
Səhiyyə Nazirliyi koronovirusla bağlı məlumat yaydı
Etirazçılar Paşinyanın mənzilinə basqın etdilər - VİDEO
Keti Perri şahzadə Çarlz haqqında bunları dedi
Erməni təcavüzü Argentinanın " La Nacion" qəzetində
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı
Bakıda prospekt gölə döndü
Kremli və cemli peraşki (foto-resept)
2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO
İlham Əliyev yeni yolda maşın sürdü - VİDEO
Arıqlamağa mane olan səhər vərdişləri
Dəbli geyim nümunələri
Şəfalı nar qabığı
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
Bu il fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı açıqlandı
Yaxşı dinləyici olmanın yolları
Smartfonların satışı tarixdə ilk dəfə azalıb
Üzeyir Novruzov: Anama və Vətənimə görə narahatam - FOTO
Mehriban Əliyevadan işğaldan azad edilmiş Şuşayla bağlı paylaşım
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Yorğunluğu aradan qaldırmaq üçün məsləhətlər
"Tanrının gözü" göründü - İlk dəfə-VİDEO
HAVA necə olacaq?
"Ya-Sin" sözünün mənası nədir?
Pula çevrilmiş insanlar(satirik, tənqidi yazı)
Həyatın qəddar olduğunu göstərən şəkillər
Qreq Murreyin əyləncəli fotoları
HAVA necə olacaq?-8 FEVRAL
Bakıda zaman azalır, həyəcan artır
Azərbaycan rəssamına qraf titulu verildi
Əsəblərimizi ev şəraitində necə müalicə edək?
Hadise karantindən yazdı
Gürcüstanda fırtına: ölənlər var
Buraxılış sinif şagirdləri haqqında məlumatlar TQDK-nın sisteminə daxil ediləcək
Tramp və Klintona daha bir rəqib
Tatarıstan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır















- ŞƏRHLƏR