
Milli.Az bildirir ki, bunu modern.az-a psixoloq Elnur Rüstəmov deyib. Onun sözlərinə görə, ixtisas seçimində ailənin iştirakı vacibdir:
“Keçid balı ali məktəbə qəbul olmağa imkan verən abituriyentlərin seçəcəkləri ixtisaslara ailələri ilə birlikdə qərar vermələri daha yaxşı olardı. Onlar bu prosesdə məsləhətləşmələr aparsınlar. Ola bilsin ki, məsləhətləşdiyin şəxs ailə üzvlərin yox, bu sahədə yaxşı təcrübəsi olan biri olsun. Elə ixtisaslar var ki, onların perspektivi çox yaxşıdır. Ailələr ixtisas seçimində bunu da nəzərə alsınlar və birmənalı şəkildə övladlarına seçimdə azadlıq versinlər”.
Psixoloq keçid balı toplaya bilməyən abituriyentlərin böyük psixoloji gərginlik içərisində olduğunu da qeyd edib: “Digər tərəfdən, aşağı bal toplayan, yaxud gözlənilən nəticəni göstərməyən abituriyentlər var. Valideynlər nəzərə almalıdırlar ki, onlar hazırda böyük bir psixoloji gərginlik keçirirlər. Nə qədər çətin də olsa övladlarına dəstək versinlər. Çünki dəstək olarsa, həmin abituriyent yenidən hazırlaşıb imtahan verə bilər. Valideyn övladının qazandığı ali məktəbə görə yox, sırf övladı olduğuna görə dəyər veməlidir. Valideyn ilk növbədə övladını düşünməlidir, ətraf nə düşünər, qohumlar nə deyər kimi düşüncələrə qapılmamalıdır. Ətraf üçün o uşağın az və ya çox bal toplamasının bir əhəmiyyəti yoxdur. Valideyn övladını bir şəxsiyyət kimi qiymətləndirməlidir”.
E.Rüstəmov deyir ki, övladı aşağı bal toplayan valideynlərin psixoloji vəziyyətindən işbazlar yararlanır: “Həmin işbazlar xarici ölkələrdəki universitetləri gündəmə gətirərək, övladlarını attestatla, imtahansız ora yerləşdircəklərini deyib, valideynlərdən külli miqdarda pul qoparırlar. Bir müddət keçəndən sonra, o ali məktəbin, ümumiyyətlə nüfuzunun olmadığı üzə çıxır. Bu, sadəcə maddi tələdir. Bu prosesdə diqqətli olmaq və gözləmək lazımdır”.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) keçirdiyi ali məktəblərə qəbul imtahanı başa çatıb. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də bu ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan təhsilində ilk
Super qabiliyyətli heyvanlar
Körpəni yuyundurarkən diqqət ediləcək məqamlar
Yeni ildə tənbəl insanlar
Neftin barrelinin qiyməti 110 dollara qədər qalxacaq
Günlük vərdişlər xarakterinizi göstərir
Qarğalar haqqında maraqlı məlumatlar
Ailəsini koronavirusa yoluxdurmamaq üçün 3 gün maşında yaşadı
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə Şuşaya gedəcəklər
Baş nazir əhaliyə müraciət etdi
Merlin Monronun "Qızıl Globus"u rekord məbləğə satıldı-FOTO
Saç rəngini dəyişmədən nələri öyrənməli?
"Atiye" rekord qırdı
Kələmli qarğıdalı salatı (foto resept)
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Paşinyan: “Müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi”
Mavi, Taxta At ili başlandı
Kral ailəsində XƏYANƏT iddiaları-FOTO
Payız üçün köynəklər
Möhtəşəm qadınlar
Gəlinliklər
4-cü İslam Həmrəylik Oyunları ilə bağlı möhtəşəm şou
AzTV ittihamlara cavab verdi: Aksiya zamanı kabellərimizi kəsdilər... - VİDEO
“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - TARİXİ FAKTLAR
Eşq sizə nə edər?
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
Səyahət ediləsi yerlər
Şokoladlı portağallı keks (foto resept)
Moskvada ilk dəfə günəş enerjisi ilə işləyən işıqfor quraşdırılıb
Körpə masajı
Sürpriz kök salatı (foto-resept)
Almaz daşı haqqında
Dünyanın sonuna hazırlaşanların şousu
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Kəs və yapışdır-22
Kefir süddən daha faydalıdır
Uzunömürlülük
Ukrayna 2004-cü ilə qayıdır
Səmada Müqəddəs Məryəm göründü
Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar - VİDEO
Məşhur aktyor evində ölü tapıldı-FOTO
Sevimli köynəklər
“Samsung” smartfon-bıçağı göstərdi
Bonibonlu keks (foto resept)
Quru öskürəyi aradan qaldıran içkilər
Fridanın səsi-66 il sonra İLK DƏFƏ/VİDEO
Saakaşvili saxlanıldı
Avropanın ən yaşlı qadını öldü
400 il əvvəlki soyuqlar geri qayıdır: "BUZLAŞMA DÖVRÜ" BAŞLAYIR














