Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlar arasında müzakirə mövzusuna çevrilən sığortaolunanların və əmək pensiyaçılarının vəfatı ilə əlaqədar dəfn müavinətinin məbləği məsələsinə aydınlıq gətirib.
APA-Economics”in məlumatına görə, DSMF aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirib ki, hazırda sığortaolunanların vəfatı ilə əlaqədar dəfn xərcinin məbləği 120 manat təşkil edir. Əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
“Hazırda yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat təşkil etdiyindən, 300 manat məbləğində dəfn üçün müavinət verilir. Bəzən vətəndaşlar tərəfindən dəfn üçün müavinət vəfat edənin əmək pensiyasının tam məbləğinin üç misli başa düşülür”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bəzi hallarda əmək pensiyaçısının vəfatı barədə məlumat onun ailə üzvləri tərəfindən DSMF-nin yerli orqanına vaxtında verilmir və əmək pensiyaçısının plastik kartı vasitəsilə aylıq pensiyalar alınmaqda davam edir: “Bu cür hallarda dəfn üçün müavinətin ödənilməsi üçün müraciət edildikdə artıq ödənilmiş pensiya məbləğinin tutularaq, DSMF-nin hesabına bərpası aparılır. Təəssüf ki, bu hal bəzən vətəndaşlar tərəfindən dəfn müavinətinin az məbləğdə verilməsi kimi başa düşülür. Halbuki burada dəfn müavinəti düzgün hesablanır və DSMF orqanı artıq ödənmiş məbləğin tutulmasına cavabdehdir. Buna görə də ümumi məbləğdən artıq alınmış həmin vəsait tutularaq köçürülür. Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır”.
Şöbə müdiri əlavə edib ki, bəzi hallarda vətəndaşlar dəfni kimin yerinə yetirməsi barədə sənəd təqdim olunmasına etiraz edirlər.
“Praktika göstərir ki, dəfn müavinətinə bəzən bir neçə varis iddia edir. Müavinət isə yalnız dəfn edənə verilməlidir. Bu isə həmin şəxsin dəfni həyata keçirməsi barədə arayış alınmasını tələb edir”, - deyə o vurğulayıb.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Mehriban Əliyeva buğlama bişirdi - FOTOLAR
Sabah yaz havası olacaq
Uşaqlarımız üçün əlcək toxuyaq
Mehmet Ali Erbil aylar sonra ilk dəfə...
Ya ümidsizsiniz, ya ümid sizsiniz...
Bakıda ilan ən çox haradadır?
Uşaqların internetdən asılılığının qarşısını necə alaq?
Milyader olmadan əvvəl necə görünürdülər?
Leyla Əliyevanın əkizlərinə olan arzuları (FOTO)
"Hercai"nin ulduzuna görə təhlükəsizlik tədbirləri gücləndirildi
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər?
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Azərbaycan məktəblərində yenilik
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türklər Afrikaya da gedib çıxdı
Qadın xəyanət edə bilərmi?
Qara nöqtələr üçün 3 maska
Reklam üçün 400 min dollar istədi
Afrikada qadın prezident seçildi
Azərbaycan Superkubokunun keçiriləcəyi yer məlum oldu
ABŞ-da Zika virusu daşıyıcıları artıb
700 bal yığsa da ali məktəbə girə bilmir-FOTO
İdeal pəhrizin incə məqamları
Övladınız üçün erkən cinsi həyatın təhlükələri
Sevginin kimyası
Mehriban Əliyeva yemək bişirdi - FOTO
HƏR KƏS bu uşaqdan danışır-FOTO-VİDEO
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Burçin Tərzioğludan eşq etirafı - FOTO
Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO
Şişmə kurtka yoxsa incə palto?
Bu gün hava necə olacaq?
Makaron salatı (foto resept)
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
DÇ-2014-ün simvolik yığması seçildi
Bu kişi plastik cərrahiyyə narkomanıdır
Azərbaycanlı gənclər Ukraynada uşaq evini ziyarət ediblər
Elektron qolbaq daşıyanların sayı artırıldı
Şahzadə Diana sarayda qabları yuyurmuş
"ASAN xidmət"də yenilik
Vaksinasiyadan və xəstəlikdən sonra yaranan immunitet müqayisə edildi
Prezident İlham Əliyev: Azərbaycan və Koreya əlaqələri inkişaf üçün yaxşı potensiala malikdir
Obama: “Rusiya nə isə qazanmayıb, əksinə itirib"
YARPAQ DOLMASI (foto resept)
“Keçmişdən gələn cəngavər” metroda maraqla qarşılandı - VİDEO
50 qəpik at, avtomobilini özün yu- BAKIDA
Bir il əvvəl itkin düşən məşhur model küçədə yaddaşını itirmiş halda tapıldı
Bakıda ən qorxulu yerlər
Ən çox əsgəri olan ölkələr
Çiyələkdən qurd çıxdı - Sosial media QARIŞDI/VİDEO
- ŞƏRHLƏR