
Azərbaycan təhsil tarixində ilk dəfə olaraq yeni bir layihə həyata keçirilir.ANS PRESS-in Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, “Sağlam təhsil-sağlam millət” layihəsinə əsasən “Sağlam təhsil sinfi”ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maillilik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan vəzifələrin icrasına nail olunmasında şagirdlərin psixi-fiziki və mənəvi sağlamlıq vəziyyəti müstəsna əhəmiyyət daşıyır. Müvafiq sənədə əsasən Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrup yaradılıb. Təhsil Nazirliyi bu istiqamətdə Səhiyyə Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzi qeyri-hökumət təşkilatı ilə birgə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində əhəmiyyətli işlər həyata keçirib.
“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə “Coca-Cola” şirkətinin dəstəyi ilə 10000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedaqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur. Hazırda aparılan araşdırmalar əsasında Təhsil Nazirliyinin təşəbbüsü ilə mütəxəssislər tərəfindən təhsilalanların sağlamlığı baxımından müstəsna əhəmiyyət daşıyan normativ sənədlər hazırlanır. Həmin normativ sənədlər ümumi təhsil müəssisələrinin maddi-txniki bazası, mebellər, sinif tərtibatı, avadanlıqlar, ləvazimatlar, otaqların işıqlandırılması, habelə qida məhsulları ilə bağlı vhid standartları əhatə edir. Bütün bunlar təhsilalanların sağlamlığının qorunması istiqamətində atılmış həlledici addımlardırLayihəyə başlamazdan əvvəl uşaqların sağlamlığı baxımından respublikada mövcud vəziyyət öyrənilib, dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa Birliyi, Yaponiya, Finlyandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib. Rusiya Uşaqların Sağlamlığı Naminə Birliyinin rəhbəri Vladimir Bazarnının təhsilalanların sağlamlığının qorunması istiqamətində 35 illik təcrübəsi xüsusilə diqqət cəlb edib, alim ölkəmizə dəvət olunub. Cari ilin sentyabrında Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Bakının ümumtəhsil məktəblərinin direktorları, psixoloqları və tibbi heyəti, fiziki tərbiyə və “Sağlam təhsil sinfi” müəllimləri üçün seminarlar keçirilib. Layihə çərçivəsində artıq Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayıb. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Atatürk sevgisi Ginnesə sığmadı
Ermənilər atəşkəsi 44 dəfə pozdular
Gənclər üçün otaq dekorasiyaları
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Bu adalara "YOX" deyildi-SİYAHI
Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı QƏRAR
Atasının külündən manikür etdi-FOTO
Qara nöqtələr üçün 3 təbii maska
"Ana və uşaq ölümlərinə görə günahkarlar cəzalandırılmalıdır"
Həftə sonunun HAVAsı
Kosmosda həyat mümkün olacaqmı?
"Oskar"da İLK: Quran ayəsi oxundu, məşhurlar alqışladılar
Hər kəsi Təəccübləndirən Hadisə yaşandı-FOTO
Pis hava şəraitinə baxmayaraq axtarışlar davam edəcək!
Ən bahalı gəlinliklər
Dollar yenə bahalaşdı
Azərbaycan ordusunun işğaldan azad etdiyi 172 məntəqə interaktiv xəritədə - VİDEO
"Üzümdə və bədənimdə plastik əməliyyat etdirdim"
Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı - RƏSMİ AÇIQLAMA
Con Kerri Gürcüstandadır
Noutbukların satışı niyə azalır?
Bənövşəyi dərman, yoxsa partladıcı?
Qadınlar haqqında deyilmiş aforizmlər (3)
Naxçıvanda zəlzələ oldu
Azərbaycan futboluna ağır itki üz verdi
Moskva və Bakı yeni yola çıxır
Nura Suri illər sonra DƏYİŞİB BELƏ OLDU - VİDEO
Qadınların siqareti atmasına nə mane olur?
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
Faydalı daşlar - Oniks (damarlı əqiq)
Sinqapurda hava taksisi sınaqdan keçiriləcək
Cəlilabadda tarixi tapıntı
"Verilişlərin keyfiyyəti aşağıdır, amma..."
Üz dərisini təmizləmək üçün 4 təbii üsul
Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq? - AÇIQLAMA
Gəlin saçı üçün aksessuarlar
Hakerlər Papanın sirlərini öyrənməyə cəhd etdi
Stil ikonu Taylor Tomas Hill
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Kənan "Selena"sı haqqında danışdı-FOTO
Azərbaycan “Les Echos"da
Türkiyə erməniləri "ayıldılar"
“Ermənistanda seçkilər pul kisələrinin mübarizəsidir” - Robert Koçaryan
Orqanizmin düyü ilə təmizlənməsi
Aşiq olanda bədəndə nələr baş verirmiş?! - Maraqlı faktlar
Barak Obamadan İrana jest
Həkimlərə robotlar kömək edəcək
Dünyanın gözlədiyi toya az qaldı - FOTO
Dəfn üçün nə qədər müavinət verilir?
STRESS ÇARXInın faydaları nədədir?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]